Loading...
Bilmədikləriniz

Bilmədikləriniz

Loading...
Peyğəmbər əfəndimizin, (Ciddisi də, zarafatı da ciddidir) buyurduğu xüsuslar vardır. Bunlardan bir neçəsi bunlardır:

Bir kimsə, zarafatdan və ya rol gərəyi, iki şahid yanında evlənsə, həqiqətən evlənmiş olar. Yenə bir kimsə, zarafat ilə, lağ olsun deyə və ya xanımını qorxutmaq niyyətiylə səni boşadım desə, xanımını həqiqətən boşamış olar.

Bir kimsə, köləsinə səni azad etdim desə, həqiqətən köləsi azad edilmiş olar. Sözündən imtina edə bilməz.
Bilmədikləriniz
Bir kimsə, bir gün oruc nəzr etmək istəyib də səhvən bir ay desə, bir ay oruc tutması lazımdır. Dinimizin əmri budur.

Təhdid edilmədən, bir zərurət yox ikən, zarafat ilə, lağ ilə kafir olum demək, dini məlumatlara xurafat və inanmıram demək, günah işlədənlərə halal olsun demək küfrdür. Belə söyləyən müsəlman isə mürtəd olar. Mürtəd olanın bütün ibadətlərinin savabları yox olar. Bir neçə adamı güldürmək üçün ibadətləri yox etmək ağıllı kimsəyə yaraşarmı?

Küfrü salıcı ifadə kimi istifadə edənin imanı gedər və xəbəri olmaz. Hədisi şərifdə buyuruldu ki:
Elə bir zaman gələr ki, adamın imanı gedər və xəbəri olmaz. Halbuki ondan köynəyin çıxdığı kimi, iman çıxmış olar.

Əməllər niyyətə görədir. Günahlar, niyyətsiz və ya yaxşı niyyətlə də işlənsə, günah olmaqdan çıxmaz. Məsələn, “Mömini sevindirəni Allahu təala sevindirər” hədisi şərifinə uyğun gələ bilmək üçün, bir mömini sevindirmək niyyətiylə içki masasına oturmaq savab olmaz, günah olar.

Bir xristian qızı, bir müsəlman kişiyə, “Mənimlə rəqs etsən müsəlman olaram” desə, müsəlmanın yaxşı niyyətlə onunla rəqs etməsi və ya başqa günah işləməsi caiz olmaz.
Bilmədikləriniz
Iman Mövzusunda İbrətli Bir Hekayə ..
Məşhur alimlərdən biri bir diyara gəlmişdi. Yanında bir çox tələbə və xalq olduğu halda bir qoca nənənin yanından keçdilər. Qoca nənə kütləni görüncə, oradakı birinə: "Bu kimdir, bu izdiham nədir?" deyə soruşdu. Alimin tələbələrindən biri bunu eşitdi və :
"Onu tanımırsan? O, Allah Təalanın varlığı haqqında min bir dənə dəlil ortaya qoymuş bir alimdir." deyə cavab verdi.
Bilmədikləriniz
Nənə gülərək: "Əgər onun Allahın varlığı haqqında min bir dənə şübhəsi olmasaydı, min bir dənə dəlilə ehtiyacı olmazdı. Mən Uca Allaha dəlilsiz iman edirəm".
Bu söz alimə çatdı, çox xoşuna gəldi, əllərini açdı: "Allahım! Səndən bu qoca qadının imanı kimi bir iman və ürək saflığı istəyirəm." deyə dua etdi. Ətrafındakılara da: "Mənim kimi araşdırın, amma bu nənə kimi iman edin" buyurdu.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Penelopa

29 Yanvar 2010 12:31

no

angelica_azeri

25 Yanvar 2010 02:11

[color=#FF0000][/color]maraqlidir,,

Qreqor Zamza

24 Yanvar 2010 13:04

Dəyərli mövzudur vaxt olan kimi oxuyacam.Çox sağol Britney.
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Ronnie_7

24 Yanvar 2010 12:58

Iman Mövzusunda İbrətli Bir Hekayə ..
Bu hekayə çox xoşuma gəldi)Çox sağol Allah razı olsun)
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

LARACROFT

23 Yanvar 2010 22:09

Oxudum ALLAH razı olsun.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

sahin221

23 Yanvar 2010 21:30

TWK

DJ COCI

23 Yanvar 2010 19:09

ALLAH RAZI OLSUN melek

Fatime

23 Yanvar 2010 16:58

ALLAHA WUKUR BELE ZARAFATLAR ETMIREM.

UKA

23 Yanvar 2010 15:45

Maraqli movzudu twk Britney +5...

Violet-89

23 Yanvar 2010 15:39

maraqli idi.

calypso

23 Yanvar 2010 14:22

twk

Rammstein-

23 Yanvar 2010 13:54

Oxudum ve Ibret goturdum...

MR.QARRI

23 Yanvar 2010 13:53

ALLAH RAZI OLSUN ÇOX GƏRƏKLİ MÖVZU İDİ.......


Nahid-19

23 Yanvar 2010 12:24

ALLAH raziolsuun..tshk....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Beautiful_Liar

23 Yanvar 2010 12:15

Çox marağnan oxudum...Əla və çox maraxlı xəbərdi ... good

VaMPirka

23 Yanvar 2010 11:39

maraqli movzudu twk

Elif_87

23 Yanvar 2010 11:32

"Əgər onun Allahın varlığı haqqında min bir dənə şübhəsi olmasaydı, min bir dənə dəlilə ehtiyacı olmazdı. Mən Uca Allaha dəlilsiz iman edirəm".

Dəyərli və maraqlı xəbər üçün çox sağ ol... 5+