Loading...
İmanın əsasları

İmanın əsasları

Loading...
İmanın altı şərti vardır: Bunlar, Allaha, axirətə, mələklərə, kitablara, peyğəmbərlərə, taleyə iman etməkdir.

(Hazır-Moren) İmanın əsasları

Bir insanın mömin ola bilməsi üçün bu altı əsasın hamısına inanması lazımdır. Bir tək iman şərtinə inanmayan insan, mömin ola bilməz. Çünki, iman əsasları bir-biriylə əlaqəlidir.

1- Allaha İman:

İman əsaslarının birincisi Allahın varlığına və birliyinə inanmaqdır. Bir Müsəlman hər şeydən əvvəl iman edər ki Allah vardır və birdir; bu kainat Onun əsəridir. Nə şəxsində, nə sifətlərində, nə də hərəkətlərində ortağı, bərabəri və bənzəri yoxdur. Sifətləri məxluqatın sifətlərinə bənzəməz.

Bütün varlıqlar Allahın varlığına dəlalət etdiyi kimi birliyinə də dəlalət etməkdədir.

Əzəli və əbədi olub, zamanda, məkandan, dəyişməkdən, ehtiyacdan, acizlikdən, qüsurdan uzaqdır. Bu sifətlərə sahib olacaq bir başqa varlıq düşünülə bilməz.

Allahın bütün sifətləri hər şeyi əhatə etmişdir. Hər şey onun iradəsinə tabedir. Rəhman, Rəhm, Gafur kimi camalı adları olduğu kimi, Kahhar, Cəbbar, Müntakim kimi cəlalı adları da vardır. Özünə iman edənlərə lütf ilə rəftar edər. Küfr və üsyan əhlini də əzabına çatdırar.

İbadət ancaq Allaha edilə bilər. İnsanların dünya və axirət səadəti Onun əmr və qadağanlarına uyğun gəlməklə reallaşar. Bu bir ilahi qanundur; bunda bir dəyişmə düşünülə bilməz.

İnsan ağlı, Allahın şəxsini, mahiyyət və həqiqətini anlaya bilməz. Çünki ağıl məxluqdur və məhduddur. Cənabı Haqqın şəxs və sifətləri sonsuzdur. Məhdud olanın, sonsuzu əhatə edə bilməyəcəyi açıq bir həqiqətdir. Yəni, xatirə hər nə gəlirsə Allah onun başqasıdır.

Allahın, şəxsində şəriki olmadığı kimi hərəkətlərində də şəriki yoxdur. Bütün varlıq aləminin tək yaradıcısı, tək maliki və tək hakimidir. Səbəbləri yaradan Allah olduğu kimi, səbəblərdən çıxan nəticələri də yaradan yenə Odur; ağacı O yaratdığı kimi meyvəni də O yaradar.

Şükür və ibadət, həmd və səna ancaq Ona məxsusdur. Möminlər tək Allaha ibadət etdikləri kimi köməyi də ancaq Allahdan diləyərlər: "Tək sənə qulluq edər və tək səndən kömək diləyərik." (Fatihə Surəsi, 5)

Bir günah işlədiklərində də tövbələrini birbaşa Allaha edərlər. Çünki insanların Allaha qarşı işlədikləri günahı Allahdan başqası bağışlaya bilməz.

2- Mələklərə İman:

İmanın bir başqa şərti də mələklərə imandır. Hər Müsəlman iman edər ki; Cənabı Haqqın mələk adında lətif məxluqları vardır. Bunlar Allahı təsbeh edər, ayrıca özlərinə verilən digər vəzifələri də yerinə yetirərlər. Üsyansız olan bu məxluqlar bəşər kimi bir imtahana tabe deyildirlər; fitrətləri saf, özləri günahsız, mövqeləri sabitdir.

