Loading...
Xoşbəxtlik axtaran ibadət etsin!!!

Xoşbəxtlik axtaran ibadət etsin!!!

Loading...
Xoşbəxtlik axtaran ibadət etsin!!!

Möhtərəm Müsəlmanlar, hamımızın özümüzə soruşacağımız və mütləq cavabını da tapacağımız bir sual var.


Xoşbəxtlik axtaran ibadət etsin!!!

Bu sual, MƏN NƏ ÜÇÜN YARADILDIM?

Bu problemin ən doğru cavabını Qurani Kərim verir. Cavabı öyrənmək üçün dərhal Quranı açıb Zariyat Surəsi, Ayə: 56a baxaq. Rəbbimiz buyurur ki:

"Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!"


Xoşbəxtlik axtaran ibadət etsin!!!

Başa düşdünüz yaradılışımızın məqsədini: Yaradılış məqsədimiz Allaha ibadət etməkdir.

Yaxşı, ibadət nədir?
İbadət dəyincə namaz, oruc, həcc, zəkat ağla gəlir. Bunlar ibadətlərin təməlidir. Lakin Allah üçün edilən və edilməyən hər şey bir ibadətdir. Bir Müsəlman qarşılaşdığı adama təbəssüm etsə bu bir ibadətdir, zinaya yaxınlaşmarsa, bu da bir ibadətdir. Deməli, bütün ibadətlərdə əsas olan təslimiyyətdir. İbadətlər "bu faydalıdır" deyə deyil, Allah (c. c.) əmr etdiyi üçün edilir. İbadət həzzi də burada gizlidir. İbadətin mənfəətə söykənməsi ondan hasil olan sevinci yox edir.


Xoşbəxtlik axtaran ibadət etsin!!!

Zəmanəmizdə bəzi Müsəlmanlar Allaha ibadəti arxa plana ataraq, həlaka aparan bu hədəflərə yönəlirlər:

1- Heç ölməyəcəkmiş kimi arzuların arxasınca qaçmaq.

2- Çox qazanmaq, varlı olmaq, rifahlı, komfortlu bir həyat sürmək.

3- Bol yemək, çox gəzib əylənmək.

4- Bahalı və qiymətli əşyalarla lovğalanmaq.

5- İnsanlar arasında şöhrət sahibi olmaq.

6- Mövqe ehtirasıyla yaşamaq.

Allahın heç bir quluna şəhvətə, şöhrətə və sərvətə görə ibadət etmək yaraşmaz. Səhv həyat içində olanlar doğru yolda olduqlarını iddia edə bilərlərmi? Əsla edə bilməzlər...

Sərvətlərin, şöhrətlərin, şəhvətlərin... dörd rükətlik bir səhər namazı qədər qiyməti olmadığını idrak edəbilənlər Allaha ibadətdən qaça bilməzlər. Qaçanlar pozğunlaşanlardır.

Möhtərəm Müsəlmanlar!

Bütün varlıqlar Allaha ibadət üçün yaradılmışdır. İnsanların bir qismiylə, cinlərin bir qisminin xaricindəki bütün varlıqlar yaradılışlarının məqsədlərini yerinə yetirirlər.

Bizlər də yaradılış məqsədimizi yerinə yetirək. Çünki ibadətlər:

1- Allahı zikr etmək vəsiləsidir.

2- Allah yanında dəyər qazanmaq səbəbidir.

3- Könüllərimizdə Allah sevgisini qüvvətləndirər.

4- Xoş olmayan hər şeydən uzaqlaşdırar.

5- Əsrin xəstəliyi stressdən qoruyar və qurtarar.

6- İnsan üçün dinclik və xoşbəxtlik qaynağı olar.

7- Həyatımızı nizama salar.

Rəbbimiz Qurani Kərimdə buyurur ki: "Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız! (Mətləbinizə yetişəsiniz!)" (Həcc surəsi. Ayə: 77)

Peyğəmbərimiz buyurdu ki:

"Rəhman olan Allaha ibadət edin...

Bol bol yemək yedizdirin...

Bol bol salam verin...

Dinclik içində cənnətə girin."


Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

asif-007

26 İyun 2010 00:32

EY MENIM EZIZ MUSALMAN BACILARIM VE QARDAWLARIM NAMAZ QILMADAN EVVEL IMANINIZI MOHKEMLETMEK LAZIMDIRKI IBADETIDE EDIB ONU MOHKEMLEDESINIZ.YADINIZDA SAXLAYIN ALLAH BUYURDUGU WEKILDE YAWASANIZ YENI HALALI YEYIB HARAMA ISE GOZUNUZUN UCU ILEDE BAXMASANIZ BU OZU HEIQIQETEN ALLAHIN BUYURDUGU WEKILDIRKI BIZDE NEFSIMIZE VE EN ESASI ISE BUTUN MOMUNLERIN 1 NOMRELI DUWMANI OLAN WEYTANA QALIB GELMEKLE IBADET EDIB NAMAZIMIZI ARTIRIB TOVBAKAR OLMAQIMIZI PIS IWLERIMIZDEN PEWIMAN OLUB ALLAHA SIGINMAQIMIZLA ALLAHIN SEVIMLISI YENI MOMUN INASANLARDAN MUSALMANLARDAN OLARIQ ALLAH HER BIRIMIZI DINIZIMI UZERINDE SABIT QILSIN ESIL MUSALMANLARDAN OLAQ.ILAHI AMIN.

stella11

26 Mart 2010 10:38

maraqlı xəbərə görə sağ olun. Mən də namaz qılıram

DANGER_85

23 Mart 2010 18:38

Allah razi olsun.Sagol.

lalo.

19 Mart 2010 23:59

namaz dinin direyidir,menevi rahatliqdir. umumiyyetle insan ibadeti ancaq ALLAHA gore etmelidir.

Azeri1qizi

16 Mart 2010 14:20

ALLAH razoi olsun,maraqli xebere gore twk

Suliko

16 Mart 2010 14:19

Sitat: LARACROFT
ALLAH bütün namaz qılanların da namazını qəbul etsin!

--------------------
«Когда я праздновал свой гол в ворота «Атлетико», я поцеловал герб «Мадрида», чтобы продемонстрировать всем, что я - мадридист, и я умру за этот клуб. В каждом матче я умру за эту футболку!».

(Yanvar 1997) Raul Gonzalez Blanco



Dünyanın ən gəlmiş-keçmiş ağıllı hücumçusu - (fikir verin: ən sürətli, ən texnikalı və s. demədim) Raul Gonzalez Blanco!!!

asimelek

16 Mart 2010 11:28

Allah razi olsun. Allah butun namaz qilanlarin namazin qebul etsin. AMIN

MR.QARRI

16 Mart 2010 09:45

Sitat: Ronnie_9
Vallah çox istəyirəmee namaz qılım və xeylağ din işlər görüm amma olmurdaa((


qardaş istəmək azdı gərək əməl eləyəsən.İnşallah ALLAHA dua t ki,sənə kömək olsun


Sitat: Ronnie_9
Vallah çox istəyirəmee namaz qılım və xeylağ din işlər görüm amma olmurdaa((


qardaş istəmək azdı gərək əməl eləyəsən.İnşallah ALLAHA dua et ki,sənə kömək olsun

TARKANKA_210

16 Mart 2010 01:48

Sitat: Britney Spears
Men de eleydim bu gun sabah bu gun sabah eliye-eliye qalmiwdim..durursan tezden namaz qilirsan i vsyo..

Aha winked

Ronnie_7

16 Mart 2010 00:20

Vallah çox istəyirəmee namaz qılım və xeylağ din işlər görüm amma olmurdaa((
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

Sevka_(JoY)

16 Mart 2010 00:03

Sitat: LARACROFT
Onda mən xoşbəxtəm.Şükür ALLAHA ibadət edirəm.ALLAH bütün namaz qılanların da namazını qəbul etsin!

Ele men de.. Amin,Amin,Amin!!

Allah,bizden ozune qarsi yad edilmeyi ,Sukur etmeyi isteyir !!-Burda cetin ne varki ?

_ _Həzrət Əli (ə) buyurur:
_“Zülm və fəsad yolundan çəkinib itaət yolunu tutun ki, axirətdə xoşbəxt olasınız.”

_“Allahdan həya etmək bir çox günahları aradan aparır.”

_“Allaha itaətə səbr etmək, Onun əzabına səbr etməkdən asandır.”

_“Mömin o adamdır ki, sevgisi Allaha görə, nifrəti Allaha görə, alış-verişi də Allaha görədir.”

dörd rükətlik bir səhər namazı qədər???--Subh Namazi 2ruketdi axi.
--------------------
"hərşey boşdur" - özü də bir boşdur!

LARACROFT

15 Mart 2010 23:05

Onda mən xoşbəxtəm.
Şükür ALLAHA ibadət edirəm.ALLAH bütün namaz qılanların da namazını qəbul etsin!
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Diji

15 Mart 2010 22:46

Mən deyəni yazıblar, özünü öymək günahdır, ay insanlar! ) Özündən razı özünü aparmaq çox pis hərəkətdir. Sadə olun, sadə! )) Nə isə.
Xəbərə görə sağ ol. Belə yazılar məni daha da çox namaza həvəsləndirir. İndicə telefonun alarmı zəng çaldı, gedim İşa və Vitr namazlarını qılım. )

Senseless_life

15 Mart 2010 22:22

Sitat: _lady_bdu_
Alah razı olsun...

Miss_Zaqadka

15 Mart 2010 22:17

Bol bol salam verin...Daima bunu edirem..cunki Salam Allahin adlarindan biridir.amma cxo vaxt mende irad tuturlar ki sene salam vermeyene verme.Men ise oz movqeyimden donmurem..Cunki Salam Allahin salamidi alan da saolsun almayan da..Men esas odur ki heyata kecirirem..Tesekkur yazi ucun..5+

nepasluwnaya

15 Mart 2010 22:17

Dinclik içində cənnətə girin
inwAllah yerimiz mekke medine olar..Amin..
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

Rammstein-

15 Mart 2010 22:17

6- Mövqe ehtirasıyla yaşamaq.
Heyatda Movqe qazanandan sonra Ibadet edecem Allah qoysa.....

_lady_bdu_

15 Mart 2010 22:10

Allah razı olsun...