Fon yüklənir...
Загрузка...

Oruc və onun qaydaları

Загрузка...
İslamın 5 şərtindən biri orucdur. Oruc bədən ilə edilən ibadətdir, bədən ilə edilən ibadətləri heç kim bir başqasının yerinə edə bilməz. Kimsə, başqasının yerə namaz qıla, oruc tuta bilməz. Ramazan ayında oruc tutmaq insanlara fərz (Allahın əmri) qılındı. Oruc bir müddət ərzində yemək, içmək, cinsi münasibətin tərk edilməsidir. Bundan başqa oruc yalnız mədəyə tutulan bir ibadət deyil, oruclu insan yalan, qiybətdən, söyüşdən qaçmalıdır, oruclu insan kiminləsə dava etməkdən də çəkinməlidir..

Orucun şərtləri:

Oruc kimlərə fərzdir:

Müsəlman olanlara: İslam dinində olmayanlara bu ibadət fərz deyil..
Həddi buluğa çatanlara: Oğlanlar 12 yaşdan, qızlar heyz başlanan andan oruc tutmalıdır..
Ağıllı olanlara: Dəlilərə oruc fərz deyil..
Heyz və nifas olan qadınlara bundan təmizlənənə kimi oruc tutmaq olmaz..

Orucun ədası (vaxtında tutulması) və qəzası (başqa vaxt tutulması):

Ramazan ayında oruc tuta bilməyənlər başqa bir zaman oruclarını tuta bilərlər.

Oruc və onun qaydaları

Orucu kimlər qəza edə bilər:
Xəstələr: Oruc tutmasının çox zərərli ola biləcəyinə dair (müsəlman) həkimin göstərişini alan insan orucunu xəstəliyi keçəcək zamana saxlaya bilər.
Səfərə çıxanlar: Səfərə çıxanlar oruclarını qəza edə bilərlər, amma İmam Əbu Hanifə buyurur ki, səfərə çıxan insan oruc tutmağa gücü varsa, tutsun, çünki Allah: “Oruc tutmağınız sizin üçün daha xeyirlidir” (Baqara2/184) buyurdu.
Yaşlılar: Oruc tutmaq əvəzinə 30 gün bir yoxsulu yedirməli, ya 1 gün 30 yoxsulu yedirməlidir, amma oruc tutmağa gücü yetirsə, tutmalıdır.
Hamilə və südəmər uşağı olan qadınlar uşağın həyatı üçün narahat olarsa, oruc tutmaya bilər. Sonra orucunu qəza edər..

Orucun vaxtı.

Oruca sübh azanı ilə niyyət edilir, axşam azanı ilə açılır.

Sahura (səhər yeməyinə) qalxmaq, sahuru gecikdirmək (yəni son ana kimi, azana kimi yemək, öncədən yeyib azanı gözləməmək), iftara (orucu açmağa) tələsmək (yəni azan verilən kimi orucu açmaq) Rasulullahın (sas) əmrlərindəndir. Bundan başqa azan verilən kimi öncə yemək, sonra namaz qılmaq gərəkdir, çünki aclıq insanın fikrini namazdan yayındıra bilər. Xurma ilə, yaxud su ilə orucu açmaq sünnədir. İki orucun birləşdirilməsi yaxşı hal deyil, iftar etmək şərtdir..

Oruc və onun qaydaları

Orucu pozmayan hallar:
Unudaraq yemək, içmək: Oruclu olduğunu xatırlayan kimi ağzındakını udmamamaq, tövbə edib oruca davam etmək gərəkir.
Yuxuda ihtilam olmaq..
Qusmaq: Məcburi qusmaq orucu pozmaz, amma istəyərək qusmaq pozar (bu zaman miqdar da önəmlidir)
Cinsi münasibətdən sonra qüsl almayan bir insan oruc tuta bilər, amma namaz qılması üçün qüsl alması lazımdır, oruclu halda qüsl almaq olar.
Ağızda olan tüpürcəyin udulması.
Qadın yeməyin duzuna dilinin ucuyla baxa bilər.
Sahura qaxlamayan kimsə, oyandığı zamandan boğazından heç nə keçməyibsə, o an niyyət edib oruc tuta bilər..

Orucu pozan kəffarət gərəkdirən hallar:

Kəffarət: Pozulan bir günlük oruca ardıcıl 60 gün oruc tutmaq..
Bilərək yemək, içmək.
Cinsi münasibət.
Siqaret çəkmək.

Kəffarət yalnzı Ramazan orucunda var, digər oruclara kəffarət yoxdur..

Orucu pozan, yalnzı qəza gərəkdirən hallar:
Ağızı, burunu yuyarkən suyun boğazdan aşağı keçməsi. Bundan başqadigər sular, yağış, qar boğazdan keçərsə, oruc pozulur.
İynə, dərman qəbul etmək.
Allah oruclarınızı qəbul eləsin!
Загрузка...

ŞƏRHLƏR

Allahinqulu

7 İyul 2013 14:33

Allah orucunuzu qebul etsin melek

PeTTy

1 İyul 2013 12:33

Qaydalarını bilirem,her il Ramazanda bacardığım qeder tuturam.

