Fon yüklənir...
Загрузка...

Ramazan

Загрузка...

 

Ramazan ayında insanlar necə qidalanmalıdırlar?

Oruc tutarkən yeməklərin ağır olmamasına, az yağlı və qızardılmayan yeməklərə üstünlük verməliyik. Xüsusilə bu dövrdə yeyilən un məlumatları və yüksək kalorili qidalar çəkinin artmasına, kökəlməyə səbəb ola bilər.

Oruc tutan insanlarda yorğunluq, yaddaşla bağlı problemlər, diqqətsizlik, həzm çətinliyi, halsızlıq, əsəbilik və başağrısı kimi problemlər yarana bilər. Ona görə də həyat tərzi və qidalanmaya bu ay xüsusi diqqət yetirmək lazımdır.

Hansı qidaya daha çox üstünlük verilməlidir?

Ramazan ayında iftar süfrələərində xüsusilə paxlalı, tərəvəz və ya qatıqdan hazırlanan şorbalar, süd məhsulları, yağsız ət, toyuq, balıq, yumurta və müxtəlif tərəvəzli yeməklər olmalıdır. Çörək və taxıl məhsullarına gəlincə, dənəli taxıldan hazırlanan çörəklər, yarmalar xeyirlidir.

İftarda su və sulu yeməklər ayran və kompotlardan daha çox qəbul edilməsi məsləhətlidir. Qəhvə, qazlı içkilərdənisə uzaq olmaq lazımdır. Yaxşı olar ki, yeməkdən yarım saat sonra yaşıl çay içəsiniz. Orqanizmin gündəlik su ehtiyacı 2-2,5 litdir. Çalışmaq lazımdır ki, bu ehtiyacın çox hissəsi imsak zamanı mənimsənilsin. Dişlər üçün lazım olan diş pastasının da seçiminə diqqət etmək lazımdır. Tərkibində soda olan diş məcunlarını işlətmək olmaz, çünki onlar insanı susadır. Flüorlu diş məcunları seçmək məsləhətdir.

Sahura qalxmadan oruc tutmaq sağlamlığa ziyandır. Bundan başqa, sahur-bərəkətdir.
Загрузка...

ŞƏRHLƏR

Night Wolf

2 İyul 2014 12:23

Allah hər kəs güc versin ki, hamı orucu axıra qədər tuta bilsin
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

LlLesiARe

2 İyul 2014 12:09

Haminin bayrami muberek...

Dark PrincesSa

2 İyul 2014 10:03

Ramazan bayramniz mubarek ! aze

Ahu 05

2 İyul 2014 10:02

Allah haminin orucunu qebul wtsin AMIN!
loading...
Загрузка...