Loading...
Peyğəmbərimizin hədisləri

Peyğəmbərimizin hədisləri

Loading...
Peyğəmbərimizin hədisləri


1 Ağıl tərəfindən ən mükəmməl olanınız Allahdan ən çox qorxanınızdır.

2 Səhər namazına çox diqqət yetirin. Çünki səhər namazında çox böyük fəzilətlər var.

3 Ürəklərinizi az gülmək və az yeməklə canlandırın, aclıqla təmizlənin ki o yumşalsın və parlasın.

4 Çox gülməyin, çünki çox gülmək ürəyi öldürər.

5 Qiyamət günü Cənnətə ilk çağırılacaq insanlar varlıqda da, darlıqda da Allaha çox həmd edənlərdir.

6 Qiyamət günündə ilk hesablaşacağınız kəslər qonşulardır.

7 Qiyamət günündə ALLAH bu beş şeydən sorğuya çəkir:
1.Ömrünü harada və nəyə xərclədiyini,
2.Etdiyin işləri nə məqsədlə etdiyini,
3.Malını haradan qazandığını və haralara sərf etdiyini,
4-5.Vücudunu, səhhətini harada və nəyə görə köhnəltdiyini.

8 Bütün insanlar günah işləyər, lakin günah işləyənlərin ən xeyirlisi tövbə edənlərdir.

9 Hər kim Ramazanda oruc tutar, sonra da ona Şəvvaldan altı gün əlavə etsə, bütün ili oruc tutmuş kimi olar.

10 Müsəlmanların dərdini dərd etməyən onlardan deyil.

11 Adam haqsız olaraq bir şeyə lənət etsə, o lənət özünə dönər.

12 Dünyanın bəla və fitnədən başqa heç bir şeyi qalmadı.

13 Qurban kəsin. Onunla nəfsi təmizləyin. Bir kimsə, günündə qurbanını , qibləyə yatırtsa, onun buynuzu, qanı, tükü və hər zərrəsi Qiyamət Günü o kimsə üçün hazır olar. Yerə düşən qan Alahın mühafizəsinə düşmüş olar.

14 Sənə hər nə yaxşılıq çatsa Allahdandır. Sənə hər nə pislik gəlirsə, o da öz qüsurun səbəbiylədir.

15 Heç bir fərz namazı qəsdən tərk etmə. Kim namazı qəsdən tərk etsə, İlahı qoruma və təminatdan məhrum qalar.

16 Kim, insanların işlərində Allahın faydalı etdiyi bir elmi gizləsə, Allah, Qiyamət günü onu atəşdən daddırar.

17 Kim insanların ürəyini çəkmək üçün kəlamın istifadəsini öyrənsə, Allah Qiyamət günü ondan heç bir ibadətini qəbul etməz!

18 Sevərkən səbirdən ayrılma. Olar ki bir gün inciyərsən, dost ikən etdiyin həddindən artıq hərəkətlərdən xəcalətli olarsan. İncik olduğun zamanlarda da səbirdən ayrılma. Olar ki bir gün dost olarsan. İncikkən etdiyin hərəkətlərdən xəcalət hiss edərsən.

19 Dostunu ziyarət et ki, sevgin artsın.

20 Nemətləriylə sizi bəslədiyi üçün Allahı sevin. Məni də Allah sevgisi üçün sevin. Əhli Beytimi də mənim sevgim üçün sevin.

21 Fitnədən qaçın! Çünki dil qılınc zərbəsi kimidir.

22 Ədəbsizlik və çirkin söz girdiyi şeyi çirkinləşdirər. Həya isə girdiyin şeyi gözəlləşdirər.

23 Kim hər gün fərzlər xaricində on iki rükət namaz qılsa, Allah onun üçün cənnətdə mütləq bir ev tikər.

24 Sən bir camaata ağıllarının almayacağı bir şey söyləsən mütləq bu bir qisiminə fitnə olar.

25. Günahdan tövbə edərək dönən heç günah işləməmiş kimidir.

26 Elmə mane olmaq halal olmaz.

27 Qulun dili doğru olmadıqca ürəyi doğru olmaz. Ürəyi doğru olmadıqca da imanı doğru olmaz.

28 Cəhənnəmi əhatə edən surun dörd divarı vardır. Hər divarın qalınlığı qırx illik yol məsafəsi qədərdir.

29 Dua rəhmətin, dəstəmaz namazın, namaz Cənnətin açarıdır.

30 Möminin niyyəti əməlindən xeyirlidir.

31 Ümmətimdən bir qrup insan Quranı şübhəsiz oxuyacaq. Ancaq bunlar, oxun ovu sürətlə deşib keçdiyi kimi dindən çıxacaqlar.

32 Veyl, cəhənnəmdə bir vadidir. Kafir orada, qırx il batar, dibinə çata bilməz.

33 Şeytan tək başına olanla, iki adam birlikdə olana çətinlik verər. Əgər üç adam olsalar onlara çətinlik verə bilməz.

