Loading...
İş yerində namaz qılmağa icazə verilmirsə...

İş yerində namaz qılmağa icazə verilmirsə...

Loading...
İş yerində namaz qılmağa icazə verilmirsə, nə etmək lazımdır?


Norveçdə müsəlmanların böyük əksəriyyəti Cümə namazı da daxil olmaqla 5 vaxt namazlarını qılmır və yaxud qıla bilmirlər. Onlar deyirlər ki, işlədikləri yerlər buna əlverişli deyil. Belə bir vəziyyətdə o insanlara nə demək lazımdır? Onlardan bu barədə soruşulduğu vaxt: “Bəs biz nə edək? İşləməyib ac qalaq?”, - deyə cavab verirlər. Bunu necə izah etmək olar?

Namaz Allahın öz bəndələrinə fərz (vacib) qıldığı bir ibadətdir və onu tərk etmək, yaxud gecikdirmək qətiyyən düzgün deyil. Allah insanların bu ibadəti asanlıqla yerinə yetirməyi üçün necə deyərlər, bir sıra asanlaşdırmalar aparmışdır. Məsələn, səfər vaxtı bəzi namazların rükət sayının qısaldılması, günorta və ikindi namazlarının, eləcə də axşam və gecə namazlarının birləşdirilərək qılınması kimi. Namazların səfər vaxtı birləşdirilməsinə icazə verildiyi kimi muqimlikdə (oturaq vaxtı, insanın səfərdə olmadığı vaxtlar) də icazə verilir.

Odur ki, sizin haqqında danışdığınız insanlar da namazlarını öz iş yerlərində birləşdirib qıla bilərlər. Məsələn, nahar fasiləsində günorta və ikindi namazlarını birləşdirib qılmaq mümkündür. Bir işçi öz iş yerində neçə namaz vaxtı qalır? Ümumiyyətlə günorta və ikindi namazlarını qılmaqda çətinlik çəkirlər. Bu çətinlik verilən fasilə və aralarda günorta və ikindi namazlarını birləşdirərək qılmaqla aradan qaldırıla bilər. Belə hallarda namazların ancaq fərzlərini qılmaq kifayətdir.

Gecə növbəsində işləyən bir şəxs işlədiyi yerdə axşam namazını qılmağa imkan tapmasa, onu da gecə namazıyla birləşdirib qıla bilər. Bu iki namazı həm axşam namazının, həm də gecə namazının vaxtında birləşdirə bilər. Belə hallarda da namazların ancaq fərzlərini qılmaq kifayətdir. Yəni, namazı heç bir şəkildə tərk etmək olmaz. İnsan ac qalmamaq üçün işləməyə möhtac olduğu kimi ruhunun ac qalmamağı üçün də ibadət etməyə möhtacdır.

Cümə namazına gəlincə, bu insanlar Cümə namazı qılmaq üçün əllərindən gələni etməlidirlər. Bütün yolları sınadıqlarına baxmayaraq Cümə namazı qıla bilmirlərsə, digər günlərdə olduğu kimi günorta namazını qılmalıdırlar.

P.S: Belə bir hadisə ilə qarşılaşmısınız??
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

emiwka

7 İyun 2014 20:29

namaz herweyden vacibdir.alah,hamiya qismet etsin.amin....
--------------------
Getdim Sagolun

Smiler

8 Avqust 2013 00:57

eslinde icaze vermelidiler

gul_88

6 Dekabr 2010 12:04

ishe teze girmishem mudir ishle elaqedar bashqa yerdedi onu evez eden adamdan namaz qilmaq ucun otaq istedim dedi ki bir otagimiz var acari mudirdedi. bu da menim musalman qardashimin cavabi-qezasini evde qilarsan- ama bilirem ki mudir icaze verecek indi onu gozleyirem.

lalo.

20 Mart 2010 00:13

MEN ISLEMIREM.SAGIRDEM, AMMA MENIM TEHSIL ALDIGIM MEKANDA DINE DEHSET HORMET VAR. HETTA NAMAZ UCUN AYRICA OTAQ DA AYIRIBLAR. CUNKI ONLAR TURKDULER.ALLAH ONLARDAN RAZI OLSUN..

