Loading...
Namazda İbrahim peyğəmbərə niyə dua edirik?

Namazda İbrahim peyğəmbərə niyə dua edirik?

Loading...
Namazda İbrahim peyğəmbərə niyə dua edirik?


Qurani-Kərimdə tez-tez İbrahim peyğəmbərin qissəsinə (hekayət, əhvalat) yer verilir. Allah Təala bir çox ayədə peyğəmbərimizə: “İbrahimin dininə tabe ol”, – deyə əmr verir. Eyni əmr digər müsəlmanlara, Məkkəli müşriklərə, yəhudilərə və xristianlara da verilmişdir. Çünki bu üç zümrənin hamısı özlərini İbrahim peyğəmbərə mənsub hesab edir və onu yüksək qiymətləndirirlər. İbrahim peyğəmbər bu baxımdan digər peyğəmbərlərdən fərqlidir. O, peyğəmbərlərin atası kimi də tanınır. Peyğəmbərimizin namazda ona dua edib salavat göndərməyinin səbəbi bu ola bilər.

Əlavə olaraq, Quranda İbrahim peyğəmbərin aşağıdakı duasına yer ayrılıb:

“(Rəbbim!) Mənə sonrakıların məni yaxşı yad etməyini qismət et” (Şüəra, 26/84).


Namazda İbrahim peyğəmbərə niyə dua edirik?


Namazlarımızda ona da salavat göndərilməyini və bərəkət arzu olunmağını bu duanın qəbulu hesab etmək mümkündür.


“Barik” ifadəsi “bərəkət ver” mənası daşıyır. Bərəkət isə çoxalmaq və artmaq deməkdir. İbrahim peyğəmbərə bərəkət arzu etmək, maddi və mənəvi cəhətlərdən onun özünün və mömin zürriyətinin Allahın nemətlərindən çox istifadə etməyini və adının Qiyamətə qədər qalıcı saxlanmağını, eləcə də onun daima mədh edilməsini, xeyrinin və yaxşılığının yada salınmasını Allahdan diləmək deməkdir. Bir Quran ayəsində belə deyilir:

“İnsanların arasında İbrahimə ən yaxın olanlar ona tabe olanlar, bu peyğəmbər və bu peyğəmbərə iman gətirənlərdir. Allah möminlərin dostudur” (Ali-İmran, 3/68).

Ayədən də məlum olduğu kimi, İbrahim peyğəmbərə ən yaxın olanlardan biri də bizim peyğəmbərimizdir, yəni, Muhəmməd əleyhissəlam-dır. Onun namazlarda İbrahim peyğəmbərə dua etməyinin və bizdən dua etməyimizi istəməyinin bir səbəbi də bu yaxınlıq ola bilər.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Ledi Luiza

31 May 2012 19:21

Sitat: Sevka_(JoY)
Allah,razi olsun!!!
--------------------
Hərkəsdən fərqli biriyəm... Tanıyanlar bilir...

reservoir_engineer

8 İyul 2010 14:23

Secilmiw xeberlerime add eledim , twk-ler , Allah razi olsun ,sadece xeberin adi bir az sehv qoyulub Allahdan bawqa hec kime dua etmezler , sadece salavat-salam gondererler

Alone_for_ever

18 İyun 2010 16:11

teshekkurler

Sevka_(JoY)

11 Fevral 2010 02:45

[b][/b]Allah,razi olsun!!!
--------------------
"hərşey boşdur" - özü də bir boşdur!

ELchin_id

10 Fevral 2010 23:47

Allah razi olsun.

Ronnie_7

10 Fevral 2010 23:16

Namazlarımızda ona da salavat göndərilməyini və bərəkət arzu olunmağını bu duanın qəbulu hesab etmək mümkündür.
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

LARACROFT

10 Fevral 2010 22:28

Mənim üçün bunu bilmək maraqlı oldu.Çox sağ ol Ramin ALLAH razı olsun
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Kedicik_19

10 Fevral 2010 20:57

Temiz urekle edilen butun dualar qebul olur.

Qreqor Zamza

10 Fevral 2010 16:40

ALLAH razı olsun.Çox sağol Ramin.
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Suliko

10 Fevral 2010 16:39

Allah bütün dualarımızı qəbul etsin..
təşəkkür Ramin
--------------------
«Когда я праздновал свой гол в ворота «Атлетико», я поцеловал герб «Мадрида», чтобы продемонстрировать всем, что я - мадридист, и я умру за этот клуб. В каждом матче я умру за эту футболку!».

(Yanvar 1997) Raul Gonzalez Blanco



Dünyanın ən gəlmiş-keçmiş ağıllı hücumçusu - (fikir verin: ən sürətli, ən texnikalı və s. demədim) Raul Gonzalez Blanco!!!

GaGuLiK

10 Fevral 2010 15:49

Sitat: -Jasmin-
Çox sağ ol Ramin Allahın bütün elçiləri müqəddəsdi bizim üçün

UKA

10 Fevral 2010 15:05

Sitat: RITMEX
Allah razı olsun

-Jasmin-

10 Fevral 2010 14:54

Çox sağ ol Ramin
Allahın bütün elçiləri müqəddəsdi bizim üçün

XeTaI

10 Fevral 2010 14:37

Allah razı olsun

HellsAngeL

10 Fevral 2010 14:27

təşəkkürlər Ronnie_9

Nahid-19

10 Fevral 2010 14:07

ALLAH razi olsun sende Ramin....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

MR.QARRI

10 Fevral 2010 14:03

ALLAH RAZI OLSUN
+5