Fon yüklənir...
Загрузка...

Məscidlərimiz

Загрузка...
Günlərin birində dostum yanıma gələrək başına gəlmiş qəribə bir hadisəni danışdı. Çox təəccübləndim. Hadisə ərəb ölkərinin birində kiçik bir kənddə baş vermişdir. Peyğəmbərin (S.A.V) belə buyurduğunu eşitmişəm: “Allah üçün bir məscid tikənə, Allah Cənnətdə ona bənzər ev tikər.” hədisini eşitdikdən sonra Allah Təalə qəlbimə məscid tikmək fikrini salmışdı.
Bu əməlimlə Allahın razılığını və Cənnəti qazanmaq arzusu ilə yaşayırdım. Yaşadığım ölkədə məscidlər çox olduğundan bir çox tanışlarımın məsləhəti ilə yaxın ərəb ölkələrindən birində məscid tikmək qərarını verdim. Allah Təalə malıma bərəkət vermişdi. Beləcə səfərə çıxdım və istədiyim ölkədə kiçik bir kənddə balaca bir torpaq sahəsi almağa nail oldum. Sonra məscid tikmək üçün bu əyalətdən bu işi bacaran yaxşı bənna və sənətkarlar tapdım.
Onlara rəhbərlik edən şəxslə uzun söhbət edərək ona bu işdə mənə heç bir kəsin şərik olmamasını istədiyimi ona xəbər verdim və onlara lazım olan hər bir şeyin pulunu mənim verəcəyimi, hətta yemək və içməklərini, fəhlələrin paltar və ləvazimatlarını, gediş-gəliş, yol xərclərini də mən ödəyəcəyimi söylədim. Bunu ona israrla təkid edərək heç bir kəsdən yardım istəməmələrini söylədim. Məscidin nə zaman təhvil verə biləcəkləri vaxtı danışdıqdan sonra vətənə qayıtdım.
Günlər keçdi, məscidin tamam hazır olmağına az bir müddət qalırdı. O günü çox səbirsizlikdə gözləyirdim. Həyacandan özümə yer tapa bilmirdim. Yalnız bu fikirlə yaşayırdım: “Görəsən mənə Cənnətdə bir pay olacaqmı?!” və mənim dua etməkdən başqa bir şeyə gücüm çatmırdı.
Əlimdən gələn nə varsa etmişdim. Günlərin birində qəribə bir yuxu gördüm. Yuxuda Cənnətdə bir qəsrin içində idim. Böyük bir qəsr idi. Onun həyətini dolaşırdım. Birdən qəsrimin həyətində kiçik bir daxma gördüm. Heyrətə gəldim. Bu nədir belə? Soraqladım və mənə bu daxamnın qoca bir qarıya məxsus olduğu söylənildi. Yuxudan oyandım. Heyrət içində idim. Bu nədir belə?! Mənim savabıma şərik olan bu qarı kimdir?! Gün ərzində ancaq bu fikirlə dolaşdım. Nəhayət məscidin bitmə müddətini gözləmədən səfərə çıxdım.

Məscidlərimiz

Məscidi tikdirdiyim kəndə gəlib çatdığımda məsciddəki işlərin başa çatmasına az qaldığını gördüm. İşə nəzarət edən adamı çağırtdırdım. Onunla yuxum haqqında danışmaq istəyirdim. Lakin sözə “kimsə sizə bu məscidin tikilişində kömək edibmi?” deyərək başladım.
Usta: “Xeyr, kim kömək edəcək ki?! Xırda mismara kimi siz almısınız.”
Mən: “Ola bilməz siz kimdənsə nəysə almayasınız” dedim və bunu araşdırmasını xahiş etdim. Usta çox təəccüblənmişdi. Yəqin ki, “görəsən niyə belə edir?” deyə düşünürdü.
Nəhayət cavan fəhlələrədən biri:
“Bu yaxınlıqda qoca bir qarı var, bir dəfə onun həyətindən köhnə bir vedrəsi ilə su gətirmişəm” deyə boynuna aldı. Çox qəzəbləndim. Nə deyəcəyimi bilmirdim. Usta donub qalmışdı. Bir vedrəyə görə bu qədər qəzəb nə üçün idi?! Nəhayət bir az hirsim soyudu və oğlandan qadının harada yaşadığını dəqiqləşdirdikdən sonra qadının evinə sarı yola düşdüm.
Gəlib çatdığımda kiçik bir həyəti olan köhnə bir ev gördüm. Qapı açıq olduğundan ətrafa baxmaq üçün həyətə girdim. Birdən gözüm divarın dibində olan köhnə vedrəyə sataşdı. Elə bu vaxt evin qapısının səsini eşitdim. Qoca bir qarı bayıra çıxdı.
Qarı “Siz kimsiniz? Nə istəyirsiniz?” deyə sakit səslə soruşdu.
Mən: “Allah adamıyam” dedikdə
Qadın: “Bu qoca qarının evində nə axtarırsınız?” deyə soruşdu.
Mən: “Sizin bu vedrənizi almaq istəyirəm. Neçəyə satırsınız?” deyə söylədim.
Qadın üzümə baxdı, sonra: “O, satılmır!” dedi.
Mən: “Nə qiymət desəniz, onu ödəyərəm. Sadəcə onu mənə satın” dedim.
Qadın: “xeyr!” dedi və evə girmək istədi.
Bütün fikrim nəyin bahasına olur olsun bu vedrəni almaq idi.
O üzdən yenə inadla: “Xahiş edirəm, satın! Bu mənim üçün çox önəmlidir” dedim.
Qadın çevrildi.
Təbəssüm edərək: “Mənim üçün də çox önəmlidir. Ayağımın altına göyləri səpsən belə onu sənə satmaram, çünki Sənin gördüyün o yuxunu mən də görmüşəm.”

Məscidlərimiz

Allah məscid tikənə, onun tikilməsində köməyi olana necə nemət vəd etdiyini bir düşünün! Bəs onda Allahın məscidlərini bağlayan, oranı xaraba qoyan insanları nə gözləyir?! İnsanların orada ibadət etməsinə mane olanların halını düşünün! Allah Təalə buyurur:

”Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir”
Bəqərə surəsi 114.ayə
Загрузка...

ŞƏRHLƏR

_LoVe_YoU_

20 İyul 2010 23:04

............cox maraqli idi tskler............

DANGER_85

13 İyul 2010 22:50

Adeten bele xeberlere serh yazmaqa utaniram.

ALUCARD

30 İyun 2010 20:39

Xeberin evvelindeki mescid haqqinda niye yazmamisiniz? heyif ireful

Qreqor Zamza

29 İyun 2010 22:06

Yazını oxudum.Sonu daha çox maraqlı idi.Bilmirdim bunu.ALLAH bütün insanlara nəsib etsin Məscid tikməyi.Çox sağol Kəmalə, ALLAH səndən razı olsun!
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Nagil

29 İyun 2010 21:54

super yazi idid cox xosuma geldi son zamanlar demek olarki ruhum bele movzulara ac idi.alismisam bele hekayeler esitmeye coxdandir hec danisanimda yox idi indi oxudum rahatladim biraz.davami olsun bele hekayelerin mutleq.onsuzda insan bu heyatda ne edirse ozune gore edir bu fani dunyada yasayaraq oz cennetini qazanmaga calismalidir

Catgirl93

29 İyun 2010 17:10

Mescid tikmek gozel weydi.menim atam tikib.mende cox isteyerdim/.Allah hamiya nesib etsin

Arzu

29 İyun 2010 13:32

Allah Razi olsun

Joy.az_super

29 İyun 2010 12:40

təşəkkür

Dima Bilan

29 İyun 2010 12:24

coox saol...

denizim

29 İyun 2010 11:48

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

UltrAslan

29 İyun 2010 02:03

İnşAllah Hər Bir Müsəlmana Qismət Olsun ... Hər Qəsəbədə , Məhəllədə Azan Səsi Gəlsin ...

Lunchi_Pulchi

29 İyun 2010 01:52

xoşum gəldi .belə hekayələri çox sevirəm.maraqlı idi.inan mən də məscid tikmək istədim recourse

ChocoLatte

29 İyun 2010 00:07

ALLAH razi olsun.Mescidde tez tez oluruq.Rayona gedende eleyende hedme yolumuzun ustunde olur deye hemise deyirik...

Miss_Zaqadka

28 İyun 2010 23:43

mescide getmek mene rahatliq verir...

Lektra

28 İyun 2010 23:42

Gozel xeberdi. Artiq mutamade olaraq 2gundu girirem bu sayta bele xeberlerin olmasi meni sevindir. BRAVO size

Hitch

28 İyun 2010 23:26

bəzi məscdilər bizdədə bağlanıb, məscidi bağlamaqda əllərinə nə keçib anlamıram.

kissed_a_girl

28 İyun 2010 23:07

Gozel xeberdi. Artiq mutamade olaraq 2gundu girirem bu sayta bele xeberlerin olmasi meni sevindir. BRAVO size
loading...
Загрузка...