Fon yüklənir...
Загрузка...

Oruc başqa dinlərdə

Загрузка...
 
 
Xristiyanlıqda oruc:

Xristiyanlıqda oruc kilsənin üçüncü əmridir.Quranın bildirdiyinə görə oruc xristiyanlara da vacib buyurulmuşdur. Xristiyanlıqda oruc və pəhriz etmək eyni anlamdadır. Orucun məqsədi günahların cəzasını bu dünyadan başlayaraq çəkməkdir. Incil oruca böyük önəm verir. Ancaq oruc
un vaxtları, onların qanunları xristiyan məzhəblərində fərqlidir. Xristiyanlıqda oruc tutmaq 21 yaşından başlayır. Onlar 60 yaşa qədər oruc tuturlar. Roma qəraralarına əsasən 1966-cı ildə oruc yazılı olaraq təsbit edilmişdir. Bir xristiyan pəhriz üçün oruc tutursa ən azı 14 yaşında olmalıdır. Xristiyanlıqda iki növ oruc vardır. Bunlar (Okaristik) şükr orucu və (Ekleziyastik) kilsə orucundan ibarətdir. Bu iki növ orucu katoliklər tuturlar, amma protestantlar tutmurlar. Xristiyanlıq insanları çərşənbə, cümə və şənbə günləri, bəziləri isə ərəfə günündə oruc tumağa təşviq edir. Xristiyan etiqadına görə hz. İsa (ə) çərşənbə günü ələ verilmiş, cümə günü çarmıxa çəkilmiş və şənbə günü dəfn edilmişdir. Xristiyanlıqda hz. İsa (ə) öldükdən sonra dirilmiş və göyə çəkilmişdir. Bu inanca görə Paska günü oruc tutmaq önəmlidir. Paska günündən qabaq iki gün oruc tutmaq xristiyan dindarlar arasında məşhurdur.

Musəvilikdə oruc (Yom Kippur):

Tövratda bəzi günlər oruc tutmaq əmr edilmişdir. Yəhudilikdə oruc nəfsi tərbiyə üçün, bəzən əzab çəkmək üçün, bəzən də Allaha yaxınlaşmaq üçün tutulur. Tövrata görə hz. Musa (ə) Tur dağında 40 gün 40 gecə qalaraq bu günləri oruc tutmuşdur. Ərəbistanın müxtəlif bölgələrində yaşayan yəhudi ərəblər oruc tutarkən gecələr də bir şey yeməzmişlər. Hətta bəzi müsəlmanlar oruc haqqında hökmlər tamamlanana qədər yəhudilər kimi oruc tuturmuşlar. Babil dönəmində matəm və əza simvolu olaraq oruc tutulurmuş. Yəhudilər Allahdan onlara bəla nazil olmasına inandıqları dövrlərdə çoxlu oruc tutardılar. Yəhudilikdə uşaqlar oruc tutmağa 12 yaşlarına bir ay qalmış oruc tutarlar. Yəhudilikdə tutulması lazım olan yeganə oruc "Yom Kippur” adlı kəffarə orucudur. Kippur peşmanlıq mənasındadır. Yəhudilər bu gündə günahlarından peşiman olurlar və güman edirlər ki, Allah onları əfv edir. Yom Kippur ibranicə "tövbə günü” anlamındadır. Yəhudilərin ən böyük ibadət günlərindən olan Kippur böyük oruc günü olaraq qəbul edilir. Yom Kippur deyilən gün 19 nisanda başlayır. Bir həftə sürən Pesah bayramı orucu isə xəmirsiz bayramından sonra gələn bazar ertəsi və çərşənbə axşamı günləri tutulur. Yəhudilikdə Yom Kippurda oruc tutmaq şərtdir. Imsak öncəsi axşam günəş batarkən başlayır. O gecə və ertəsi gün iki ulduz görünənə qədər yemək yemək qadağandır. Bu vaxt 25 saatı əhatə edir. Yom Kippur orucu hz. Musa (ə) Allahdan əmrləri almaq üçün Tur dağına gedəndə yəhudilər qızıldan düzəlmiş buzova ibadət etdiklərinə görə cəza olaraq tutulan oruc hesab olunur. Yəhudilər Babil dönəmindən sonra Qüdsün xarab edilməsi və digər fəlakətlərin baş verməsi səbəbilə daha 4 oruc ortaya çıxarıblar. Bəzi Təlmud yorumçuları tərəfindən bu 4 orucun başqa dövlətlərin himayəsi altında olan yəhudilər tərəfindən tutulmasını lazım bilmişlər, əks halda lazım olmadığını bildirmişlər. Yəhudilərdə oruc əsasən şəfəqin sökülməsindən iki ulduzun görünməsinə qədər sürür. Ancaq Yom Kippur kimi bəzi oruclar bir axşamdan ertəsi axşama qədər davam edir.
 
