Loading...
Qeybətdirmi?

Qeybətdirmi?

Loading...
Insanlar arasında qeybət sayılmayan,
əslində qeybət olan hallar.

Insanlar arasında qeybət sayılmayan, əslində qeybət olan hallar.
Biri digərinin xoşlamadığı bir şeyi o olmadığı halda deyir: ona, dalınca danışma deyildiyi zaman “bu sözləri onun üzünə də, söyləməyə hazıram” deyər. Bu heç də onu bu işdə doğru olduğunu əsas vermir, çünki, artıq o bu insanın xoşuna gəlməyən bir şeyi demişdir. Bu da qeybətdir. “Bu sözləri onun üzünə də deməyə də hazıram” məsələsinə gəldikdə isə bunun bəyənilən bir məsələ olduğu haqda heç bir dəlil yoxdur. “Bəzi kimsələr və ya bəzi alimlər belə elədi, başqa cür elədi” deyə onlar haqqında xoşa gəlməyən bir şey danışıldığını duyduqda bil ki, bu qeybətdir.
Bir din qardaşının halını soruşduqda “sən kimi soruşursan” , “ALLAH bizi islah etsin”, “ALLAH uzaq etsin” kimi sözləri deyib, o adamdakı xətaları üzə çıxartmaq artıq qeybətdir.
“Bu kiçikdir onun qeybətini etmək olar” sözlərini deyən adam günah etmiş olur, çünki, onun buna heç bir dəlili yoxdur.
Bəzən günahkar adamın dalınca çox danışırlar. Amma, buna heç kəsin əsası yoxdur. Belə olsaydı, hər müsəlmanın qeybətini etmək olardı. Çünki, elə bir mömin yoxdur ki, günahı olmasın. Birinin xoşuna gəlmədiyi halda, əfəndim, sultanım, alicənablar və buna bənzər sözlərlə müraciət etməsi düzgün deyil. Çünki, Rəsulullah (s.ə.v) “Qardaşını xoşuna gəlməyən bir tərzdə çağırmaq qeybətdir”-demişdir.


Qeybətin hökmü.

Qeybət bütünlüklə haram olan böyük günahlardandır. Cəmiyyət tərəfindən xoşlanmayan bir çirkin iş olduğu kimi, hər bir müsəlmana yaraşmayan hərəkətdir. İslam qeybəti ciddi şəkildə qadağan etdi və haram buyurdu. Çünki, bunda qardaşlıq əlaqələrini qırmaq, dostluq və məhəbbəti məhv etmək, düşmənçilik və eyblərin üzə çıxması təhlükəsi vardır. Buna görə ALLAH Sübhənahu Təala bu əmələ nifrət etdirmək üçün Qur”ani Kərimdə qeybət edəni öz ölü qardaşının ətini yeyənə bənzətmişdir: - “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. Bie-birinizin sirrini arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar.
ALLAHdan qorxun. Həqiqətən, ALLAH tövbələri qəbul edəndir, rəhmlidir”! (Əl-Hucrat)
İbn kəsir və imam Qurtubi bu ayənin təfsirini izah edərək “Qeybət, alimlərin ittifaqı ilə haramdır”demişlər.
Aişə (ALLAH ondan razı olsun) belə rəvayət etmişdir: “Rəsulullaha (s.ə.v) Səfiyyanın qısa boylu olduğunu başa salmaq üçün əllə onun əlamətlərini göstərdim”. O da, “Ey Aişə, sən elə bir kəlmə dedin ki, dəniz suyuna qarışdırılsa ona qələbə çalar və onu bərbad edər” dedi (Səhihdir, Əbu Davud).

İnsan nə üçün qeybət edir.

İnsan öz nəfsinə uyub pis duyğuların çoxaldığı zaman qəlbindəki qəzəbə və qeybət etmə xüsusiyyətinə sarılaraq insanların dedi-qodusunu edər və onlara iftira yaxar. Başqalarına kin bəsləmək səbəbi ilə kim olursa-olsun, özünə təskinlik vermək üçün, o, adamın qeybətini edər. Bu heçdə müsəlmana yaraşan sifət deyil.
Paxıl və qeybətçi kimsə hər hansı insanın tərifləndiyini gördükdə, onun paxıllıq duyğuları qabarır və o kimsənin gözəl xüsusiyyətlərini məhv etmək üçün öz silahını (dilini) işə salıb qeybət edir.
Laqqırtı və boşboğaz insanlar bir-bir ilə rastlaşdıqda özlərini göstərmək, laqqırtı və yaltaqlıq etmək üçün başqalarının qeybətini edərlər.

Müsəlman qardaşının qeybətinin edildiyini duyan kimsənin edəcəyi hərəkət.

