Loading...

Niyyət
Din
- 26 Aprel, 2010
- 2 994 Baxış
Loading...

Niyyət nədir, necə olmalıdır?
Niyyət deyilincə, ağılımıza əvvəlcə namaz yaxud oruc gəlir. Bu ibadətləri edərkən Allah rizasına çatmağı tələb edərik. Və bunu işin başında dərhal dilə gətirərik.
Hər kəsin öz nəfsini bəyəndiyi bir dünyada, riya yolunu tutmamız və özümüzü başqalarına bəyəndirmə sevdasına qapılmamız böyük bir qəflətdir.
Dünyada məsud bir həyat sürməmiz və ölümlə başlayan əbədiyyət səfərimizdə səadət yurduna çatmamız, əvvəlcə, niyyət şərtinə bağlıdır. İbadətlərimizdə niyyət Allah rizası olduğu kimi, dünya işlərinə işimizdə də niyyətimiz "halal qazanmaq, ailə fərdlərimizə halal loxma yedirmək, nümunə bir zəngin olaraq başqalarını da halal dairəsində işə təşviq etmək, məmləkətimizin maddi inkişafında rol boynuna götürərək düşmənlərimiz qarşısında ölkəmizi daha güclü etmək" kimi yüksək məqsədlər olmalıdır.
"Başqalarına üstün gəlmək, barmaqla göstərilmək, rəqiblərimizi qısqandırmaq, alqış və təqdir yığmaq" kimi nəfsin xoşuna gələn niyyətlər o işlərimizin faydasını yalnız bu dünyada buraxar. O qədər yorulmamıza baxmayaraq axirətimizə bir şey apara bilmərik.
Ustad Bədiüzzaman Həzrətləri, "Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin ki təqva mərtəbəsinə nail olasınız." tərcüməsindəki ayənin təfsirində, çox əhəmiyyətli bir nöqtəyə işarə edər:
İnsan, Rəbbinə, əvvəlcə, Rəbbi olduğu üçün ibadət etməlidir. Bu ibadətin sonunda çatacağı mövqelər və lütflər ikinci dərəcədə qalarlar. Bunun bir kiçik misalını, böyüklərimizə hörmət nöqtəsində yaşamırıkmı?
Atamıza nə üçün hörmət edərik?
Atamız olduğu üçün; yoxsa, bizə hədiyyələr verəcəyi, yaxud miras buraxacağı üçün deyil.
Rəbbimizə, Rəbbimiz olduğu üçün ibadət edəcəyik. Bədənimizin planını bir damla su içinə yerləşdirən, o damlanı tərbiyə edərək insan halına gətirən və ruhumuzu duyğularla təchiz edən Rəbbimizə sonsuz şükr borcumuz vardır.Bir mömin, ibadətə başlarkən Allahın razılığını niyyət etməklə bu mənanın şüurunda olduğunu da dilə gətirmiş olur.
Əməllərin görünən qisimi bədən kimidir; məqsədi isə ruh. Bədən ruhla həyata qovuşduğu kimi, əməllər də niyyət ilə canlanar və həyatlanarlar. Niyyətin ruhu isə ixlasdır, yəni ibadətin yalnız Allah rizası üçün edilməsi, bir başqa məqsəd güdülməməsidir.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...