3- Kitablara İman:

İmanın şərtlərindən biri də səmavi kitablara imandır. İnsan, ağıl vasitəsilə Allahın varlığını və birliyini bilsə belə, Onun əmr və qadağan etdiklərinin nələr olduğunu, Ona qarşı ibadət vəzifəsini necə edəcəyini, qısacası Allahın nələrdən razı olub olmayacağını idrak edə bilməz. Bunun üçün Cənabı Haqq, səmavi kitablar endirmişdir. Səmavi kitabların yüz dənəsi səhifələr halında, dörd dənəsi isə kitab halında nazil olmuşdu. Bu dörd səmavi kitab, nazil olma sırasına görə, Zəbur, Tövrat, İncil və Qurandır.

4- Peyğəmbərlərə İman:

Bir başqa iman şərti də peyğəmbərlərə imandır. Cənabı Haqqın, insanları, yenə insan növündən bir peyğəmbərlə xəbərdarlıq etməsi İlahi bir qanundur.

Peyğəmbərlik bəşər üçün əzm bir ehtiyac və böyük bir nemətdir. Cənabı Haqq, bu mürşid və rəhbərlərin vasitəsiylə insanlara hidayət yollarını göstərmişdir.

Peyğəmbərlərin vəzifəsi, vəhy və ilham yoluyla Cənabı Haqqdan aldıqları əmrləri bəşəriyyətə təbliğ etmək, dünya və axirət səadətinin yollarını onlara göstərməkdir. Bu şəxslərin iki cəhətləri vardır. Biri "qulluq", digəri "risalət"(İlahi elçilik)dir. Qulluq cəhətiylə Allahın əmr və qadağanlarına ən mükəmməl mənada, əskiksiz uyğunlaşdırar; bu sahədə insanlara nümunə olarlar. Risalət cəhətiylə, insanlara haqq və həqiqəti təbliğ edərlər.

(Hazır-Moren) İmanın əsasları

5- Axirətə İman:

İmanın ən mühüm bir şərti də; öldükdən sonra dirilməyə və axirət həyatına imandır. İnsanlara, bu dünya həyatında həm maddi, həm də mənəvi nemətlər lütf edən Cənabı Haqq, bu dünya imtahanını qazanan sevimli qullarını cənnətdə yenə həm cismani, həm də ruhani həddsiz nemətlərə verəcək.

Payız mövsümündə ölən bütün bitkiləri və heyvanları, baharda yenidən həyata qovuşduran Allah, əlbəttə vəfat edən insanları da axirətdə yenidən dirildəcək. Bu Onun həm rəhmətinin həm də ədalətinin gərəyidir.

6- Taleyə İman:

İmanın şərtlərindən biri də taleyə imandır. Tale iki qisimdir. Birincisi; kainatdakı hər varlığın, "şəxsi, şəkli və bütün xüsusiyyətləriylə" Allahın elmində təqdir edilməsi və buna görə yaradılmasıdır. Bu sahə imtahana mövzu deyil.

İkincisi isə; insanın cüzi iradəsinə baxar. İnsan, cüzi iradəsi ilə xeyr olsun, şər olsun hər nəyi seçər və nəyi işlərsə Allah onu yaradar. İnsan bu ikinci qisimdən məsuldur. Cənnət və cəhənnəm, insan iradəsinə təqdim edilən bu seçim haqqının meyvələridir.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

omer osman

18 Avqust 2013 00:28

Thanks Allah.Because i'm muslim hi

_SUS_

25 İyul 2012 18:18

Tesekkurelr xebere gore Allah razi olsun sizden maralidir oxuyacam:)

Fatime

25 İyun 2010 16:33

HAMISINA INAMIM SONSUZ DERECEDEDIR.

LaLa

24 İyun 2010 17:51

ƏlHəmdilullah !!
Allaha və onun buyurduğu hər şeyə imanım böyük və sonsuz ..
Tanrı, hər kəsin ürəyinə daha artıq İman versin !- Amin !!

