Loading...
Həzrəti Əli Əleyhissalamın fəzilətləri

Həzrəti Əli Əleyhissalamın fəzilətləri

Loading...
Həzrəti Əli əleyhissalamın fəzilətləri


Əmr ibn Məymunə (r) belə nəql edir : “İbn Abbasın (r) yanında əyləşdim.Onun yanına 9 kişi gəldi. Onlar dedilər : “Ey İbn Abbas(r) ! Ya qalx bizimlə gedək, ya da bunlarla qal”. İbn Abbas (r) dedi : “Xeyr, mən sizinlə gedirəm”.(Ravi) deyir :”İbn Abbas (r) hələ o zaman görmə qabiliyyətini itirməmişdi. Onlar söhbətə başladılar.Ancaq nə barədə danışdıqlarını bilmədik. Nəhayət, İbn Abbas (r) paltarını çırpa-çırpa və tfu-tfu edə-edə gəlib dedi :
“Onlar elə bir insanı məzəmmət etdilər ki, Allahın Peyğəmbəri (s) onun haqqında belə demişdir :
“Mən (Xeybəri fəth etmək üçün ora) elə bir adam göndərəcəyəm ki, o, Allahı və Onun Peyğəmbərini (s) sevir. Allah onu heç vaxt rüsvay etməz”. Belə olduqda bir çox adam (bayrağın ona həvalə edilməsi təmənnasıyla) ona tərəf boylandı. (Peyğəmbər (s) ) dedi : ” (Əli) ibn Əbu Talib haradadır ?” (Ona :) “ (Əli) dəyirmanda un üyüdür”, - deyə cavab verdilər. (Peyğəmbər (s) ) dedi : “Məgər sizlərdən biri un üyüdə bilməzmi ?” (Ravi) deyir : “ (Peyğəmbər (s) onu yanına çağırtdırdı) . Əli gözləri ağrıya-ağrıya (onun) yanına gəldi. O, az qala heç nə görmürdü. (Peyğəmbər (s) ) ağzının suyundan onun gözlərinə sürtdü (və gözləri sağladı). Sonra bayrağı 3 dəfə silkələyib ona həvalə etdi (və döyüşə göndərdi).” Əli (ə) (düşmən üzərində qələbə çaldı və onlardan) Səfiyyə bint Hüyey (adlı bir əsiri Peyğəmbərin hüzuruna) gətirdi”.
“(Peyğəmbər) Əbu Bəkri Tövbə surəsi ilə (surənin ilk üç və ya on ayəsinin ehtiva etdiyi hökmləri müşriklərə çatdırmaq üçün Məkkəyə) göndərdi. Lakin sonra :”Onu yalnız o kəs aparmalıdır (bu vəzifəni yalnız o kəs icra etməlidir) ki, o məndəndir , mən də ondan”, - deyib Əlini (ə) onun ardınca göndərdi. Əli (Əbu Bəkrə yetişib) surəni təhvil aldı.
“(Peyğəmbər) əmisi oğlanlarına belə dedi : “Sizdən hansı biriniz mənim dünya və axirətdə vəlim (canişinim) olmaq istəyir?” Onlar (Peyğəmbərin bu təklifini) qəbul etmədilər. Onlarla birlikdə əyləşən Əli (ə) : “Sənin dünya və axirətdə vəlin mən olaram” – dedi.
“İnsanlar içərisində Xədicədən sonra İslamı ilk qəbul edən şəxs Əli (ə) olmuşdur”.
“Allahın Peyğəmbəri (s) libasını (əbasını) Əlinin (ə), Fatimənin (s.ə), Həsənin (ə) və Hüseynin (ə) üzərinə çəkib dedi : “Siz ey (Peyğəmbərin) Əhli-beyti ! Allah yalnız sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər”.
“Əli öz canından keçərək Peyğəmbərin (s) libasını əyninə geyərək onun yatağında yatdı. Müşriklər Allahın Peyğəmbərini (s) daşlayırdılar.Birdən Əbu Bəkr (Peyğəmbərin (s) evinə) gəldi. Əli (sanki) yatmış idi. Əbu Bəkr onun Allahın Peyğəmbəri olduğunu güman etdi. Əli (Əbu Bəkri gördükdə) :”Allahın Peyğəmbəri (s) Məymunə quyusuna tərəf yola düşdü. Get özünü ona çatdır” – dedi. Əbu Bəkr bunu eşidən kimi yola düşdü və (Peyğəmbərə (s) yetişib) onunla birlikdə mağaraya girdi.
Əli (ə) Allahın Peyğəmbəri kimi daşqalağa məruz qalır və ağrıdan qıvrılırdı. O, başını (Pyeğəmbərin) libasının altına salıb sübhə qədər üstünü açmadı. Sonra (sübh açıldıqda) başını açdı. (Müşriklər yataqda Peyğəmbər əvəzinə Əlini görüb) “Həqiqətən, sən pis adamsan. Dostunu (Peyğəmbəri) daşa basırdıq, o heç qıvrılmırdı, ancaq sən qıvrılırsan. Bu isə bizim xoşumuza gəlmədi” – dedilər.
“(Peyğəmbər) camaatla (ordusu ilə) Təbuk qəzvəsinə (müharibəsinə) gedərkən Əli (ə) ona dedi : “Mən də sənin ilə gəlim?” . Allahın Peyğəmbəri ona : “Xeyr” – deyə cavab verdi. Əli (kədərlənib) ağladı. (Peyğəmbər) ona dedi : “Məgər sən mənə olan nisbətinin Harunun Musaya nisbəti kimi olmasına razı deyilsənmi ? Yalnız (aramızdakı yeganə fərq odur ki,) sən Peyğəmbər deyilsən. Mən səni yerimə canişin təyin etməmiş heç bir yerə gedə bilmərəm”.
“Allahın Peyğəmbəri (s) ona dedi : “Sən məndən sonra hər bir möminin üzərində canişimsən”.
“(Peyğəmbər) Əlinin (evinin) qapısından başqa məscidin (içinə açılan bütün) qapıları bağlatdırdı. (Əli) məscidə cünub halda daxil olurdu. Onun (öz evinə girib çıxması üçün) bundan başqa yolu yox idi.
“(Peyğəmbər (s) onun haqqında) belə dedi : “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”.
“Böyük və qüdrətli Allah bizə Quranda xəbər vermişdir ki, O, ağac əhlindən (ağac altında Peyğəmbərə beyət edənlərdən) razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi. Bundan sonra onlara qəzəbləndiyini söyləmişdir ?!” “Ömər : “Mənə izn ver onun (Bədr döyüşündə iştirak edən Hatib adlı şəxsin) boynunu vurum” – dedikdə Allahın Peyğəmbəri dedi : “Tutaq ki, sən bunu etdin, nə bilirsən, bəlkə, Allah Bədr camaatına (Bədr müharibəsində iştirak edən müsəlmanlara) nəzər yetirmiş (və onlara):“Nə istəyirsiniz edin”, - buyurmuşdur?”