34 İnsanlar təklikdəki üzrü mənim qədər bilsədilər, heç bir atlı tək başına bir gecə belə olsun yol etməzdi.

35 Allah yolunda öldürülmərəm; mənə bütün evlərdə və çadırda yaşayanların mənim olmasından daha sevgilidir.

36 Dilini tutmaq hikmətdir; nə var ki, edənləri çox azdır.

37 Ümmətim yağış kimidir, əvvəlimi, axırımı daha xeyirlidir məlum deyil.

38 Hikmətin başı, Allah qorxusudur.

39 Nə qədər yaşasan yaşa, sonunda öləcəksən; nə qədər sevsən sev, sonunda ayrılacaqsan; Dilədiyini işlə şübhəsiz qarşılığını görərsən!

40 Allah göndərdiyi hər dərdin şəfasını da göndərmişdir.

41 Hər namazın arxasında Ayətül-Kürsü oxuyanın cənnətə girməsinə ölümdən başqa heç nə mane ola bilməz (öləndə cənnətə girər).

42 Qənaət tükənməz bir xəzinədir.

43 İman'ın üstünlüyü; harada olsan Allahın səninlə birlikdə olduğunu bilməyindir.

44 Ticarətə davam edin. Çünki ruzinin onda doqquzu ticarətdədir.

45 Ya xeyr danış, ya da sus.

46 Müsəlmanların gizli hallarını araşdırmayın. Kim Müsəlmanların gizli hallarını araşdırsa, ALLAH onun gizli hallarını aşkar edər. Evinin içində belə olsa onu alçaq edər.

47 Qazancın ən xeyirlisi, insanın öz əli ilə olan əməli (sənəti, peşəsi) və hər bir yaxşı ticarət rəftarıdır.

48 Peşmanlıq tövbədir.

49 Kim bir sərçəni gərəksiz öldürsə, o sərçə qiyamət günü ərşin altından belə səslənərək gəlir : Soruş bundan Ya Rəb! Məni nə üçün boş yerə öldürdü.

50 Kim bir zümrəyə bənzəməyə çalışsa, o onlardandır.

51 Dində namazın yeri, bədəndə başın yeri kimidir.

52 Sirkənin balı pozduğu kimi, pis əxlaq əməli ifsad edər.

53 Əxlaq gözəlliyi adamın səadətindəndir.

54 Kim dəvət edilmədiyi bir yeməyə gedərsə, oğru olaraq girmiş və soyğunçu olaraq çıxmış olar.

55 Bir iş etmək istədiyin zaman yaxşıca düşün. Əgər sonu yaxşı və faydalı isə et. Əgər sonu zərərli və günah isə tərk et.

56 Azan ilə iqamə arasındakı dua rədd olunmaz.

57 Təəssüflər olsun o kimsəyə ki, xalqı güldürmək üçün yalan danışar.

58 Səhər (namazı vaxtı) yuxusu, ruziyə mane olar.

59 Hikmətin başı, Allah qorxusudur.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

prosta eagle

6 Fevral 2014 13:42

ALLAH razı olsun gözəl xəbərdir

RAMIN-JOY

13 Aprel 2010 19:09

ALLAH RAZI OLSUN

DANGER_85

25 Mart 2010 19:51

ALLAH razi olsun

NuniW

25 Mart 2010 17:35

Hmm.Qəşəng sözlər yazmısan.Sağ ol.

Fatime

25 Mart 2010 15:52

ALLAH RAZI OLSUN Kİ BU QƏDƏR VACİB ŞEYLƏRİ ÖYRƏNMƏYİMİZƏ İMKAN YARATDIN.

Sevka_(JoY)

25 Mart 2010 00:31

Sitat: Diji
Səhər (namazı vaxtı) yuxusu, ruziyə mane olar.
Bu sualın cavabını gözləyirəm )

Men basa dusduyume gore:
Yeniki,seher tenbellik edib,durmursansa,Yuxunu,yatmagi ustun tutursansa...cezasi: Allah ruzini azalda,kese biler!
--------------------
"hərşey boşdur" - özü də bir boşdur!

Diji

24 Mart 2010 23:24

Hamısını oxudum. Əla yazılıb. Çox sağ ol. Amma aşağıdakı cümləni anlamadım
Səhər (namazı vaxtı) yuxusu, ruziyə mane olar.

