Fon yüklənir...
Загрузка...

Gözlərinizi haramdan qoruyun...

Загрузка...
Gözlərinizi haramdan qoruyun...
İslam dini məhrəm olmayan qadınlara baxmağı qadağan etmişdir. Arvadı və ya məhrəmi olmayan (namahrem) qadınlara bilərək baxmaq caiz deyil.
Naməhrəmə baxmaq...Qurani Kərimdə:

"Mömin kişilərə de ki, gözlərini çəkinsinlər və ismətlərini mühafizə etsinlər." (en-Nur 30) və yenə:

"Mömin qadınlara da de ki: Gözlərini haramdan çəkindirsinlər, ismətlərini mühafizə etsinlər." (en-Nur 31) buyurulmaqdadır.

Ancaq bir qadın bir kişi gözünə təsadüfi ilişsə, təkrar baxmamaq şərtiylə günah sayılmaz çünki bu iradənin xaricində olar. Peyğəmbərimiz -sallallahu əleyhi və səlləm- Həzrəti Əli:

"-Ya Əli bir qadın gözünə ilişdimi ikinci dəfə baxma birincisi üçün sənə günah yoxdur. Lakin ikincisinin günahı vardır." buyurmuşdur. (Müslim)


Naməhrəmə baxmaq...Yenə Həzrəti Peyğəmbər:

"-Bilərək namahreme baxmaq gözün zinasıdır." buyurmuşdur. (Buxari Müslim; ayrıca baxın: Xəlil Gönenç Günümüz Məsələlərinə Fətvalar c. 2 sh. 159 )

Naməhrəmə baxmaq...Peyğəmbər Əfəndimizin qızı Fatimə -radıyallahu ənhə- buyurdu ki:

"-Qadınlar üçün nə daha yaxşıdır? (Ən xeyirlisi nədir?)"

Peyğəmbər Əfəndimiz də:

"-Heç bir kişinin onları görməməsi." deyə cavab verdi.( İmamı Qəzali a. g. e. sh: 197)

Naməhrəmə baxmaq...İhtilat (qadın-Kişi Birlikdə Dayanmaq)

Təsəttürü yaralayan, zədələyən, davranışların ən zərərlilərindən biri də qadın-kişi ihtilatıdır yəni qarışıq olaraq eyni yerdə olmalarıdır.

Naməhrəmə baxmaq...İmamı Qəzali həzrətləri deyir ki:

"Bir çox qadınlar üçün böyük zərərlər kişilərin arasında olmalarından doğular. Fitnə qorxusu olan hər yerdə qadının gözünü qorumaq lazımdır. Necə ki Peyğəmbər Əfəndimiz (s.ə.v) ' in evinə bir kor adam gəldi. Həzrəti Aişə və digər xanımlar otururdular qalxmadılar və gələn kimsə üçün:

"-Kordur bizi görməz!.." dedilər. Peyğəmbər Əfəndimiz -sallallahu əleyhi və səlləm- buyurdu:

"-Onun gözləri görmürsə sizinkilər dəmi görmür?" (İmamı Qəzali a. g. e. sh: 197)

İhtilatın səbəblərindən biri də iş yerlərindəki vəziyyətdir. Təəssüf ki, "...Bu günümüzdə qadınlarla kişilər arasında süni bir bərabərlik yarışı başladılmışdır. Yaradılışdakı xüsusiyyətlərə zidd olan bu yarış xanımlıq və analıq üstünlüklərini za'fa uğratmaqda və ailəni yaralamaqdadır. Xanımların ev tənzimi və saleh bir nəsil yetişdirmək yolunda övladlarının əxlaqi strukturları ilə məşğul olmaları yerinə xanımlıqlarına müstəsna fitrətlərinə zidd işlərə istiqamətləndirilmələri məntiqə və imana sığmaz. Çünki ailədəki dinclik və səadət qadındakı və kişidəki istedadların yerli yerində istifadə edilməsi və qorunmasıyla əldə edilə bilər. ( Osman Nuru Topbaş Söhbətdəki Sirr sh: 249)
Naməhrəmə baxmaq...P.S:Əziz userlər oxuyun və sizdə gözlərinizi haramdan çəkindirin!!!
Загрузка...