Ronnie_7

11 Fevral 2010 23:27

Namaz qılanların namazın Allah qəbul eləsin...
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

LARACROFT

11 Fevral 2010 21:55

Xəbər üçün çox sağ ol.Məlumatım var.
Kaş univ.de namaz qılmağa yer olsaydı.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

calypso

11 Fevral 2010 21:39

bizde ayrica otaq var.....

UKA

11 Fevral 2010 21:15

Iwlemediyimcun qarwilawmamiwam bele bir problemle...

lussi AVRIL

11 Fevral 2010 19:59

Belə bir hadisə ilə qarşılaşmısınız??
yox qarslasmamisam.seherimizde bele bir problem yoxdul axiiiiiiiiiii yes

Nahid-19

11 Fevral 2010 19:37

eyer mudriyyet Namaz qilmaqa icaze vermirse o zaman ne etmelii..cox maraqli sualdii..duzdu men Namaz qilmiram ama fikirim vaar INSHALLAH bashliyam mende Namazaa..menim bashima bele bir hadise gelse o zaman muduru mudur olmaqina peshman ederem i fso....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Kedicik_19

11 Fevral 2010 17:44

Tesekkuler

-Jasmin-

11 Fevral 2010 17:35

P.S: Belə bir hadisə ilə qarşılaşmısınız??

yox henüz yox işləmirəm smile

GaGuLiK

11 Fevral 2010 16:44

Sitat: Rammstein-
.iwi de ataram mudru de eziwdirerem))

obaa )) lotu

Namaz qılmışam sonra müəyyən səbəblərə görə saxlamışam Allah qoysa yenə başlıyacam !

Namaz insanın paklıgıdır !

Qreqor Zamza

11 Fevral 2010 15:56

Mən Namaz qılmıram.Çalışacamki tezliklə başlayım.Məncə Azərbaycanda belə bir problem yoxdu,çünki müsəlman ölkəsidir.Çox sağol.
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

BLaCK_DaNGeR

11 Fevral 2010 15:43

Xeyr mən namaz qılmıram,amma çox istərdim qılım

Rammstein-

11 Fevral 2010 15:41

men qilmiram eger qilsam bir tek Allahdan bawqa he4 kim mane ola bilmez....iwi de ataram mudru de eziwdirerem))

MR.QARRI

11 Fevral 2010 15:25

P.S: Belə bir hadisə ilə qarşılaşmısınız??


yox inşallah məni işimdə belə hal yoxdu Müdürüm də namaz qılandı şükür olsun ki

Tena

11 Fevral 2010 15:25

P.S: Belə bir hadisə ilə qarşılaşmısınız??

Başqa yerdə deyə bilmərəm,amma bizdə işdə belə bir problem yoxdu,obeddən sonra hərə öz otağında namaz qılırıq,burda icazə verilməməli bir şey yoxdur,insanın 10 deqiqə vaxtını alır da

Suliko

11 Fevral 2010 15:13

Bizdə Bakıda belə bir problem yoxdur..Şükür Allaha bir çox iş yerlərində namaz qılan insanlar üçün gözəl şərait yaradılıb..Hətta mən bir ara kursa gedirdim,orda da super şərait yaradılmışdır namaz qılanlar üçün..ayrı bir otağ ayrılmışdır bunun üçün...Amma bir çox xarici ölkələrdə müsəlmanlar üçün iş yerlərində belə şərait yoxdur.
--------------------
«Когда я праздновал свой гол в ворота «Атлетико», я поцеловал герб «Мадрида», чтобы продемонстрировать всем, что я - мадридист, и я умру за этот клуб. В каждом матче я умру за эту футболку!».

(Yanvar 1997) Raul Gonzalez Blanco



Dünyanın ən gəlmiş-keçmiş ağıllı hücumçusu - (fikir verin: ən sürətli, ən texnikalı və s. demədim) Raul Gonzalez Blanco!!!