Smiler

16 İyun 2013 16:09

QAYDALARI BILIRDIM allah razi olsun

PeTTy

29 May 2013 01:12

Qaydalarını bilirem,her il Ramazanda tuturam.

Diloş

22 İyul 2012 23:01

xebere gore cox sagolunmaraqli idi oxudum ve emel edecem

music_my_life

2 Sentyabr 2010 14:46

psixoloq_01,
mende qatiliram

psixoloq_01

15 Avqust 2010 03:46

Allah oruclarınızı qəbul eləsin!

seytanka_66

15 Avqust 2010 00:27

Amin ALLAH HAMININ ORUCUNU QEBUL ETSIN! HAMIYA SEBR VERSIN! BELE XEYIRLI XEBERLERE GORE COX TWK EDIREM NE YAXSIKI JOY,AZ VAR COX SAGOLUN! ilove

LARACROFT

13 Avqust 2010 19:04

Sitat: Sevka_(JoY)
Xeyr, bu səhvdir.. Qüsul almaq üçün gərək, bədəninin hər tərəfinə su dəysin.. Amma, Oruclu insana başını hamısını islatmaq olmaz.


Xeyir düzdür.Siz məncə bunu hardasa eşitmisinizsə səhv başa düşmüsünüz.Mən TV-də də baxdım.Duş qəbul etmək orucu pozmur amma dənizə getmək,suya baş vurmaq orucu pozur.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

devecili

13 Avqust 2010 16:16

allah bütün müsəlmanların orucunu qəbul etsin.. amin!

Rusalka_93

13 Avqust 2010 16:10

tesekkurler.Allah orucunuzu qebul etsin

gulush17

13 Avqust 2010 14:35

ALLAH haminin orucun qebul etsin.Her kes gork ucun yox,ALLAH rizasi ucun oruc tutsun.

Faya

13 Avqust 2010 11:49

Oruc tuturam ve Allah qoysa axıra qədər tutacam. Allah oruc və dualarınızı qəbul etsin
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

Balım

13 Avqust 2010 10:30

Allah oruc tutanlara sebir və dözüm versin bu yay günlərində, sona kimi tuta bilsinlər...

Arzu

13 Avqust 2010 01:22

Oruc tuturam tesekkurler

Sevka_(JoY)

13 Avqust 2010 00:57

ƏlHəmdilullah !!!
Mən də Oruc tuturam, İnşaallah, aclığa susuzluğa tab gətirib, nəfsimə güc gəlib DAVAM ETDİRƏCƏM !!
Bircə, Həcc qalıb, orada getsəydim ... - İnşaallah !

1-2 şey əlavə edim,
1.Orucu Axşam namazından sonra açmaq müstəhəbdir.

2.
Cinsi münasibətdən sonra qüsl almayan bir insan oruc tuta bilər, amma namaz qılması üçün qüsl alması lazımdır, oruclu halda qüsl almaq olar.

Xeyr, bu səhvdir.. Qüsul almaq üçün gərək, bədəninin hər tərəfinə su dəysin.. Amma, Oruclu insana başını hamısını islatmaq olmaz.
--------------------
"hərşey boşdur" - özü də bir boşdur!

UKA

12 Avqust 2010 23:39

Allah oruclarınızı qəbul eləsin!
Amin!

b_a_l_a_c_a

12 Avqust 2010 23:30

Nahid-19,
oric tutmursan?
ALLAH ORUC TUTANLARIN ORUCUNU QEBUL ETSIN.

denizim

12 Avqust 2010 22:50

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

Sweety

12 Avqust 2010 22:42

Allah bütün oruc tutanların orucunu qəbul etsin.

Matilla

12 Avqust 2010 22:34

Sitat: H.O.S.T_Girl
Allah her kesin Orucunu qebul etsin

İrmak

12 Avqust 2010 22:08

Tuta bilmirəm (((
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

Gitarist

12 Avqust 2010 22:04

Allah Butun Oruc tutanlarin Orucunu qebul etsin Amin!

10-suz

12 Avqust 2010 22:04

allah qebul etsin.mende tuturam

Nahid-19

12 Avqust 2010 22:03

ALLAH razı olsun və bizlərədə oruc tutmağı qismət etsin....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

l2a1000

12 Avqust 2010 20:52

Allah razı olsun

ESTRELLA

12 Avqust 2010 20:41

maraqlı xəbərə gğrə çox sağ olun!

witch_ifi

12 Avqust 2010 20:15

Chox sag ol men ele bunlari bilmek isteyirdim

ChocoLatte

12 Avqust 2010 20:14

Allah her kesin Orucunu qebul etsin.Artiq nece ildi tuturam ve ALLAHima coox Sukurde pozmamisam Orucumu ALLAH yol verse pozmayacamda...

_Zac_Efron_

12 Avqust 2010 20:13

Tuturam Inwallah ALLAH sebr versin axira kimi tutum.BUtun Oruc tutanlarinda ALLAH Namaz,Oruc ve dualarini qebul etsin.
--------------------
Лучше умереть стоя, чем жить на коленях
loading...
Загрузка...