ŞƏRHLƏR

bedelov_ilkin

11 Dekabr 2010 12:12

Insan bu dunya nemetlerinin dalinca gacmasa ibadetin dalinca gacsa o hiss edecek ki Dunya onun dalinca gacir ve bundan lezzet alacag !!!

Nahid-19

29 Sentyabr 2010 19:26

Haram yeyən deyiləm mən ölüm..Şükürlər olsun ALLAHA....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Elif_87

29 Sentyabr 2010 09:23

Dəyərli şərhləriniz üçün çox sağ olun love ...


bir qadın gözünə ilişdimi ikinci dəfə baxma birincisi üçün sənə günah yoxdur. Lakin ikincisinin günahı vardır." buyurmuşdur.

Buna hər zaman əməl etməyə çalışmışam və bacarıram...

FLOR

29 Sentyabr 2010 01:08

demeye ne var ki emel etmek ise.......

_Pretty_

29 Sentyabr 2010 00:27

indiki dovurde bunlara emel etmek mumkun deyil

l2a1000

29 Sentyabr 2010 00:16

Allah hər kəsi haramdan uzaq eləsin...

LARACROFT

28 Sentyabr 2010 22:34

Yazıda bildiirlib qadınlar yad kişilərin olduğu yerdə olmamalıdır.Təəssüf ki indiki dövrdə bu mümkün olan deyil.Kaş ki,dinimizin hər qayda-qanuna əməl edə bilsək.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Mamedovich

28 Sentyabr 2010 22:21

oxumadim oxuduqca nese ozumu narahat hiss edirem

b_a_l_a_c_a

28 Sentyabr 2010 21:30

oglanlar qizlara baxanda bu sozler yadlarina dushse pis olmazdi

MASTER-SAN

28 Sentyabr 2010 19:57

Sitat: Damla_87
Buyurun...

neye buyuraq tongue .Sene bir wey deyim ..Oglanblarin etdiyi en boyuk gunah ve etdiyi goz harami bilirsende yeqinki nedi .Oglanlarda en boyuk etdiyi guna etdiyi Goz Zinasi deyilen bir weydi .CUnki oglanlar qiza baxirlar deyene onlarda goz sinasi yaranir ...
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

MeNDeN_YoXDuR

28 Sentyabr 2010 19:21



Nə harama əl uzadacam, nə də qoyacam haram mənə toxunsun...

NellY

28 Sentyabr 2010 19:13

Peyğəmbər Əfəndimizin qızı Fatimə -radıyallahu ənhə- buyurdu ki:

"-Qadınlar üçün nə daha yaxşıdır? (Ən xeyirlisi nədir?)"

Peyğəmbər Əfəndimiz də:

"-Heç bir kişinin onları görməməsi." deyə cavab verdi.( İmamı Qəzali a. g. e. sh: 197)

en vacib buyurulanlardan 1i ve demek olarki 1cisi!!ama he4 birimiz riyaet elemirik!!

DReaM

28 Sentyabr 2010 19:09

tesekkur canik cooox gozel movzudur heqiqeten ALLAH sende razi olsun... bu ayeleri oxumusam bezileri cox vaxt fikrimde firlanirdi

10-suz

28 Sentyabr 2010 17:13

tsw.hammi etse buna emel yaxsi olar

Special

28 Sentyabr 2010 17:09

demək asandır əməl etmək necə

MR.QARRI

28 Sentyabr 2010 17:09

userlər oxuyun və sizdə gözlərinizi haramdan çəkindirin!!!

bacarıqca əməl edirəm.............

Elif_87

28 Sentyabr 2010 17:02

...Buyurun...
loading...
Загрузка...