Qreqor Zamza

19 İyun 2010 18:44

Sitat: Britney Spears
Səni qoyub heç yerə getmərəm

love kiss
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Qreqor Zamza

18 İyun 2010 10:59

Sitat: _SENSELESS_LIFE_
Mən sənə deyirəm ki getmir)

Düz deyirsən getmir,indi bildim)
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Senseless_life

18 İyun 2010 10:57

Sitat: Robert Pattinson
Sən hardan bilirsən,mənə özü deyib gedirəm)


Mən sənə deyirəm ki getmir) sadəcə tətilə çıxıb laughing

Qreqor Zamza

18 İyun 2010 10:53

Sitat: Damla_87
Mənə də ismarıc yazmışdı ki, mən birdəfəlik gedirəm...

fellow
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Elif_87

18 İyun 2010 10:52

Sitat: Robert Pattinson
,mənə özü deyib gedirəm)

Mənə də ismarıc yazmışdı ki, mən birdəfəlik gedirəm... recourse

Qreqor Zamza

18 İyun 2010 10:49

Sitat: _SENSELESS_LIFE_
Elə mən də onu deyirəm)

Sən hardan bilirsən,mənə özü deyib gedirəm)
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Senseless_life

18 İyun 2010 10:47

Sitat: Robert Pattinson
Britneyi deyirəm)


Elə mən də onu deyirəm)

(Bakinech)

18 İyun 2010 10:38

Sitat: Britney Spears
Hamınıza arzu edirəm, Allah sizi öz yoluna dəvət etsin.. Hamınız iman sahibi olasız.. Heç kimin qəlbini qırmayasız.. Mehriban olun.. Salamat qalın..

twkkur. chox sagol. gozumuz yolda bilesen!

Qreqor Zamza

18 İyun 2010 10:33

Sitat: _SENSELESS_LIFE_
Heç yerə)

Səni bildim)Britneyi deyirəm)
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Senseless_life

17 İyun 2010 22:16

Sitat: Robert Pattinson
Hara gedirsən?((


Heç yerə)

Vanessa

17 İyun 2010 22:02

Sitat: Robert Pattinson
Sən hara?

Getmeliyem..bir muddetlik... recourse

Qreqor Zamza

17 İyun 2010 22:01

Vanessa,
Sən hara?
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Vanessa

17 İyun 2010 22:00

Sitat: Robert Pattinson
Hara gedirsən?((

Daha bizlerle olmayacaq..teessuf..menimkimi..gedirik sagolun cray

Qreqor Zamza

17 İyun 2010 21:58

Sitat: Britney Spears
Salamat qalın..

Hara gedirsən?(( shout
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Nagil

17 İyun 2010 21:54

Sitat: Britney Spears
Hamınıza arzu edirəm, Allah sizi öz yoluna dəvət etsin.. Hamınız iman sahibi olasız..

Sitat: Joy.az_super
Belə dəyərli və lazımlı xəbərə görə minnətdaram. Allah razı olsun

Lunchi_Pulchi

17 İyun 2010 21:04

sadəcə çox sağol.bilməyənlərə də öyrətdiyin üçün.bunları hamı bilməlidir.

Sevka_(JoY)

17 İyun 2010 18:35

ƏlHəmdilullah !!
Allaha və onun buyurduğu hər şeyə imanım böyük və sonsuz ..
Tanrı, hər kəsin ürəyinə daha artıq İman versin !- Amin !!
--------------------
"hərşey boşdur" - özü də bir boşdur!

Ruvi

17 İyun 2010 17:55

Bu haqda məlumatlıyam. Əziyyətə görə təşəkkürlər.

Nahid-19

17 İyun 2010 17:18

Təşəkkürlər ALLAH razı olsun....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

ChocoLatte

17 İyun 2010 16:10

Gunka cox sagol.ALLAH razi olsun...

Dior Cherie

17 İyun 2010 15:36

twk 4oooox beyendim....

MR.QARRI

17 İyun 2010 13:37

əzbər bilirəm və hamı da bilməliir

LARACROFT

17 İyun 2010 13:36

ALLAHA çox şükür ki mən qulaqları kar olmuş,gözləri kor olmuş ALLAHA inamı olmayan insanlardan deyiləm.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Joy.az_super

17 İyun 2010 13:01

Belə dəyərli və lazımlı xəbərə görə minnətdaram. Allah razı olsun give_ros

bumer56

17 İyun 2010 12:49

twk Xebere gore aze

Miss_Zaqadka

17 İyun 2010 12:17

Sitat: Damla_87
Allahıma, dinimizə, kitabımıza və peyğəmbərlərimizə imanım sonsuzdur...