Loading...
Ana duası

Ana duası

Loading...
Ana duası

Musa Əleyhissalam bir gün:
"Ya Rəbbi, Cənnətdə mənim qonşum kim olacaq, mənə bildir gedib onunla görüşüm,"- dedi.

Musa Əleyhissalama belə vəhy gəldi.
"Filan diyara get! Orada bir qəssab dükanı var. O dükanın sahibi olan qəssabı gör! O vəli bir qulum. Tək biləsən ki, onun çox əhəmiyyətli bir işi vardır. Çağırsan gəlməz. O sənin cənnətdəki qonşundur."

Musa Əleyhissalam dərhal bildirilən yerə getdi. Qəssabı tapdı və ona:
"Mən sənə qonaq gəldim" - dedi. Qəssab Musa Əleyhissalamı tanımırdı. Ona "Xoş gəldin" deyib bir kənara oturtdu. Dükandakı işi qurtaranda götürüb evinə apardı. Evinin başında oturdub çox hörmət etdi.

Musa Əleyhissalam ev sahibini diqqətlə izləyirdi. Ev sahibi qəssabın ət bişirdiyini gördü. Ət bişəndə əti kiçik-kiçik parçalara ayırdı. Bunları bir qaba qoyub bir kənara qoydu. Sonra
bir ət parçası daha çıxardıb onu da qonağı Musa Əleyhissalama verərək dedi:

"Mənim əhəmiyyətli bir işim var. Sən məni gözləmə, yeməyini ye!"

Sonra da yanından ayrıldı. Əhəmiyyətli bir işim var dəyəndə Musa Əleyhissalam əhəmiyyətli işi nədir deyə maraqlandı və gizlincə qəssabı izlədi. Qəssab Musa Əleyhissalamın yanından ayrıldıqdan sonra yandakı otağa keçdi.

Divarda asılı dayanan böyük bir zəmbili endirdi. Zəmbilde çox qoca bir qadın vardı. Qadına kiçik-kiçik parçaladığı ətləri yedizdirdi. Qarınını doyuzdurduqdan sonra altındakı çirklənmiş bezləri götürdü və yerinə təmizlərini qoydu. Çirkli bezləri yuyub asdıqdan sonra əllərini yuyub Musa Əleyhissalamın yanına gəldi, yeməyə başlamadığını görən qəssab soruşdu. "Nə üçün yeməyə başlamadınız"?

Musa Əleyhissalam "Sən mənə zəmbildəki sirri söyləmədikcə bir loxma da yemərəm" - dedi.

"Madam ki maraqlandın izah edim": Ey qonaq, bu zəmbildəki mənim yaşlı anamdır. Çox yaşlı olduğu üçün taqətdən düşüb. Evdə ona baxacaq başqa kimsəm yoxdu. Evlənəcəyəm, lakin xanımım anamı incidər deyə evlənə bilmirəm. İşə gedəndə hər hansı bir heyvanın ona zərər verməməsi üçün gördüyün zəmbilə qoydum. Hər gün gəlib yemək yedirirəm. Digər işləri də görüb könül rahatlığıyla işimə gedirəm. Musa Əleyhissalam dedi ki: "Ancaq anlamadığım bir şey də var. Sən anana yemək yedizdirib su içirdikdən sonra dodaqlarını tərpədib bir şey söylədi, sən də AMIN dedin. Anan nə söylədi ki,
amin dedin? "

Anam hər xidmət edəndə "Allah səni Cənnətdə Musa Əleyhissalam"a qonşu etsin deyə dua edər. Mən heç ehtimal vermədiyim halda, bu gözəl duaya amin deyirəm. Mən kiməm ki, O böyük Peyğəmbərlə qonşuluq ədə bilim. Onunla qonşuluq edə biləcək nə əməlim var ki?
O zamana qədər kim olduğunu deməyən Musa Əleyhissalam buyurdu:

"Ey Allahın sevimli qulu, mən Musayam. Məni sənə Allahı Təala göndərdi. Ananın razılığını qazandığın üçün Cənnəti və orada mənə Qonşu olmağı qazandın".

Qəssab dərhal qalxıb Musa Əleyhissalamın əlini öpdü və sevinc içində yeməyini yeddi.

