Loading...

Sədəqə və Zəkat nədir?
Din
- 31 Avqust, 2010
- 10 054 Baxış
Loading...
Ramazan ayında diqqət edilməsi gərəkən əməllərdən biri də sədəqə və zəkat verməkdir
Savabdan başqa hər hansı bir qarşılıq və əvəz gözləmədən, sırf Allah rızası üçün edilən yaxşılıq və sərf olunan pul sədəqədir. Allah rızası üçün edilən hər şey sədəqədir.
Yaşayış şərtləri çətinləşdikcə, yaxşılıq etmək və sədəqə vermək daha çox dəyər qazanır. Sədəqə kasıbın əlinə keçməzdən əvvəl Allahın əlinə çatır.
Bundan başqa hədislərdən bunu da öyrənirik ki, infaq günahların bağışlanmasına səbəb olan amillərdən biridir. Eyni zamanda Allah verilən hər bir sədəqəni bir neçə dəfə artırar.
Bütün bu hədislərdən belə nəticəyə gələ bilərik ki, sədəqə müsəlmanların Allaha yaxınlaşmasının yollarından biridir. Sədəqə paxıllığı, həsədi aradan aparar, sədəqə günahların bağışlanılmasına bir vasitə ola bilər
Zəkat Uca Allahın hər bir yetkin imkanlı müsəlman üzərinə mütləq sürətdə əmr buyurduğu fərz əməldir. İslamın 5 şərtindən biridir. Müsəlmanlar üçün verilməsi mütləq olan xeyriyyəçilik növüdür.
Müəyyən miqdardan artıq əmlaka malik olan müsəlmanın, həmin məbləğdən artıq əmlakın dəyərinin 2,5 faizinin kasıb və ehtiyacı olanlara verilməsidir.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...