Oruc başqa dinlərdə

Digər dinlərdə oruc:

Nirvananın yolu orucdan keçir. Insanlıq tarixində hardasa dinlərin hamısında oruc tutmaq yer alır. Səmavi dinlərin xaricində olan dinlərdə də orucun önəmli yeri vardır. Buddizmin qurucusu Budda "qurtuluşa” yəni Nirvanaya yetişməyin yolunun arzulardan vaz keçməkdən keçdiyini vurğulayır. Bunun praktiki yolu isə oruc tutmaqdır. Bəzi dinlərdə orucun yeri:

Hinduizmdə oruc:

Hind dinlərindən Hinduizmdə oruc nəfsi tərbiyə etmək üçün ilin müəyyən aylarında və günlərində tutulur. Ibadət məqsədilə duaların oxunduğu günlərdə oruc tutlması lazımdır. Hinduizmdə oruc əsasən bəzi yeməklərdən pəhriz etməklə tutulur.

Taoizmdə oruc:

Şərq mədəniyyətlərinin dinlərindən Taoizmdə oruc daha geniş mənada ələ gəlmişdir. Burada oruc sağlamlığı qorumaq və yaşlanmağın qarşısını almaq üçün tutulur. Çinlilər xüsusilə bayram günləri ilə pisliklərin artdığı günlərdə özlərini qorumaq üçün oruc tuturlar.
 
Oruc başqa dinlərdə 

Brahmanizmdə oruc:

Cənubi Asiya Hind dinlərində Brahmanizmdə hər ayın 12 və 13-cü günlərində oruc tutmaq gərəkdir. Brahmanizmdə yaşlılar, xəstələr və uşaqlar oruc tutmaqdan istisna deyillər. Bəziləri insani istəkləri boğmaq üçün 15 gün oruc tuturlar. Bu günlərdə bir qurtum sudan başqa hər şey orucu batil edir.

Jainizmdə oruc:

Hind dinlərindən Jainizmdə orucun qaydaları daha sərtdir. Jainistlər kəskin olaraq 40 gün oruc tuturlar. Bu dinin qurucusu Mahaviranın (M.Ö 599-527) özünə işkəncə edərək dində yüksək dərəcəyə yetişməyə çalışdığı, ət və yumurta yemədiyi, hətta ölənə qədər oruc tutduğu söylənilir.

Buddizmdə oruc:

Cənub Şərq Asiya dinlərindən Buddizm oruca ən çox önəm verən dinlərdəndir. Buddizmin qurucusu Buddaya görə nə dünyaya bağlanmaq, nə də dünyadan vaz keçmək gərəkdir. Bu məqsədə çatmaq üçün qoyduğu qaydalardan birincisi isə hər iki aydan bir oruc tutmaq və bu zaman içində cəmiyyət arasında bütün günahları etiraf etməkdir. Buddaya görə sonsuz qurtuluşa, yəni Nirvanaya əngəl olan yeganə şey arzulardır. Qurtuluş yalnız arzuları tərk etməklə qazanılır və arzulardan qurtulmağın birinci yolu isə oruc tutmaqdır.

Maniheizmdə oruc:

Manilikdə oruc işığı göndərən günəşə və aya dua etmək məqsədilə tutulur. Babil və Asurluların da oruca böyük önəm verdiyi bildirilir. Qədim Misirdə isə oruc əsasən dini bayramlarda tutulur.

Avropa yerli dinləri:

Keltlerin oruc tutduğu, qədim Roma və Yunanlıların da orucu fəlakətlərdən qurtulmaq üçün bir yol olaraq qəbul etdikləri bildirilir.
 
Oruc başqa dinlərdə
Загрузка...

ŞƏRHLƏR

Aslanova Deniz

1 İyul 2014 00:05

bezilerinde melumatim vardi,yene de tewekkurler.......

Ahu 05

30 İyun 2014 22:37

bilmirdim,tesekkurler

Jenny J

30 İyun 2014 20:42

Sitat: Night Wolf
1-ci haqda məlumatım var idi
--------------------
Wow man, this is weird on acid..



Dark PrincesSa

30 İyun 2014 20:30

bəzilərn bilirdim

Night Wolf

30 İyun 2014 19:58

1-ci haqda məlumatım var idi
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!
loading...
Загрузка...