Loading...

Dua etmək...
Din
- 15 Aprel, 2010
- 6 626 Baxış
Loading...
Dəniz kənarına oturmuş, gözlərinidə irəlidəki bir nöqtəyə dikmişdi.
Bəlkə də bir saatdır eləcə dayanırdı.Onun bu halı,alver üçün balıqçı qayıqlarının sahilə dönməsini gözləyən bir qocanın diqqətini çəkdi.Yaşlı adam,onun yanına gedib:
-Salam dedi. Bu gün dəniz çox gözəldir deyilmi?
Kiçik uşaq,başını çevirmədən;
- Amma küləkli, dedi. Topum dənizə düşüncə sürüyüb apardı.
Adam, uşağın yanına oturub:
- Əgər bir az gənc olsaydım, üzüb onu götürərdim!. dedi.
Amma indi adım belə ata bilmirəm.
Kiçik uşaq, ona cavab vermədi. Və sahildən uzaqlaşan topunu daha yaxşı görə bilmək üçün, dərhal yanındakı daşa çıxdı. Yaşlı adam, sakit bir səs tonuyla:
- Ümidini heç bir zaman itirmə!. dedi. Məncə dua etsən çox yaxşı olar.Uşaq, böyük bir sevinclə:
- Dua etsəm topum geri gələrmi?deyə soruşdu.Dənizə düşdüyü yeri bilərmi?
- Allah istəsə əgər, ona öyrədər!. dedi qoca. Topun geri gəlməsə də, duaların savabı sənə yetər.
Kiçik uşaq, yaşlı adamın sözlərini bir az düşündükdən sonra, hər oxuduğunda babasından bəxşiş qopardığı duaları ard arda sıraladı.Daha sonra da, topun dönməsi üçün Allahdan kömək istədi. Amma kədəri azalmamışdı.

O topa xeyli pul xərcləmiş, bayram pulunu belə ona qatmışdı.
İndi artıq tək şansı,bəzən olduğu kimi,küləyin birdən istiqamət dəyişdirməsi idi. Amma dəniz çox böyük idi, topu isə kiçik.Axşamüstü hava bir az daha sərtləşdi. Və günəş batmaq üzrəykən qayıqlar döndü.
Uşaq, evə getmək istəmirdi. Buna görə də qoca ilə birlikdə vaxtını keçirtdi.
Yaşlı adam,həmişə eyni balıqçıdan alver edərdi.
Sonunda onu tapıb:
- Ovunuz inşallah yaxşı keçmişdir!. dedi Əgər varsa, bir neçə kilo ala bilərəm.
Qayıqdakı adam, bir vedrə içindəki balıqları göstərib:
- Onsuz da ancaq o qədər tutmuşdum, dedi. Dənizdə "ov" deyə bir şey qalmadı.
- Dua etməyi sınadınızmı? deyə atıldı uşaq. Ümidinizi əsla itirməyin!.
Balıqçı üçün hər şey təsadüf idi. Bunun üçün də "təsadüfi" deyərdilər.
Amma indi bir şey xatırlamışdı İllər ili unutduğu bir şeyi.
Uşağın yanaqlarını oxşayarkən:
- Dua ha!. deyə zümzümə etdi. O zaman tuta bilərəmmi?
- Tuta bilməsəniz belə,duaların savabı sizə yetər, dedi uşaq.
Bunu yeni öyrəndim. Balıqçı,belə bir sözü ilk dəfə eşidirdi.
Başını ağır ağır yelləyərək:
- Mən də yeni öyrəndim!.deyə gülümsədi. Üstəlik də kiçik bir müəllimdən.
Uşaq, bu sözlərdən çox xoşlanmışdı. Artıq topun getməsinə kədərlənmirdi. Yanındakı yaşlı adam ona bir göz qırparkən, balıqçı təkrar qayığa yönəldi və şəbəkələrin üzərindəki köhnə örtünü açdı.
Bir top vardı orada. Hələ yaş olduğundan, ışıl ışıl parıldayan bir futbol topu. Balıqçı, onu uşağa uzadıb:
- Müəllimlərin haqqı heç ödənməz!. dedi. Bunu bir az əvvəl dənizdə tapdım!.
Kiçik uşaq, yuxuda olmalı idi. Heç gözlənilməz şeylərin yaşandığı bir yuxu. Tələsiklə sağa sola baxdı. Amma hər şey gerçək idi. Balıqçı da, qayıq da, qoca da…
Topu isə, əllərində idi. Ona möhkəmcə sarılıb:
- Bir daha məndən icazəsiz gəzmək yox!. dedi. Ya dua etməsəydim nə olardın o zaman?

OXŞAR XƏBƏRLƏR
Загрузка...