Loading...
Bilmədikləriniz

Bilmədikləriniz

Loading...
İmam Hüseyn (ə.s), 4-cü hicri qəməri ilində, şaban ayının beşinci gününün axşamı və ya üçüncü günündə dünyaya gəlmişdir. Bəziləri də İmam Hüseynin (ə.s), hicri təqviminin üçüncü ilində və rəbiyüləvvəl ayının sonlarında dünyaya gəldiyini söyləmişlər. İmamın (ə.s) doğumu haqqında daha fərqli rəvayətlər də mövcuddur.

İmam (ə.s) dünyaya gələndə Cəbrayıl, min mələk ilə birlikdə Allah Rəsulunun (s) hüzuruna gəlmiş və bu müqəddəs doğumu təbrik etmişdir. Hz. Fatimə (ə.s) uşağını alıb Allah Rəsuluna (s) aparmış və uca Peyğəmbərimiz (s) də onu görməklə xoşbəxt olmuş və ona “Hüseyn” adını vermişdir.

“Tabakat” kitabında İbni Abbasın Abdullah ibn Bəkir ibn Həbibi Sahmidən, onun da Xatəm ibn San’adan belə rəvayət etdiyi nəql edir: Abbas ibn Əbdülmüttəlibin arvadı Ümmül-Fəzl belə demişdir:

Hüseyn (ə.s) dünyaya gəlmədən əvvəl, bir gecə yuxumda, Peyğəmbərin bədənindən bir parçanın ayrıldığını və mənim qucağıma buraxıldığını gördüm. Yuxumu Rəsulullaha (s) izah edib təbir etməsini istədim. O da, “Əgər yuxun sadiq yuxulardandırsa, qızım çox yaxında bir oğlana sahib olacaq və mən də əmizdirməyin üçün onu sənə verəcəyəm.” -buyurdu.

Çox keçməmişdi ki, Hz. Fatimə (ə.s), bir oğlanı dünyaya gətirdi və əmizdirməm üçün onu mənə verdi. Bir gün onu Allah Rəsuluna (s) apardım. Həzrət, Hüseyni (ə.s) alıb dizi üzərində oturtdu və öpdü dayandı. Bu vaxt Hüseyn (ə.s) altını isladanda Peyğəmbərin paltarına da bulaşdı. Sürətlə və şiddətlə onu, Peyğəmbərin qucağından elə uzaqlaşdırdım ki ağlamağa başladı. Allah Elçisi (s) hirsli bir səslə: “Ağır ol Ümmül-Fəzl! Mənim paltarım yuyular; amma sən uşağıma əziyyət etdin.” -buyurdu. Mən Hüseyni (ə.s) öz halına buraxıb su gətirmək üçün otaqdan çıxdım və döndüyümdə Rəsulullahın (s) ağladığını gördüm. “Ey Allahın Elçisi (s) , niyə ağlayırsınız!?” dedim. Hz. Peyğəmbər: “Az əvvəl Cəbrayıl gəlib ümmətimin bu uşağı öldürəcəyi xəbərini verdi!” -buyurdu.

Hədis raviləri belə rəvayət ediblər: Hüseyn (ə.s) bir yaşına çatandan sonra müxtəlif surətlərdə və üzləri qırmızı rəngli on iki mələk Allah Rəsulunun (s) hüzuruna çatıb qanadlarını açaraq belə dedi:

Ya Məhəmməd, oğulun Hüseyn (ə.s) də Qabilin Habilə etdiyi zülmə uğrayacaq. Habilə verilən mükafat ona da veriləcək və onu öldürənlər isə Qabilin düşdüyü əzaba düşəcəklər.

Bu vaxt göylərdəki bütün mükərrəb mələklər, Rəsulullahın (s) hüzuruna müşərrəf olub Hüseynin (ə.s) şəhadəti haqqında təsəlli verdilər; Hüseynin (ə.s) ölümünə qarşılıq olaraq Allahın təyin etdiyi mükafat haqqında məlumat verdilər və Hüseynin (ə.s) dəfn ediləcəyi yeri Rəsulullaha (s) göstərdilər.

