Loading...
Odunçu və şeytanın hekayəsi

Odunçu və şeytanın hekayəsi

Loading...
Odunçu və şeytanın hekayəsi

Odunçu və şeytanın hekayəsi

Odunçuluqla dolanan, çalışqan, dürüst, dindar bir adam vardı. Ətrafında olan qonşuları yaxınlıqda olan və nadir yetişən bir ağac vasitəsi ilə əhdlərini, diləklərini edirdilər. Bu odunçu həmin ağacı Allaha şərik çıxma səbəbi olaraq görürdü və bunun üçün kəsməyə qərar verdi. O zamana qədər kimsə buna cəsarət edə bilməmişdi. Odunçu bir gün baltasını götürdü və verdiyi qərarı tətbiq etmək üçün yola düşdü. Yolda qarşısına əcaib görünüşlü, insana güvən verməyən biri çıxdı, Odunçu:"sən kimsən?" deyə soruşdu, o da "Mən şeytanam" deyə cavab verdi. Odunçu "Vay alçaq, demək insanları yoldan çıxaran sənsən, indi səni öldürəcəm” deyib üstünə tullandı.
Şeytan:"Boşuna özünü yorma, məni öldürə bilməzsən, çünki Allah tərəfindən qiyamətə qədər insanları yolundan çıxarmaq üçün mənə möhlət verilib. Sən o ağacı kəsməkdən imtina et, sənə bir təklif edəcəyəm" deyə cavab verdi. Odunçu "Qəbula layiq nə təklifin ola bilərki sənin?" deyə soruşdu.
Şeytan təklifini etdi: - "Sən o ağacı kəsməkdən imtina etsən sənə hər səhər bir qızıl gətirər, yastığının altına qoyaram. Beləcə odunçuluqdan xilas olmuş olarsan."

Odunçu bir az yumşalar kimi oldu və soruşdu: - Yaxşı vəd etdiyin bir qızılı gətirməzsənsə nə olacaq?- "O zaman mənə dilədiyini et” dedi şeytan.

Odunçu təklifi qəbul etdi, ağacı kəsmədən geri qayıtdı, o gecə yatdı. Səhər açılanda yastığının altına baxdı və həqiqətən bir qızıl qoyulmuşdu. Buna çox sevindi. Maraqla sabahısı günü gözlədi. Sabahısı gün oldu amma yastığının altında heç nə yox idi. Bəlkə başqa bir yerə qoymuşdur deyə hər yanı alt-üst etdi, yenə qızıl çıxmadı. Buna çox inciyən odunçu dərhal baltasını götürüb şeytanı öldürmək üçün yola düşdü, Eyni yerdə şeytanla yenə qarşılaşdılar. Odunçu şeytanı görər görməz dərhal üzərinə atıldı amma heç nə edə bilmədi...
Təşəbbüs artıq şeytanın əlinə keçmiş idi və şeytan dedi: -Boşuna özünü yorma. Keçən səfər məni az qala tutmuşdun çünki o zaman Allah rizası üçün yola çıxmışdın. İndi isə mənə olan hirsin öz nəfsin üçündür. Bunun üçün artıq mənə gücünü keçirə bilməzsən, əksinə sən məğlub olarsan.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PeTTy

14 Aprel 2013 02:06

Eşitmişem bu hekayeni,çox ibratemizdir.

Eşitmişem bu hekayeni,çox ibratemizdir.

Nina Guney

19 Avqust 2012 10:56

bu hekayeni bilirdim birde oxumaq xos oldu
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

music_my_life

26 Avqust 2010 13:45

maraqlidir sagol

denizim

23 Avqust 2010 10:15

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

NellY

22 Avqust 2010 22:45

Sitat: Bapbalaca
Əsas şərt kimi mən namaz qılmağı görmürəm. İnsan dediyimiz pul, qızıl və bu kimi bir şeylər eşidəndə artıq fikirlərindən dəyişirlər. Amma ki, qarşına məqsəd kimi onu qoymuşdunsa, etməli idin. Nə qədər kasıb ol, yenə sənə ondan qat-qat dəyərli bir şeylər versinlər, insan dediyin öz seçdiyi yoldan imtina etməli deyil, amma ki, hazırkı zamanda çox tamahkar insanlar var. Pula görə hər bir şey edərlər, heyiflər olsun... Əsas olan daxilinin gözəlliyin daim qorumaqdır! Bunuda hər bir insan bacara bilməz, çünki zəifdirlər!

