Loading...

Namaz və sağlamlıq
Din
- 17 İyun, 2010
- 4 168 Baxış
Loading...

Müsəman namazı Allahu təalanın əmri olduğu üçün qılır. Rəbbimizin əmrlərində bir çox hikmət, fayda vardır. Qadağanlarında da bir çox zərərlərin olduğu şübhəsizdir. Bu fayda və zərərlərin bir qisimi bu gün tibb mütəxəssislərin tərəfindən təsbit edilmişdir. İslamın sağlamlığa verdiyi əhəmiyyəti, heç bir din və düşüncə verməmişdir. Dinimiz, ibadətlərin ən üstünü olan namazı, ömürümüzün sonuna qədər etməyi əmr etmişdir. Namaz qılan, sağlamlıq üçün olan faydalarına da əlbəttə qovuşar. Namazın sağlamlıq cəhətdən təmin etdiyi faydalardan bəziləri bunlardır:
1 - Namazda edilən hərəkətlər yavaş olduğundan ürəyi yormaz və günün müxtəlif saatlarında olduğu üçün insanı həmişə dinc saxlayar.
2 - Gündə başını səksən dəfə yerə qoyan bir kimsənin beyninə ritmik olaraq çox qan çatar. Buna görə beyin hüceyrələri yaxşı qidalandığından yaddaş pozğunluqlarına namaz qılanlarda çox daha az rast gəlinir. Bu insanlar daha sağlam bir ömür keçirərlər. Bu gün tibbdə "demans senil" deyilən ağlını itirmə xəstəliyinə uğramazlar.
3 - Namaz qılanların gözləri, müntəzəm olaraq əyilib-durduqları üçün daha qüvvətli qan dövranına malik olar. Bu səbəblə göz təzyiqində artım olmaz və gözün ön qisimindəki mayenin tez-tez dəyişməsi təmin edilmiş olar. Gözü "katarakt” xəstəliyindən qoruyar.
4 - Namazdakı izometrik hərəkətlər, mədədəki qidaların yaxşı qarışmasına, qidanın asan axmasına və öd kisəsində yığılmamasına, pankreasdakı fermentlərin asan boşalmasına kömək olduğu kimi, qəbizliyin aradan qaldırılmasında da rolu böyükdür. Böyrəyin və sidik yollarının yaxşıca çalxalanır, böyrəkdə daş yaranmasına mane olur.
5 - Beş vaxt qılınan namazdakı ritmik hərəkətlər, gündəlik həyatda işləməyən əzələ və oynaqları çalışdıraraq, oynaq xəstəliklərini və əzələ tutulmalarının qarşısını alır.
6 - Bədən sağlamlığı üçün təmizlik şübhəsiz lazımdır. Dəstəmaz və qüsul, həm maddi, həm də mənəvi bir təmizlikdir. Budur, namaz, təmizliyin də özüdür. Çünki həm bədəni, həm də ruhi təmizlik olmadan namaz olmaz. Dəstəmaz və qüsul bədənin təmizliyini təmin edər. İbadət vəzifəsini yerinə yetirən insan ruhən istirahət etmiş, təmizlənmiş olar.
7 - Namaz vaxtları qan dövranını təzələmək və tənəffüsü canlandırmaq üçün ən uyğun vaxtlardır.
8- Yuxunu tənzimləyən əhəmiyyətli ünsür namazdır. Hətta bədəndə yığılan statik elektriklənmə, səcdə etməklə yox edilir. Beləcə bədən gümrah olar.
Namazın bu faydalarına qovuşmaq üçün, namazı vaxtında qılmaqla birlikdə, təmizliyə, çox yeməməyə və yeyilən qidaların təmiz, halal olmasına da diqqət etmək lazımdır.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...