Allah Elçisi (s), bundan sonra belə bəddua etdi:

Allahım! Oğulum Hüseyni (ə.s) alçaldanı alçalt; onu öldürəni öldür və məqsədinə çatdırma!

Hüseyn (ə.s) iki yaşında idi və Allah Elçisi (s) bir səfərə çıxmışdı. Uca Peyğəmbərimiz (s), birdən yolda dayanıb “İnna lilləhi və inna iləyhi raciun (Şübhəsiz ki biz Allahınıq və şübhəsiz ki ONA tərəf qayıdacağıq)” dedi və gözlərindən yaşlar süzüldü. Ağlamasının səbəbi soruşulanda belə buyurdu:

İndi Cəbrayıl endi və oğulum Hüseynin, Kərbəla deyilən yerdə və Fərat çayının yaxınlığında öldürüləcəyini bildirdi.

“Ey Allah Elçisi (s), onun qatili kimdir?” -sualını belə cavabladı:

Yezid adında biridir. Oğulum Hüseynin öldürülməsini və dəfn edildiyi yeri gözlərimlə görən kimiyəm.

Allah Elçisi (s), bu səfərdən döndükdən sonra məscidə gəldi; minbərə çıxıb bir nitq söylədi və insanlara nəsihət verdi. Sonra sağ əlini Həsənin (ə.s) və sol əlini də Hüseynin (ə.s) başına qoyub üzünü səmaya çevirib belə dua etdi:

Allahım! Məhəmməd sənin qulun və peyğəmbərindir; bunlar da mənim pak Əhlibeytimdən və seçmə soyumdandır. Mən, bunları ümmətimin arasında xəlifə buraxıram. Cəbrayıl, bu oğulumun alçaldılaraq öldürüləcəyi xəbərini verdi mənə. Allahım! Şəhadəti ona mübarək et; onu şəhidlər əfəndisi et və şəhadətini də qatilləri üçün müqəddəs etmə!

Allah Elçisi (s) bunları söyləyən zaman xalqın ağlama səsi yüksəldi. Uca Peyğəmbər, “Ona necə ağlayar və köməyinə qaçmazsınız?” -buyurduqdan sonra məsciddən ayrıldı. Çox keçməmişdi ki yenidən məscidə döndü və üzünün rəngi dəyişmişdi. Yaşlı gözləriylə qısa bir nitq söylədi və belə buyurdu:

Ey insanlar! Sizin aranızda iki böyük əmanət buraxıram; biri Quran və digəri Əhlibeytim. Onlar mənim sevgi bəslədiyim kəslərdir; ürəyimin meyvələri və mənim canımdırlar. Onlar (Quran və Əhli-beytim) Kövsər hovuzunda mənə gələnə qədər bir-birlərindən ayrılmazlar. Bilin ki, mən qiyamət günü bu iki böyük əmanəti gözləyəcəyəm. Uca Allahın sizdən istəməyimi əmr etdiyi Əhlibeytimə sevgidən başqa sizdən bir şey soruşmayacağam. Elə isə yaxşı düşünün! Qiyamət günü, ürəyinizdə Əhlibeytimin düşmənliyini daşıyaraq və onlara zülm edərək mənə tərəf gəlməyin! Bilmiş olun ki, qiyamət günü ümmətim üç bayraq altında mənə tərəf gələcəklər: Bəziləri qara bir bayraq altında mənə çatacaqlar. Bu vəziyyət mələkləri inlədəcək. Bu bayrağın altındakılar mənim qarşımda dayanacaqlar. “Siz kimsiniz?” deyə soruşacağam onlardan. Mənim addımı unudaraq deyəcəklər ki, “Biz tövhid əhliyik və ərəbik.” Onlara, “Mən ərəb və əcəmin peyğəmbəri Əhmədəm.” deyəcəyəm. “Sənin ümmətindənik.” deyəcəklər. “Məndən sonra Quran və Əhlibeytim barəsində necə davrandınız?” deyə soruşacağam. Deyəcəklər ki: “Quranı məhv etdik və əmrlərinə əməl etmədik; sənin Əhlibeytini yox etmək və yer üzündən silmək idi məqsədimiz.” Onlardan üz çevirəcəyəm və onlar susuz bir halda və qara üzləriylə məndən uzaqlaşacaqlar.

