Loading...

On iki imam Əleyhissəlam ( II hissə )
Din
- 11 Avqust, 2010
- 2 810 Baxış
Loading...

İmam Cəfəri Sadiq Əleyhissəlam demişdir: 3 şey 3 şeyi yuyar:
1.Qeyz – Qəzəb əqli yuyar.
2.Paxıllıq imanı yuyar.
3.Qeybət savabı yuyar.
İmam Cəfəri Sadiq oğlunun ( Yeddinci İmam Həzrəti Musayi Kazımın ) dünyaya göz açdığını biləndə demişdir: “Məndən sonrakı rəhbər, Allahın ən yaxşı yaratdığı doğuldu ”. Atası şəhid olanda Həzrəti Musayi Kazımın 20 yaşı vardı.Atasının məktəbində yetişmiş şagirdlərin əksəriyyəti ona üz tutdu və 30 il Yeddinci İmam Həzrətlərindən istifadə etdilər.Kəlam elminin ustadları bu məktəbdə tərbiyə olunmuşlarla bəhs etməyə cəsarət etmirdilər.İmamın söylədiklərindən:
“ Allahın ən bədbəxt bəndəsi o kəsdir ki, ikiüzlü və ikidilli ola, din qardaşının yanında onu tərifləyib, ondan uzaqlaşan kimi pisləyə, ya müsəlman qardaşına bir nemət hasil olanda ona paxıllığı tuta və elə ki, o dara düşdü, ona kömək etməkdən əl götürə ” Bütün İmamların həyatını nəzər salsaq, görərik ki, Onlar daim hakim qüvvələr tərəfindən nəzarət altında saxlanılmışlar ki, xalqla əlaqələri olmasın, ad-san qazanmasınlar bunun qarşısını ala bilməyən də isə onları hiylə ilə zəhərləyiblər.
Səkkizinci İmam Rzanın atası İmam Musayi Kazımı da düşmənləri zəhərlədilər.
Bu vaxt İmam Rzanın 35 yaşı var idi. Onun imamlığı da, başqa imamlar kimi, Allahın Peyğəmbəri və atası İmam Musayi Kazımın göstərişi ilə oldu.
Səkkizinci İmam Rza da, başqa imamlar kimi, xalqa həyat dərsi, paklıq öyrədib.
O, gecələr az yatar, daim ibadətlə məşqul olardı. Hər ayın 3 gününü oruc tutumaqdan çəkinməzdi (məlumdur ki. Rəhbərlər buyurublar: ayın əvvəlinci cümə axşamı, ayın ortasındakı çərşənbə, axırındakı cümə axşamı kim oruc tutsa, elə bil, bütün ili oruc tutub). İmam bütün xidmətçiləri, qulamları, hətta qaraları da süfrəyə oturdardı ki, onunla birlikdə çörək yesinlər.Onun xidmətçisi Lasir deyir: “ İmam Rza Əleyhissəlam bizə buyurmuşdur ki, əgər başınızın üstündə durub sizi bir iş üçün çağırsam, çörək yeyirsinizsə, çörəyinizi yeyin durmayın.Və heç vaxt O, ən vacib iş üçün belə çörək yeyən adamı süfrədən qaldırmazdı ”.İmam Rza söyləyirdi ki, dünyada heç bir iş insanın özünü tərbiyə etməyinə və öz nəfsini düzəltməyə tay ola bilməz. Hətta imama yaxın olmaq, onun lütf və mərhəmətinə fəxr edib öyünməklə də özünü başqalarından üstün tutmaq olmaz.İmam Rzanın uzun müddət oğlu yox idi. Nəhayət, hicrinin yüz doxsan beşinci ilinin Rəcəb ayının 10 - da Məhəmməd Təqi dünyaya gəldi. Uşaq doğulduqdan 3 gün sonra gözlərini səmaya tərəf çevirib sola, sağ baxıb dedi: Əşhədu ənlə lə iləhə illəlləh. Əşhadu ənnə Muhammədən Rasululləh.

OXŞAR XƏBƏRLƏR
Загрузка...