P.S: Allahu Təala sizləri "ANA" şəfqətindən məhrum etməsin və "ANA" qarğışından uzaq etsin. AMİN!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Night Wolf

17 İyul 2013 23:45

ALLAH hamimizin komeyi olsun ici joy/azlilar qarisiq AMIN
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

angel18

10 Aprel 2010 22:33

ALLAH RAZI OLSUN. ALLAH ANALRI YANIMIZDAN EKSIK ETMESIN AMIN

nepasluwnaya

15 Mart 2010 16:49

Sitat: Damla_87
Həyatımda nə edirəmsə ANAM üçün edirəm...Onun xoşbəxtliyi mənim üçün hər şeydir...

eyniyle=))
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

Ronnie_7

15 Mart 2010 13:28

Allahu Təala sizləri "ANA" şəfqətindən məhrum etməsin və "ANA" qarğışından uzaq etsin. AMİN!
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

SHATENKA_A

15 Mart 2010 10:40

Teshekkurler maraqli idi! Alalh butun analari qorusun onalrsiz biz hechneyik!!!

Elif_87

15 Mart 2010 10:12

Allahu Təala sizləri "ANA" şəfqətindən məhrum etməsin və "ANA" qarğışından uzaq etsin. AMİN!
Canım çox gözəl xəbər idi... 5+
Həyatımda nə edirəmsə ANAM üçün edirəm...
Onun xoşbəxtliyi mənim üçün hər şeydir...

Sevka_(JoY)

15 Mart 2010 03:37

Tsk,Allah, Razi olsun !!
--Hz. Peygemberim, sen ozun bendelerini oz yanindan ayirma !-Amin !
--------------------
"hərşey boşdur" - özü də bir boşdur!

Kafujidota

15 Mart 2010 01:30

Allah razi olsun,cox gozel hekaye idi.Allah bizi valideynlerimizin yaninda basi asagi elemesin Insallah.tek qorxum valideynlerimin mene gore ne vaxtsa basi asagi olmasidi,bunu hec kime arzulamiram.Ona gore her bir addimimizda onlara layiq olmaliyiq,cunki bizim xosbextliyimiz onlarin,onlarin xosbextliyi bizim xosbextliyimizdi.Tesekkurler xebere gore.

neange.l888

15 Mart 2010 00:56

elaidi 4ox xowuma geld.4ox sagolun.i Allah valideynlerimizi bawimizin ustunden eskik etmesin.Amin!

LARACROFT

14 Mart 2010 23:21

Anamı çoooooox istəyirəm.
Ama çox vaxt öz sevgimi şatdıra bilmirəm.Ona görə də hərdən elə deyir ki,sən məni çox istəmirsən.Onda elə pis oluramki.
ALLAH bütün analar cansağlığı versin.AMİN!
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Eysan

14 Mart 2010 21:25

MEN BiLDiYiME ESiTDiYiME GORE ANANIN QARGISI TUTMUR CUNKi SUD VEREN ANADI ATANIN QARGISI TUTUR.
MARAQLI YAZI UCUN TESEKKURLER...

Paris

14 Mart 2010 19:08

ALLAH senden razi olsun bu cur deyerli xebere gore.

gagaw

14 Mart 2010 18:37

COX GOZEL HEKAYEDI...

Dj.Samo

14 Mart 2010 17:14

Gozel hekayet idi chox sagol.. ALLAH butun valideyinlere can sagligi versin ve bashimizin ustunden eskik etmesin.. Amin..

EHLIKEF

14 Mart 2010 16:43

Allah razi olsun Britney... Cox gozel ve deyerli yazidi... Mennen 5+

nepasluwnaya

14 Mart 2010 16:29

cox diqqetle ve sonacan oxudum..tek amalim xowbext bir gelecek qurub bu sevincden mamama da pay vermeyimdi..Allah valideynlerimizi bawimizin ustunden eskik etmesin..bizi layiqli ovladlardan etsin..Amin..
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

Play_Boy

14 Mart 2010 16:12

Bele ibretamiz hekayeleri bura gonderdiyi ucun xeberi bura yerlewdirene minnetdaram.

PrincessKa

14 Mart 2010 16:11

Allah razi olsun Oxudum choooooooox maraqli ve deyerli hekayedi

MR.QARRI

14 Mart 2010 15:12

P.S: Allahu Təala sizləri "ANA" şəfqətindən məhrum etməsin və "ANA" qarğışından uzaq etsin. AMİN!


ALAH razı olsun gərəkli və dəyərli mövzudu 5+

Nahid-19

14 Mart 2010 15:05

Qurban olum anama..tshk xebere gore maraqli idi....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm