Loading...

Özünü hesaba çəkmə
Din
- 23 İyun, 2010
- 2 372 Baxış
Loading...

Bir zəngin ölümdən və qəbirdəki təklikdən çox qorxurmuş."Öldüyüm gecəni kim qəbrə girərək səhərə qədər mənimlə keçirsə ,sərvətimin yarısını ona bağışlayıram"-deyə vəsiyyət etmiş.Öləndə "kim qəbirə girib səhəri açmaq istəyər?"-deyə axtarmışlar.Heç kimi tapa bilməmişlər.Nəhayət bir hambal "mənim təkcə ipim var,itirəcək başqa bir şeyim yoxdur.Səhərə qədər dayansam,zəngin olaram"deyə fikirləşərək təklifii qəbul edir.
Onu da vəfat edən varlı ilə birlikdə dəfn etmişdilər.Sorğu sual mələkləri gəlmiş.baxmışlar ki ,qəbirdə bir ölü bir canlı var."Onsuz da bu ölü əlimizdədir...biz bu canlı olandan başlayaq"demişlər və hambalı sorğu suala tutmuşlar."O ip kimindir?haradan aldın?niyə aldın?necə aldın?harda istifadə etdin?neçiyə aldın ?"səhərə qədər sual cavab etmişlər,hambalın hesabı qurtarmıyıb.Səhəri qəbirdən çıxmış hambal.
-Bundan belə sərvətin yarısı sənindir demişlər.
-Aman ,-demiş hambal-istəmirəm,qalsın.Mən səhərə kimi bir ipin hesabını verə bilmədim.O qədər sərvətin hesabını necə verərəm?
-Bundan belə sərvətin yarısı sənindir demişlər.
-Aman ,-demiş hambal-istəmirəm,qalsın.Mən səhərə kimi bir ipin hesabını verə bilmədim.O qədər sərvətin hesabını necə verərəm?

İndi bir də özümüzə baxaq. Nə qədər haram yediyimizə,bu gün kimə "atım" görəsən fikirləşən insanlara baxaq.Yetim haqqı yeyənlərə,başqasının pulunu oğurlayıb ev eşik sahibi olanlara baxaq.Rüşvət alan haram yeyən müəllimlərə,işçilərimizə baxaq.Qurban ətini pulnan satanlara baxaq.Heç kim deməsin ki mən halalım olmayan heç nə yeməmişəm.
Bizi mağazaya buyuranda qalan xırda pulu qaytarmışıq həmişə?, ya "anamın onsuz da yadında çıxıb qoy məndə qalsın" deyib özümüzdə saxlamışıq?
Bizə xırda görünən amma axirətdə qarşımıza dağ kimi çıxacaq məsələlərdi bunlar.
Bəs siz necə ?
Sahib olduğunuz hər bir şeyin hesabını sizcə verə biləcəksinizmi?
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...