Sonra qapqara bir bayraq altında ikinci birlik gələcəkdir. Bunlara, “Aranızda buraxdığım biri böyük və digəri kiçik iki əmanət; Quran və Əhlibeyt barədə necə davrandınız?” deyə soruşacağam. Deyəcəklər ki: “Qurana qarşı müxalif çıxdıq və Əhlibeytini də alçaldaraq darmadağın etdik.” Onlara, “Məndən uzaq durun!” deyəcəyəm. Onlar da üzü quru və susuz bir halda gedəcəklər.

Üzlərindən nur yağan üçüncü bir birlik də yanıma gələcəkdir və mən onlara, “Siz kimsiniz?” deyə soruşacağam. Onların cavabı belə olacaq: “Tövhid sözünü ucaldanlardan, Allahdan çəkinməyi məqsəd əldə edənlərdən və Məhəmməd (s) ümmətindənik. Biz, dini inanclarında sarsılma və tərəddüdə yer verməyən haqq əhlinin varisləriyik. Biz, əziz Allahımızın kitabı Qurana sarılaraq halalını halal və haramını da haram qəbul edənlərdənik. Peyğəmbərimiz Məhəmmədin (s) Ehlibeytini sevdik, onları özümüz kimi görüb köməkdə və düşmənləriylə də döyüşdə əsla laqeyd yanaşmadıq.” Onlara, “Nə xoşbəxt sizlərə!” deyəcəyəm. “Mən sizin peyğəmbəriniz Məhəmmədəm. Siz, dünya həyatında söylədiyiniz kimi yaşadınız.” Daha sonra Kövsər hovuzundan onlara su verəcəyəm. Gülər üzlə və xoşbəxt bir halda cənnətə doğru gedəcək və əbədi olaraq orada qalacaqlar.

Müaviyənin Ölümü və Yezidin Məktubu

O gün də axşam olmuş və məsciddə olanlar dağılmışdılar. Ancaq Allah Rəsulunun (s) sözləri olduğu kimi xalqın qulaqlarında qalmışdı. Olduqları hər məclisdə və getdikləri hər yerdə Hüseynin (ə.s) öldürüləcəyini izah etdilər. Xalq bu mövzu üzərində vasvasılıqla dayandı və bu hadisəni gözləriylə görmələri üçün gözləməyə başladılar sanki.

Hicri 60-cı ilinin rəcəb ayında Müaviyə öldü. Yezid, Mədinə valisi Vəlid ibn Utbəyə bir məktub yazaraq bütün Mədinə xalqından və xüsusilə də Hüseyndən (ə.s) özü üçün beyət almağını, beyət etmədiyi təqdirdə başını vurub ona göndərməyini əmr etdi.

Vəlid, Mərvanı çağıraraq müşavirə etdi və fikirini soruşdu. Mərvan, mövzu haqqındakı fikirini belə açıqladı:

“Hüseyn (ə.s), Yezidə beyət edərək alçalmaz. Sənin yerində mən olsaydım, sənin gücün məndə olsaydı əgər heç gecikmədən Hüseyni (ə.s) öldürərdim.”

Vəlid cavab olaraq belə dedi: “Belə bir işə girişməkdənsə dünyaya gəlməz olaydım. Əsla bu alçaqlığın yükünü kürəyinə ala bilmərəm!”