ALLAH Rəsulu (s.ə.v) “Kim bir qardaşının şərəfini hədəfə alan qeybətçiyə mane olub onu susdurarsa, onu Cəhənnəmdən qurtarmaq, ALLAH üzərinə bir haqq olur” demişdir. (Səhihdir, İmam Əhməd: “Səhihul-Cami”)
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Night Wolf

12 Avqust 2013 23:32

qeybet bas jesimekden de boyuk gunahdir
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

PeTTy

26 İyun 2013 02:46

Bir insan haqqında olan pis şeyi danışmaq qeybet,olmayanı danışmaq iftiradır.

nepasluwnaya

20 Yanvar 2010 15:05

Allah bizi dilimize,elimize ve belimize sahib etsin...pis iwlerden cekindirib,emel defterimizi gozel iwlerle bol etsin..Amin..
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

guiza96

20 Yanvar 2010 02:31

Allah razi olsun! cig

LARACROFT

19 Yanvar 2010 23:18

Roya xəbər üçün çox sağ ol.ALLAH razı olsun.
Belə xəbərlər lazımlıdı.

Sitat: Britney Spears
men qeybet haqqinda maragli bir weyi deyim size..eyer kimin haqqinda qeybet edirsinizse ve ya ondan xebersiz onun haqqinda ozunun xowlamadigi weyleri daniwirsinizsa onun gunahlari sizin boynunuza olur..ozde sizin onda beyenmediyiniz gunahlar...


Bəlkədə çoxları bu haqqda bilir ama nədənsə əməl etmək onlara çox çətin görünür.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Mr_RoCCo

19 Yanvar 2010 21:51

Sitat: Britney Spears
mence bir insanda beyenmediyiniz bir weyi onun ozzune gozel bir wekilde demey daha yaxwidi..eyer pis insandisa qoy ozu duwunsun axiretini onun haqqinda daniwmaga deymez..qeybet qirmag lazim deyil..ROYA tewekkur bele maragli xebere gore..belke kimese faydasi olar..

qeybet edenlere o biri dunyada qardawinin 4iy etini yedizdireceyler...

Sitat: Britney Spears
men qeybet haqqinda maragli bir weyi deyim size..eyer kimin haqqinda qeybet edirsinizse ve ya ondan xebersiz onun haqqinda ozunun xowlamadigi weyleri daniwirsinizsa onun gunahlari sizin boynunuza olur..ozde sizin onda beyenmediyiniz gunahlar...

bele agilli fikirler sennen 4ixar./////.hayif getmisen.........
--------------------
FaceBook
Instagram - ageelvevo

UKA

19 Yanvar 2010 20:08

Tşk xeberin... yerivar

J_LADY

19 Yanvar 2010 19:56

TŞK RÖYA!
1-cisi heç kim deyə bilməz ki,mən həyatımda qeybət eləməmişəm!
Amma bir şey var ki,mənim yanımda kiminsə pisliyiə arxasınca danışanda imkan vermirəm ya da çalışıram ordan uzaqlaşım,amma yenə istər istəməz xoşlamadığımız adamın haqqında hər birimiz danışırıq.Nə edək,günahı da nədirsə çəkməliyik.
--------------------
* Try Not To Become a Man of Success,but a Man of Value!

* Əsl kişi xanıma kişiliyini xatırladan yox,xanıma xanımlığını unutdurmayandır!(i.c)

*Sevgi olan yerdə Qürur-Günəş olan yerdə Ay kimidir...(i.c)

Mənliyim Məndən Üstündür!!! (i.c)

R.A.M.I.K

19 Yanvar 2010 19:56

twk

GaGuLiK

19 Yanvar 2010 19:48

hansi qiz deyir e qiybet etmirem...neyi var yalan diyir !!!

MUMKUNATI YOXDU ELEMESIN !!!

-Jasmin-

19 Yanvar 2010 19:48


Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

men hemişe qeybet edən kəsdən susmağını xahiş edirem ve ya hemin yeri tərk edirəm-çünki Qurani-Kerimi oxuyan insan qeybetin ne olduğunu yaxşı bilir

_E_D_I_K_

19 Yanvar 2010 19:27

Allah razi olsun bele bir xebere gore

MR.QARRI

19 Yanvar 2010 19:14

ALLAHdan qorxun. Həqiqətən, ALLAH tövbələri qəbul edəndir, rəhmlidir”! (Əl-Hucurat)


ALLAH razı olsun




-------------------------

HƏYAT ÇOX SIXACAQ SƏNİ ÖZÜNDƏ

Paris

19 Yanvar 2010 19:09

Sitat: Britney Spears
en qeybet haqqinda maragli bir weyi deyim size..

Bu haqda melumatim var. Bilmiyenler bilsin. Belke adam olalar! Gor yalan daniwanlar ne gune duwecekler.