Fon yüklənir...
Загрузка...

Duanın qəbul olunması şərtləri

Загрузка...
Duanın qəbul olunması şərtləri

1. Duanın şərtlərindən birincisi odur ki, Allaha həmdü səna edəsən. Sonra Peyğəmbər və onun Əhlibeyinə salavat deyəsən.

2. Bütün günahlarını nəzərə alıb, Allahdan bağışlanmağını istəyəsən.

3. Ümidini bütün bəndələrdən kəsib, yalnız tək və qadir olan ümid Allaha bağlayasan.

4. Təkcə dil və ürək yox, insanın bütün əzaları dua halında olasan.

5. Duanın müstəcəb olmağına qətiyyən şübhən olmasın.

Duanın qəbul olunması şərtləri

6. Allahın hökmlərini yerinə yetirməyə əzm eləyə.

7. Allahın dərgahına yaxın olan müqəddəs şəxslərə (Peyğəmbərə və İmamlara) and verə.

8. Birdə ki duanın müstəcəb olmağında müqəddəs zamanların (Qədr gecəsi, Azan vaxtı, İftar vaxtı, Cümə gecəsi, Ərəfə günü) mühüm rolu var.

9. Ümumilikdə bir neçə nəfərlə edilən duanın təsiri daha güclüdür.

10. Əlləri yuxarı qaldırıb bərkdən dua etmək lazımdır.

11. Dua halında ağlamaq gərəkdir.

12. Dua edən şəxsin yeməyi və geyimi halal olmalıdır.
Загрузка...

ŞƏRHLƏR

LlLesiARe

1 İyul 2014 19:37

11. Dua halında ağlamaq gərəkdir.

Hee, bunu bilirdim... Amma qesden aglamaq yox..

Dark PrincesSa

1 İyul 2014 17:07

Duanın müstəcəb olmağına qətiyyən şübhən olmasın.

ARR

1 İyul 2014 13:53

Allah dualarımızı qəbul etsin.
----------------------
Doğulduğunda qulağına azan oxunur, öldüyündə azansız namazın qılınır.Həyatın isə azan və namaz arasındakı vaxt qədərdir. Nə qısadır deyilmi?

Night Wolf

1 İyul 2014 13:32

İnşallah bütün dualarımız qəbul olar
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Ahu 05

1 İyul 2014 12:48

Allah haminin dualarini qebul etsin
loading...
Загрузка...