Loading...
Səcdə etməyin 6 bərəkəti

Səcdə etməyin 6 bərəkəti

Loading...

Səcdə - bəndəliyin ən ali dərəcəsidir. İnsan səcdəyə gedən zaman özünü varlıq aləmi ilə həmahəng edir. "Və (cansızlardan əlavə) göylərdə və yerdə olan canlılar Allaha səcdə edirlər (zati itaət, qeyri-ixtiyari və ixtiyari səcdə edirlər). Və həmçinin mələklər (iradə ilə ixtiyari səcdə edirlər) və onlar təkəbbür göstərmirlər". ("Nəhl" 49).

İmam Əli (ə) namazda edilən səcdə haqqında buyurur: "Birinci səcdə, yəni "mən - torpaqdanam" və ondan baş qaldırmaq - torpaqdan dünyaya gəlməyin rəmzidir. İkinci səcdə - "ölmək və torpaqda dəfn olunmaq" deməkdir. Ondan baş qaldırmaq isə Qiyamət günü qəbirdən qalxmaq və məhşur olmaq deməkdir".


Səcdənin ən çox təsir qoyduğu üzv - alındır. Qədimdə səhabələr bir-birini görən zaman deyərdilər: "Niyə alnın safdır?". Yəni niyə ancaq vacib namazları qılmaqla kifayətlənirsən, nafilə qılmırsan. İmam Əli (ə) buyurur: "Məkruh bilirəm ki, insanın alnı saf olsun və orada səcdənin heç bir əsəri olmasın".


İmam Sadiq (ə) uzun səcdəyə getməyi həmişə tövsiyə edərdi. Bəs niyə bu qədər səcdə etmək tövsiyə olunur, faydası nədir? Bu faydalara diqqət edək:


1. Allaha daha yaxın olursan.

Qəlb hüzuru ilə edilən səcdə insanı Allaha yaxınlaşdırar. Bu zaman səcdə hər nə qədər uzun olarsa, yaxınlıq və qürb məqamı daha çox olar. Çünki insan torpağa hər nə qədər yaxın olarsa, Allaha yaxın olar. İmam Sadiq (ə) buyurur: "Bəndənin Allaha ən yaxın halı o zamandır ki, səcdəyə gedər və ağlayar".


2. Şeytanın belini sındırar.

İmam Sadiq (ə) buyurur: "Haqq bəndəsi heç kəsin onu görmədiyi yerdə səcdəni uzun edərsə, şeytan deyər: "Vay olsun mənə! Adəm övladı itaət edir, mən üsyün etdim. Səcdə edir və mən imtina etdim"".

3. Günahlardan pak olar.


Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və deyir: "Günahlarım çox və əməlim azdır". Buyurdu: "Səcdələrini çox et, çünki necə ki, külək ağacın yarpaqlarını tökür, səcdə də günahları tökür". Həzrət Peyğəmbər (s) "Şəbaniyyə" xütbəsində buyurur: "Beliniz günahın yükündən ağırlaşmışdır. Onları uzun səcdə etməklə yüngülləşdirin".


4. Dualar qəbul olar.

Səyid ibni Yəsar İmam Sadiqə (ə) deyir: "Mən Həzrət Haqqın dərgahında səcdə və ya rüku halında olanda, dua edirəm". Buyurdu: "Yaxşıdır. Səcdələrdə dua et, çünki bəndənin Allah dərgahına ən yaxın halı - səcdədir. Allahı həmin halda dünya və axirət xeyri üçün çağır".

Bir nəfər Peyğəmbərə (s) deyir: "Dua edin ki, Allah məni behiştə aparsın". Həzrət (s) buyurur: "Mən dua edirəm, lakin sən mənə uzun səcdə ilə kömək et ki, duam qəbul olunsun".


6. Peyğəmbərlə (s) məşhur olarsan.

Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və deyir: "Mənə elə bir şey öyrət ki, Allah məni sizinlə məhşur etsin". Həzrət (s) buyurur: "Əgər istəyirsənsə ki, Allah səni mənimlə məhşur etsin, gərək Qəhhar Allahın dərgahında səcdələrini uzun edəsən".


Bəs səcdədə necə dua edək?

İmam Rza (ə) buyurur: "Əgər istəyirsənsə, yüz dəfə "Şukrən" de və əgər istəyirsənsə yüz dəfə "Əfvən" de".

Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və əlil olan kənizinə görə yardım istəyir. Həzrət (ə) ona buyurur: "Hər vacib namazdan sonra səcdədə şükür et və de: "Ya Rəufu, ya Rəhim! Ya Rəbbi, ya Seyyidi!" Sonra hacətini istə!".


İmam Sadiq və İmam Kazım (ə) səcdədə çox zaman bu duanı deyərdilər: "اَسْاَلُكَ الرّاحَةَ عِندَ المَوْت و العَفْوَ عِنْدَ الحِساب".

İmam Əli (ə) isə səcdədə bu duanı deməyi tövsiyə edir:


اِنّى ظَلَمْتُ نَفسْى فَاغْفِرلى ("İnni zaləmtu nəfsi fəğfirli")


Həzrət Peyğəmbər (s) nə zaman səcdəyə getsəydi, bu duanı oxuyardı:

اَللّهُمَّ مَغْفِرَتُكَ اَوْسَعُ مِنْ ذُ نُوبى وَرَحْمَتُكَ اَلاَرْجى عِنْدى مِنْ عَمَلى فَاغْفِرْ لى ذُ نُوبى یا حَیّا لا یَمُوتُ"

Allah Təala bizlərə xalis səcdələr nəsib etsin.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR