Loading...
Dində necə salamlaşmaq lazımdır?

Dində necə salamlaşmaq lazımdır?

Loading...
Dində necə salamlaşmaq lazımdır?


İnsanlar İslamdan qabaq necə salamlaşırdılar? İslamdan sonra nə baş verdi? Səhv etmirəmsə, müsəlmanlar bir-birinə salam verərkən “salam əleyküm” deyirlər. Bu məsələyə dair qəti bir dəlil var? Hər cəmiyyətin özünə məxsus salamlaşma formaları mövcuddur. Belə çıxır ki, o salamlama ifadələrini bir kənara qoyub “salam əleyküm” demək lazımdır? Salam hansı dildə və cəmiyyətdə olub olmamasından asılı olmayaraq salamlama ifadələri və yaxud hərəkətləri vasitəsilə tərəf-müqabil və həmsöhbətə öz xoş arzularını bildirmək deməkdir. Bizim cəmiyyətimizdə “sabahın xeyir”, “hər vaxtın xeyir”, “günaydın” və sairə kimi ifadələrin müsəlmanlar tərəfindən yaxşı qarşılanmamasının səbəbi nədir? “Salam əleyküm” ifadəsinə qarşı olduğuna görə?

Salam cümlələri Qurani-Kərimdə “salamun əleyküm” formasında ifadə olunur və 6 ayrı ayədə öz əksini tapıb. Lakin aşağıdakı ayədə göstərildiyi kimi sadəcə olaraq “salam” demək də düzgündür:

“And olsun ki, elçilərimiz (mələklər) İbrahimə müjdə gətirdilər və: “Salam”, – dedilər. O da: “(Sizə də) salam”, – dedi və dərhal qızardılmış bir buzov gətirdi” (Hud, 11/69).

Həzrəti peyğəmbər Allaha and içərək başladığı bir hədisdə: “İman etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də iman edə bilməzsiniz” dedikdən sonra yanındakılara bildirib ki, ancaq və ancaq salamlaşaraq öz aranızda sevgi telləri qura bilərsiniz1

Salam vermək mühüm bir rəftardır. Məhz buna görə Qurani-Kərimdə:

“Öz evlərinizdən başqa evlərə icazə almamış və həmin evin sakinlərinə salam vermədən girməyin”, -buyurulub (Nur, 24/27).

Başqa bir ayədə isə əmr olunur ki, salama daha gözəl bir salamla və ya eyni qaydada cavab verin (Nisa, 4/86). Bundan əlavə, Quranda hidayətə çatanlara (Taha, 20/47), Allahın seçkin bəndələrinə (Nəml, 27/59), bütün peyğəmbərlərə (Saffat, 37/81) və adları çəkilməklə bəzi peyğəmbərlərə (Saffat, 37/79, 109, 120, 130) salam verən ayələr də mövcuddur. Həmçinin Quranda bildirilib ki, cənnətdəki insanlar bir-birinə salam verəcək və mələklər möminləri salamlayacaq (Əraf, 7/46; Rəd, 13/23; Nəhl, 16/32; Zumər, 39/73).2


Dində necə salamlaşmaq lazımdır?


Salamla əlaqədar bəzi hədislər aşağıdakı kimidir:

Əbu Hüreyrədən (r. a.) rəvayət olunduğuna görə peyğəmbər (s. a. v.) belə buyurmuşdur:

“Allah Təala Adəm peyğəmbəri yaratdıqda ona: “Get, o oturan mələklərə salam ver və sənin salamına necə cavab verəcəklərinə diqqətlə bax. Çünki sənin və uşaqlarının salamı o olacaq”, – deyə buyurdu.

Adəm peyğəmbər mələklərə: “Əs-Salamu əleyküm!” , – dedi.

Mələklər: “Əs-Salamu əleykə və rəhmətullah”, – deyə cavab verdilər. Onun salamına “və rəhmətullah” ifadəsini əlavə etdilər”.3

İmran ibn Husayn (r. a.) belə demişdir:

“Peyğəmbərin yanına bir adam gəldi və belə dedi:

“Əs-Salamu əleyküm”.

Həzrəti peyğəmbər onun salamını eyni formada aldıqdan sonra həmin adam oturdu. Peyğəmbər: “On savab qazandı”, – deyə buyurdu.

Sonra başqa bir adam da gəldi. O da: “Əs-Salamu əleyküm və rəhmətullah”, – dedi. Peyğəmbərimiz onun salamını da eyni qaydada aldı. Həmin adam da oturdu. Həzrəti peyğəmbər: “İyirmi savab qazandı”, – dedi.

Sonra başqa bir adam gəldi və: “Əs-Salamu əleyküm və rəhmətullah”, – dedi. Həzrəti peyğəmbər ona da öz salamına müvafiq qaydada cavab verdi. O da öz yerində oturdu. Peyğəmbərimiz: “Otuz savab qazandı”, – dedi”.4

Yuxarıdakı ayə və hədislərdən çıxan nəticəyə əsasən İslam dini baxımından salamlaşmaq bu cür olur. Bu bir növ bir danışıq etiketidir, ədəb və tərbiyədən xəbər verir. Lakin hamını buna məcbur etməkdən söhbət belə gedə blməz.

Sizə “sabahın xeyir” deyən insana siz də eyni cür cavab verə bilərsiniz. “Sabahın xeyir” demək bir diləkdən ibarətdir. Salamlaşdıqdan sonra bu cür xoş diləkləri ifadə etmək yaxşı davranışdır. Amma bu cür ifadələri bir ibadət olan “salam” ifadəsinin alternativi kimi qəbul etmək və istifadə etmək düzgün deyil.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

ღ SuPPeR ღ

6 Noyabr 2012 21:17

Sitat: muselmanlar
Salam eleykum.
Bu yazi bizim saytimizdan teessuf ki ogurlanib. Elmi-edebi ogurluga plagiarizm deyirler amma bezi insanlar bunu basa dusdukleri halda, ozlerini ele aparirlar ki, guya aydan ari, sudan durudurlar.
Teessuf ki, muellif huquqlarina, alin terine, zehmet ve emeye hec bir hormet-izzet qoyulmur.
Ne ise, bu yazinin saytimizdaki butov linki budur:
http://www.muselmanlar.com/fitvalar/1109.html
Allah rizasi ucun hec olmasa bundan sonraki iqtibaslarinizda yazini goturduyunuz menbenin linkini verin.
Allah amaninda.

axi bunun ne ehemiyyeti var,bu insanliga yarari olacaq cumlelerdir,kitabdan goturuldu,her hansi bir saytdan goturuldu,ne ferqi var,kimse sizin saytdan bixeber ola biler,bu yazinin gercek sahibi ne sizsiz ne de ki,bu xeberi bura qoyan,sozleri deyen bellidir,paylasmaqla hec nee olmaz,uzulme
no

muselmanlar

14 İyul 2010 02:53

Salam eleykum.
Bu yazi bizim saytimizdan teessuf ki ogurlanib. Elmi-edebi ogurluga plagiarizm deyirler amma bezi insanlar bunu basa dusdukleri halda, ozlerini ele aparirlar ki, guya aydan ari, sudan durudurlar.
Teessuf ki, muellif huquqlarina, alin terine, zehmet ve emeye hec bir hormet-izzet qoyulmur.
Ne ise, bu yazinin saytimizdaki butov linki budur:
http://www.muselmanlar.com/fitvalar/1109.html
Allah rizasi ucun hec olmasa bundan sonraki iqtibaslarinizda yazini goturduyunuz menbenin linkini verin.
Allah amaninda.

ChocoLatte

13 İyul 2010 10:56

ALLAH razi olsun...Cooox maraqli aldu bu xeber...

RAMIN-YK

23 Aprel 2010 18:42

maraqlidi tesekkurlerr saqlun

Suliko

17 Fevral 2010 16:26

Təşəkkür Ramin
Salam Allah salamıdır..hətta danışmadığın insana da salam verib salamını almalısan
--------------------
«Когда я праздновал свой гол в ворота «Атлетико», я поцеловал герб «Мадрида», чтобы продемонстрировать всем, что я - мадридист, и я умру за этот клуб. В каждом матче я умру за эту футболку!».

(Yanvar 1997) Raul Gonzalez Blanco



Dünyanın ən gəlmiş-keçmiş ağıllı hücumçusu - (fikir verin: ən sürətli, ən texnikalı və s. demədim) Raul Gonzalez Blanco!!!

Qreqor Zamza

17 Fevral 2010 14:26

Sitat: LARACROFT
Salam həmişə verirəm.Küsülü olduğum insan da olsa,salam verirəm.Salam ALLAH salamıdı

--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Tena

17 Fevral 2010 11:39

10.20 ve 30 savab,hmmm,təşəkkür.

hierro-11

17 Fevral 2010 11:16

Və bildiyim qədər " Salam aleykum"-un bizim dildə mənası "Allah sizi saxlasın"dır və cavab olaraq da " Aleykum es salam " deməklə "Sizi də Allah saxlasın" mənasında salamlaşırıq.

Es salam aleykum .

MR.QARRI

17 Fevral 2010 10:03

ALLAH razı olsun

Elif_87

17 Fevral 2010 09:37

Gözəl və dəyərli yazı üçün təşəkkür Ronnie...

nepasluwnaya

17 Fevral 2010 00:03

salam veren duwmenin bele olsa almalisan..cunki salam Allahin adidir
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

LARACROFT

16 Fevral 2010 22:37

Salam həmişə verirəm.Küsülü olduğum insan da olsa,salam verirəm.Salam ALLAH salamıdı
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Ronnie_7

16 Fevral 2010 22:07

Sitat: holley
Bar Refaeli Sports Illustrated 2010 Fotoşəkilləri.bu xeberle indiki xeberin muellifleri eyni.ne 10 savab,ne 20,ne de 30.UTANIRAM...SADECE QURANI KERİM LE BELE WEKİLLERİN EYNİ SEHİFEDE OLDUGUNA UTANIRAM...


Düzdü amma heç dəxli yoxdu axl....
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

UKA

16 Fevral 2010 21:29

Sitat: GaGuLiK
Əs Salamu Əleykum

Germany666

16 Fevral 2010 21:15

Əs salamu aleykum və rəhmətullahi və bərəkətuh

holley

16 Fevral 2010 21:08

Bar Refaeli Sports Illustrated 2010 Fotoşəkilləri.
bu xeberle indiki xeberin muellifleri eyni.ne 10 savab,ne 20,ne de 30.


UTANIRAM...SADECE QURANI KERİM LE BELE WEKİLLERİN EYNİ SEHİFEDE OLDUGUNA UTANIRAM...

GaGuLiK

16 Fevral 2010 21:04

Əs Salamu Əleykum