getiyyen 1ci cumlenle razi deyilem baci.4unki namaz gilmagi vacib bilmirem nedi?oda olur?man gilmiram ona gore diye bilmeremki gil!ya nasa!sadece olarag o cumleni getiyyen iwletmek duzgun deyil!4unki gilmaliyig her birimiz!Namaz gilmamagin badalini her birimiz odeceyik o dunyada!

xan2009

22 Avqust 2010 22:27

Maraqlıdır. Ancaq cənnət və cəhənnəm barədə nağıllar daha maraqlıdır...

Mamedovich

22 Avqust 2010 22:18

maraqli idi tesekkurler

b_a_l_a_c_a

22 Avqust 2010 21:00

maraqlidi

FLOR

22 Avqust 2010 20:34

[b]milana_89,
ona gore ki ne qeder inkar da etsek her birimizin daxilinde seytan emmmelleri var ve herden o seytan bas qaldirir..... Allah seytana lenet elesin. gozel hekaye idi.[/b]

AykaVIP

22 Avqust 2010 20:27

hec beynmedim

Bapbalaca

22 Avqust 2010 19:54

Əsas şərt kimi mən namaz qılmağı görmürəm. İnsan dediyimiz pul, qızıl və bu kimi bir şeylər eşidəndə artıq fikirlərindən dəyişirlər. Amma ki, qarşına məqsəd kimi onu qoymuşdunsa, etməli idin. Nə qədər kasıb ol, yenə sənə ondan qat-qat dəyərli bir şeylər versinlər, insan dediyin öz seçdiyi yoldan imtina etməli deyil, amma ki, hazırkı zamanda çox tamahkar insanlar var. Pula görə hər bir şey edərlər, heyiflər olsun... Əsas olan daxilinin gözəlliyin daim qorumaqdır! Bunuda hər bir insan bacara bilməz, çünki zəifdirlər!


Hörmətlə

LARACROFT

22 Avqust 2010 16:03

İnsanlar çox asanlıqla şeytana uya bilirlər.Şeytandan bir az d aolsa uzaq olmağın yolu məncə namaz qılmaqdır.ALLAH bizi şeytana və şeytan kimi insanlara uymaqdan uzaq etsin.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Fedor Emelianenko

22 Avqust 2010 15:52

Odunçu axirda korlayib hər şeyi.... Gül kimi gedib kəsirdi də ağacı .....

_Zac_Efron_

22 Avqust 2010 15:13

Maraqli ve duwundurucu bir hekayeti.ALLAH her kezi weytana uymaqdan uzaq etsin.TWKR
--------------------
Лучше умереть стоя, чем жить на коленях

Babydoll

22 Avqust 2010 14:48

maraqli xeber idi
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

İrmak

22 Avqust 2010 14:43

Töbə eləməlidi.
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

Matilla

22 Avqust 2010 14:39

doğurdan maraqlıdı, şeytan öz işin görüb oduncunu yolunnan çıxarda bilir

psixoloq_01

22 Avqust 2010 14:31

MARAQLI GELDI TESEKKUR EMEYE

_Ayka21_

22 Avqust 2010 14:15

AYDAAA SUPEER COOOOX MARAQLI IDI.

Babaeva

22 Avqust 2010 14:00

maraqlı idi

milana_89

22 Avqust 2010 13:52

maraqli hekaye idi.niye goresen insanlar tez seytana satilirlar?

ESTRELLA

22 Avqust 2010 13:47

İndi isə mənə olan hirsin öz nəfsin üçündür. Bunun üçün artıq mənə gücünü keçirə bilməzsən, əksinə sən məğlub olarsan.
çox maraqlı və ibrətamiz hekayədir!!çalışaq nəfsimizə yenilməyək,gözü tox olmaq yaxşı şeydi!

l2a1000

22 Avqust 2010 13:39

Təşəkkürlər maraqlı və gözəl yazıdı

ChocoLatte

22 Avqust 2010 13:23

Tesekkurler gozel yazidi...

10-suz

22 Avqust 2010 13:17

maraqlidi