Vəlid daha sonra elçi göndərərək Hüseyni (ə.s) evinə dəvət etdi. Hüseyn (ə.s) Əhlibeytindən və dostlarından ibarət olan otuz şəxslik bir qrupla Vəlidin evinə gəldi. Vəlid, əvvəl Müaviyənin ölüm xəbərini çatdırdı və Yezid üçün beyət etməyini istədi. Hüseyn (ə.s) beyət məsələsinin əhəmiyyətinə toxunaraq, bunun gizli edilə bilməyəcəyini dedi və əlavə etdi: “Xalqı beyət üçün dəvət edəcəyin zaman bizə də xəbər ver.” Mərvan dedi: “Hüseynin (ə.s) sözünə qulaq asma, bəhanəsini qəbul etmə və əgər beyət etmirsə onu sağ buraxma.” Hüseyn (ə.s) hirslənərək belə buyurdu:

Vay olsun sənə ey pis qadının oğulu! Mənim öldürülməm üçün fərmanmı verirsən? And olsun Allaha, sən yalan danışdın və bu sözü deməklə də özünü alçaltdın.

Daha sonra Vəlidə dönərək belə dedi:

Ey əmr, biz Peyğəmbər (s) Əhlibeyti və risalət mənbəyiyik; mələklərin enib qalxdığı ev bizim evimizdir. Allah bizim xatirimizə rəhmətini insanların üzünə açdı və sonu da bizim adımızla olacaq. Yezidə gəlincə; o günah işləməkdən çəkinməyən, içki içən və qan tökən biridir. Mənim kimi biri, Yezid kimi birinə beyət etməz. Ancaq siz də bu gecəni səhərləyin, biz də; siz də yaxşı düşünün, biz də. O zaman hansımızın xilafət mövqeyinə daha layiq olduğunu anlayarıq.

Sonra Vəlidin evindən çıxdı.

Mərvan, Vəlidə dönərək dedi: “Mənim nəsihətimə qulaq asmadın və söylədiyimin əksinə hərəkət etdin.”

Vəlid dedi: “Vay halına! Nə yəni, dinimi və dünyamı itirməmimi təklif edirsən mənə? And olsun Allaha, yer üzünün səltənətini mənə versələr belə Hüseyni (ə.s) öldürməm. And olsun Allaha, hər kim əlini Hüseynin (ə.s) qanına batırsa, Allahın hüzuruna çıxanda yaxşılıqlarının çəkisi çox yüngül olacaq və bağışlanması da qeyri-mümkün. Allah, belə birinə rəhmlə baxmaz, onu günahdan təmizləməz və çox əlim bir əzabla onu cəzalandırar.”

O gecə də sona çatdı. Hüseyn (ə.s), səhərin ilk saatlarında yeni məlumatlar əldə etmək üçün evindən çıxdı və yolda Mərvanla qarşılaşdı. Mərvan İmam Hüseynə (ə.s) belə dedi: “Ey Hüseyn (ə.s), mən sənin xeyirini istəyərəm. Mənim nəsihətimi dinlə ki səadətə qovuşasan.” Hüseyn (ə.s), “Nədir nəsihətin, söylə ki eşidim.” buyurdu. Mərvan dedi: “Mən Yezid ibn Müaviyəyə beyət etməyini əmr edirəm. Çünki bu, həm dünyan və həm axirətin üçün ən yaxşı olanıdır.”

Hüseyn (ə.s) dedi ki:

Şübhəsiz biz Allaha aidik və dönüşümüz də ONADIR! İndi İslam diniylə vidalaşmaq lazımdır. Çünki Peyğəmbər (s) ümməti, Yezid kimi birinin hökmünə düçar olmuşdur. Mən cəddim Rəsulullahın (s), “Xilafət Əbu Süfyanoğullarına haramdır.” buyurduğunu eşitdim.

Bir müddət danışandan sonra Mərvan hirsli bir şəkildə ayrıldı.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

sweetygirl

15 Aprel 2010 14:43

Allah razi olsun
baby bunlari qeyd etdiklerinize gore twk

Azeri1qizi

13 Aprel 2010 21:20

ALLAh razi olsun!

angel18

10 Aprel 2010 22:24

Allah razi olsun

MR.QARRI

10 Aprel 2010 14:57

çox dəyərli məlumatlardı tşk.....

MASTER-SAN

10 Aprel 2010 01:44

Sitat: Sevka_(JoY)
Coox sag olun !! --Cumlemizden !!

o deqiqe hiss olunure . ona gore . amin .hicablisiz yeqin ?/
hicam bizim qizlara cox yarawir vallah . teseufler olsun men gele bilmireme namza dostlarim mene diyir sen behane eleyirsen .
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

Sevka_(JoY)

10 Aprel 2010 01:42

Sitat: master-san
DIYESEN SIZ NAMAZ QILIRSIZ ? ALLAH IMANIVIZI KAMILLEWDIRSIN .


Coox sag olun !! --Cumlemizden !!
--------------------
"hərşey boşdur" - özü də bir boşdur!

MASTER-SAN

10 Aprel 2010 00:25

ALLH HAMINI HIDAYET ELESIN .
Sitat: Sevka_(JoY)
YA Huseynim !!!-- : Ehli-Beyt asiqi

DIYESEN SIZ NAMAZ QILIRSIZ ? ALLAH IMANIVIZI KAMILLEWDIRSIN .
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

LARACROFT

9 Aprel 2010 22:10

Çox sağ ol.Oxudum.Hamıya da oxumaq məsləhətdi.
Xəbər üçün təşəkkür.ALLAH razı olsun.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Sevka_(JoY)

9 Aprel 2010 21:38

Coox - cooox sag ol , Allah senden Razi olsun !! Bir az evveli haqda melumatim varidi..

HABIL-in kimliyi, ve nece oldurulduyunu YASIN suresinden oxumusdum,aye deqiq yadimda qalmayib..


Vay olsun sənə ey pis qadının oğulu! Mənim öldürülməm üçün fərmanmı verirsən? And olsun Allaha, sən yalan danışdın və bu sözü deməklə də özünü alçaltdın.

Vəlid dedi: “Vay halına! Nə yəni, dinimi və dünyamı itirməmimi təklif edirsən mənə? And olsun Allaha, yer üzünün səltənətini mənə versələr belə Hüseyni (ə.s) öldürməm. And olsun Allaha, hər kim əlini Hüseynin (ə.s) qanına batırsa, Allahın hüzuruna çıxanda yaxşılıqlarının çəkisi çox yüngül olacaq və bağışlanması da qeyri-mümkün. Allah, belə birinə rəhmlə baxmaz, onu günahdan təmizləməz və çox əlim bir əzabla onu cəzalandırar.”


YA Huseynim !!!-- : Ehli-Beyt asiqi

Elleri qirilmislar, bacisi Zeyneb bint Eli -nin gozleri qabaginda Huseynin (e.s) basini kesib suruduler ..
Huseyn (e.s) Hz.Peygember efendimizin en sevimli nevesidi..Niye onu qebul elemirler, Niye Muselmani sunni-sie deyerek parcalara ayirirlar.. Ve bundan da qelbi mohurlenmisler, balagi kesikler - vasqolar istifade edir !! -- Muselman hemise bugunde olub, ve olmaqdadir !!
Allah, bize komek olsun, Hz. Peygember(s.e.v.s.), Ehli-Beyt yolundan ayirmasin !! - AMIN !!!

--------------------
"hərşey boşdur" - özü də bir boşdur!

SHAH RUKH KHAN

9 Aprel 2010 16:30

Edik twk melumata gore.

Qreqor Zamza

9 Aprel 2010 16:07

Copy etdim.Netdən çıxanda oxuyacam.Belə oxuyanda fikrim yayınır.)Çox sağol *5.
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Ruvi

9 Aprel 2010 15:56

Allah razi olsun Atdim secilislere vaxt tapan kimi mutleq oxuyacam

Nahid-19

9 Aprel 2010 15:55

teshekkurler ALLAH razi olsun....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Kedicik_19

9 Aprel 2010 14:27

Cox sag ol!Allah razi olsun senden!Bele xeberleri mence tez-tez yerle$dirmek lazimdir!

Paris

9 Aprel 2010 14:21

Həmişəki kimi belə xəbərlər mənim diqqətimi çəkir və maraqla oxuyuram. Bunuda copy etdim oxuyacam rahat şəkildə. Çox sağ ol.

Elif_87

9 Aprel 2010 14:17

Biraz çox görünür amma oxudum çox maraqlı və dəyərli xəbər idi...5+
Allah razı olsun... Davamı gəlsin...