Loading...
Üzülürəm Allahım

Üzülürəm Allahım

Loading...
Üzülürəm Allahım


Üzülürəm Allah(c.c.)ım...

Səni tanıma xoşbəxtliyini Səni dost əldə etmə məsudluğunu yaşaya bilməyənlərə üzülürəm...
Onların əlləri açılmaq istəmirmi Sənə? Onların ürəkləri heçmi həsrət duymur Sənə?

Onların dilləri Sənin adını zikr etmək istəməzmi?

Onların bütün üzvləri Səni istər bilirəm amma nədir onlara bu həsrəti çəkdirən nədir Sənə qovuşmalarını maneə törədən?

Nədir onları Səndən saxlayan?

Ey gözəllər gözəli Rəbbim
Ey Allah(c.c.)ım!
Ey duaları geri çevirməyən Rəhman!
Səni tanımayan biçarələrə də göstər özünü. Daddır onlara sevgini...
Bilsinlər nə böyük bir eşq olduğunu.
Bilsinlər Sənin aləmlərə Rəhmət olan Rəsulunu.
Bilsinlər Sənin bağışlayıcılığını. Onlar da gəlsin Sənin bağışlama qapına.
Onlar da istəsin Səni bizim istədiyimiz kimi...
Rəbbim həyatında heç Sənə ibadət etməmiş içində heç Allah(c. c.) eşqi olmayan
imana susamış amma susuzluğunun qaynağını bilməyən bu insanlara hidayət nəsib et nə olar!

Nə olar Allah(c.c.)ım

Sənin içimə qoyduğun sevgiylə sevdim mən onları. Sənin razılığın üçün dost dedim onlara.

Rəbbim mən yalnız bu dünya üçün sevmirəm.
Sevdiyim hər kəsi axirətdə də birlikdə olum deyə sevirəm.
Sənin yanına gələrkən onlarla birlikdə gəlim deyə sevirəm. Yəni Yunus kimi hər kəsi Səndən ötəri sevirəm...
Allah(c.c.)ım! Ya sarılsa yaxama ya mənə desə o Böyük Gündə Niyə izah etmədin mənə Rəbbini?
Niyə izah etmədin mənə cənnət-cəhənnəmi? Niyə Rəhmət Peyğəmbərindən danışmadın?
Niyə bu ilahi toya məni də dəvət etmədin?

Sən mənim dostum deyildin?

Dostlar bir-birlərinə hər şeyi izah edərdilər. Sən mənə niyə izah etmədin?

Mənə niyə bu gündən xəbər vermədin? Niyə?
Allah(c.c.)ım! Mən nə edərəm bu sualların qarşılığında? Nə cavab verərəm necə dözərəm?

Çiyinlərim qaldırarmı bu yükü?
Elə bir yük elə bir yük ki Sənə və Rəsuluna qovuşmanın sevincini yaşatmayacaq mənə.
Çünki bir şeyləri əskik buraxmışam mən dünyada. Layiq olmamışam mən bu sevincə..
Tam Sənə qovuşdum deyərkən bu dostumun haqqının altından necə qalxaram
necə ödəyərəm bu günahı?

Rəbbim Sən istəsən Sən ol desən nə olmaz ki! Allah( c.c.)ım onları da aramıza qat.
Onları da Sənə yönəlt. Onlar da sevsin Səni. Səni sevincə onsuz da tapacaq bütün gözəlliyi
bütün doğruluğu.

Səni sevincə ölümü də sevəcək peyğəmbərləri də sevəcək. Hər şeyi hər kəsi sevəcək.
Səni sevən nəyi sevməmiş ki? Mən acizəm bir şey edə bilmirəm duadan başqa.
Əlimdən çoxu gəlmir. Sənin sevgini yenə ancaq Sən qoyarsan onların ürəyinə.
Sən yönəldərsən onları Özünə.

Allah(c.c.)ım! Edə bildiyim tək şey bu anda gözyaşlarımla birlikdə əllərimi açıb sənə yalvarmaq.

Yalvarıram hidayət nəsib et onlara.
Əsl xoşbəxtliyi ver onlara və onlar kimilərə...

Ver onlara Allah(c.c.)ım sevgini!
Yağdır Rəhmətini!

Və məni də bütün Müsəlman qardaşlarımı da bağışla Rəbbim.

Bağışla Rəbbim...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Sebine-2010

20 Avqust 2011 17:57

Allah razi olsun bunu yazandan cox dusunceli danismisan Men hec bele dusunmemisdim

Ronie101

7 Aprel 2010 11:41

BU SEVIYELI SEKILLERI TEZ TEZ QOYDA?

DANGER_85

6 Aprel 2010 20:07

Allah razi olsun.Sagol.

Kedicik_19

30 Mart 2010 20:14

Cox sag ol!Allah razi olsun!

MAHIR 313

28 Mart 2010 23:49

ALLAH BUTUN MUSALMANLARI VE MOMIN BACI VE QARDASLARIMIZI QORUSUN INSAALLAH AMIN!ALLAH UMIDSIZLERI SEVMEZ!ALLAH BUTUN GUNAHLARIMIZI BAGISLASIN AMIN!LE HOVLE VE LA QUVVETEN ILLA BILLA ELIYUL EZIM!

Azeri1qizi

28 Mart 2010 23:38

ALLAH razi olsun!

LARACROFT

28 Mart 2010 16:32

ALLAH bağışlayandır,rəhm edəndir.Bizdə ALLAHımızı sevməli və ona ibadət etməliyik.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Ronnie_7

28 Mart 2010 16:03

Təşəkkür.Oxudum.Biraz pis oldum.
Allah razı olsun çox gözəl yazıdı.
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

WomAnizeR

28 Mart 2010 14:10

Allah butun insannarin gunahin bagishlasin ...
Amin..
Xebere gorede Allah razi lsun senden PrincessKa

Lineva

28 Mart 2010 13:25

Bağışla Rəbbim...

bizim allahimiz rehimlidir.o hamimizin gunahin bagislayar insallah.AMIN

Qreqor Zamza

28 Mart 2010 11:51

Bağışla Rəbbim.
ALLAH razı olsun.Çox sağol*5.
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Alkash

28 Mart 2010 11:11

Bagisla menim gunahlarimi
AMIN....Sen menim hemiwe ureyimde olmusan seni hec yaddan cixartmaq olarmi REBBIM menim

MR.QARRI

28 Mart 2010 10:21

Bağışla Rəbbim...

AMİN..... ALLAH RAZI OLSUN