Yəni səhər namazına yatıb qalmaq, ya namaz vaxtı yuxun gələrsə?
Namaz vaxtı yuxu onsuz da gəlir də, yuxudan yarımçıq durursan axı.
Bu sualın cavabını gözləyirəm )

Sitat: PrincessKa
Mən Səhər Namaz Vaxtı Yatıb Qalıram(((

Əvvəl məndə də elə olurdu. Budilniki, yəni telefonu da qoy özündən bir az uzağa. Onda oyanacaqsan. Mən isə hərdən səhər namazına deyirəm bir 5 dəq də yatım sonra duraram da, pişiyimin balası tez gəlir başlayır xoruz kimi anqırmağa )))). Sonra baxıb deyirəm baxeee pişiyin balası məni namazda yatmağa qoymadı. Amma əslində, özü gördü ki, oyandım, sonra yatdım, bildi də, qışqırdı ki, durum ona yemək verim ))

Beautiful-Liar

24 Mart 2010 22:40

tesekkur

Ronnie_7

24 Mart 2010 21:49

Adam haqsız olaraq bir şeyə lənət etsə, o lənət özünə dönər.
Tamamilə doğrudu...
İNŞALLAH insanların çoxu bu yazılanları dərk edər.
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

Sevka_(JoY)

24 Mart 2010 21:12

Sitat: PrincessKa
Mən Səhər Namaz Vaxtı Yatıb Qalıram(((

Men de eksinedi..Camaat durub Namaz qilir,men ise qilib sonra yatiram..Ona gore de eksine gunorta namazini bezen qacirdiram.
--------------------
"hərşey boşdur" - özü də bir boşdur!

Qreqor Zamza

24 Mart 2010 21:06

39 Nə qədər yaşasan yaşa, sonunda öləcəksən; nə qədər sevsən sev, sonunda ayrılacaqsan; Dilədiyini işlə şübhəsiz qarşılığını görərsən!

Hamısını oxudum.Çox sağol Britney.ALLAH razı olsun.
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

nepasluwnaya

24 Mart 2010 20:54

hamsini oxudum.bilmediklerimde vardi..Allah razi olsun))
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

PrincessKa

24 Mart 2010 20:45

29 Dua rəhmətin, dəstəmaz namazın, namaz Cənnətin açarıdır.

39 Nə qədər yaşasan yaşa, sonunda öləcəksən; nə qədər sevsən sev, sonunda ayrılacaqsan; Dilədiyini işlə şübhəsiz qarşılığını görərsən!

40 Allah göndərdiyi hər dərdin şəfasını da göndərmişdir.


49 Kim bir sərçəni gərəksiz öldürsə, o sərçə qiyamət günü ərşin altından belə səslənərək gəlir : Soruş bundan Ya Rəb! Məni nə üçün boş yerə öldürdü.


51 Dində namazın yeri, bədəndə başın yeri kimidir.

55 Bir iş etmək istədiyin zaman yaxşıca düşün. Əgər sonu yaxşı və faydalı isə et. Əgər sonu zərərli və günah isə tərk et.

58 Səhər (namazı vaxtı) yuxusu, ruziyə mane olar.

Mən Səhər Namaz Vaxtı Yatıb Qalıram(((

59 Hikmətin başı, Allah qorxusudur.


Çox saol hamısını oxudum maraqlı xəbərdir ardı gəlsin

Sevka_(JoY)

24 Mart 2010 20:35

Allah razi olsun !!Bezilerini bilirdim.


41 Hər namazın arxasında Ayətül-Kürsü oxuyanın cənnətə girməsinə ölümdən başqa heç nə mane ola bilməz (öləndə cənnətə girər)

Cooox sevindim,cunki,-bunun bir Hedis kimi buyruldugunu bilmeden,tekce Namazlarimdan sonra 2 defe oxuyuram = 6 ve sixildigimda,qorxdugumda ve en esasi Imtahanlardan evvel oxumusam.Coox feziletlidir!
Hemise 1 arzum olub:Hemise Sukur icinde olaq ve Dilimizden hecvaxt Ayetel-Kursi duwmesin!-Amin!


20 Nemətləriylə sizi bəslədiyi üçün Allahı sevin. Məni də Allah sevgisi üçün sevin. Əhli Beytimi də mənim sevgim üçün sevin.


Allah heckimi Ehli Beyt yolundan ayirmasin!-Amin! Men Ehli Beytime asiqem!
--------------------
"hərşey boşdur" - özü də bir boşdur!

lalo.

24 Mart 2010 20:17

hedislere gore twk. bye

Eysan

24 Mart 2010 18:06

TESEKKURLER.....

MR.QARRI

24 Mart 2010 17:41

59 Hikmətin başı, Allah qorxusudur.

FeMeNiSTKa

24 Mart 2010 16:08

Hamısını oxudum.ALLAH razı olsun

LARACROFT

24 Mart 2010 16:01

11 Adam haqsız olaraq bir şeyə lənət etsə, o lənət özünə dönər.
41 Hər namazın arxasında Ayətül-Kürsü oxuyanın cənnətə girməsinə ölümdən başqa heç nə mane ola bilməz (öləndə cənnətə girər).
51 Dində namazın yeri, bədəndə başın yeri kimidir.


Britney,dəyərli xəbər üçün çox sağ ol.ALLAH razı olsun.
İNŞALLAH insanların çoxu bu yazılanları dərk edər.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...