Mənbə - Əhməd ibn Hənbəl “əl-Müsnəd” cild 1 səh 330-331 ; Bəzzar “əl-Müsnəd” cild 9 səh 109 ; Hakim Nişapuri “əl-Müstədrək” cild 3 səh 132-133 ; İmam Nisai “Xəsasi Əmirəlmöminin Əli ibn Əbu Talib” 23-cü hədis.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

♣YoL_Cu♣

13 Fevral 2013 17:32

Boyuk sexsiiyet, elm, agil sahibi. insan

-------------------------


Mən bir gizli xəzinə idim,istədim ki,Tanınam,bəs insanları yaratdım ki,Tanınam
--------------------
Axmaqlarla mübahisə etməyin. Onlar səni əvvəlcə öz səviyyələrinə endirəcəklər, sonra bu səviyyədə təcrübəli olduqları üçün sənə qalib gələcəklər.

troya55

15 İyul 2010 11:33

ALLAH SENDENDE AILENDENDE RAZI OLSUN BULARI BILIRDIM AMMA TAM BILMIRDIM ALLAH SENI QORUSUN

_Ayka_19

14 İyul 2010 13:32

Allah razi olsun

___DiMaggio

14 İyul 2010 00:11

ALLAH qarshiligin versin, chox sagol

İrmak

13 İyul 2010 20:05

xeberi hazirlayanin elleri var olsun
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

MafiOziK91

13 İyul 2010 19:24

ALLAHU EKBER.COX SAGOLIUN ALLAH RAZI OLSUN.
ALL FOR ALLAH

Sevka_(JoY)

13 İyul 2010 18:51

Çox sağ olun, Allah razı olsun !!
Ya Əli , Ya Əli !!
Sən elə güclüsənki !!
--------------------
"hərşey boşdur" - özü də bir boşdur!

Nifret

13 İyul 2010 17:28

Radıyallahu Anh

LARACROFT

13 İyul 2010 17:21

Belə yazıları mütləq oxumaq lazmdı.Çox sağ ol.ALLAH razı olsun!
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

True_Love

13 İyul 2010 16:36

Allah razı olsun

Babaeva

13 İyul 2010 15:53

Sitat: LIFE_AND_DEATH
Allah razı olsun, gözəl xəbər idi...Ardı gələr İnşAllah

Dior Cherie

13 İyul 2010 15:45

4ox sagol ALLAH razi olsun

Matilla

13 İyul 2010 15:13

ALLAH razi olsun...

LaLa

13 İyul 2010 14:11

Yazı super sonuna qədər oxudum.....ALLAH razı olsun!

l2a1000

13 İyul 2010 13:20

Sitat: Damla_87
Allah razı olsun, gözəl xəbər idi...Ardı gələr İnşAllah

Elif_87

13 İyul 2010 12:01

Allah razı olsun, gözəl xəbər idi...
Ardı gələr İnşAllah

Gitarist

13 İyul 2010 11:27

Maraqli Movzudur axiracan oxudum Tesekkur Allah Razi olsun

DANGER_85

13 İyul 2010 10:37

Allah razi olsun.

Qreqor Zamza

13 İyul 2010 10:19

Oxudum.Gözəl yazı idi.Çox sağol.ALLAH razı olsun!
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев