Loading...

İncil və Quran
Din
- 18 İyun, 2010
- 7 373 Baxış
Loading...

Tarix boyunca insanlara Allah tərəfindən insanlardan elçilər göndərilmişdir. Bəzilərinə səhifələr, bəzilərinə kitablar verilmişdir.
Gələn peyğəmbərlər bir-birlərini təsdiq etmişlər.
İncili araşdırdığımızda görürük ki, incil İsadan sonra 50-85 il arasında qələmə alınmışdır. əslində çox sayda İncil yazılmasına baxmayaraq bunların arasında 4 dənəsi qəbul edilmişdir.(MARKOS, MATDA, LUKA,YUHANNA)
İncillərin ən diqqət çəkən xüsusiyyəti onları yazanların öz izahatlarının olmasıdır. Yəni incillərdə oxuduqlarımızın hamısı matda, markos, luka və yuhannanın İsanın həyat hekayəsi və sözlərini təsdiq edən öz izahatlarıdır.
Heç bir sözü Allah sözü deyil və İsanın doğruluğunu təsdiqlədiyinə dair heç bir dəlil yoxdur. İndi bizlərə təqdim edilən incillər Allah kəlamı deyildirlər.
Yalnız Allah tərəfindən İsaya göndərilən İncildə keçən Allah sözlərinin qələmə alınmış halı yoxdur. Ya yazılmayıb ya da itmişdir.
Quranda isə bütün yazılanlar mələk vasitəçiliyi ilə Peyğəmbərə (s.ə.v) göndərilən Allah sözlərindən ibarətdir. qətiliklə insan sözü və izahatı yoxdur və Quranda da daha əvvəlki peyğəmbər və kitablar təsdiq edilmişdir.
Quran ilk zamanlarda vəhy katibləri tərəfindən dəri və sümük üzərinə yazılaraq saxlanar və oxunub təkrar edilərək əzbər yaddaşda saxlanardı. Peyğəmbərdən sonra üçüncü xəlifə Osmanın vaxtında bir mütəxəssis heyət qurulub, şahidlər də olaraq, Peyğəmbərin sağlığında düzdüyü sıra şəklində bütün səhifələr toplanaraq, müqəddəs kitab kimi hazırlanmışdır.
Bilinən ən köhnə müqəddəs Quran kitabı Özbəkistanın Daşkənd şəhərində bir muzeydə saxlanılır.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...