Fon yüklənir...
Загрузка...

Canım fəda olsun sənin yoluna

Загрузка...
Canım fəda olsun sənin yoluna

Peyğəmbərimizin (s.ə.s) əxlaqı Quran əxlaqıdı. O sonsuz nurdu. Allahın göndərdiyi Quran, onun həyatı ilə qiyamətə qədər bəşəriyyətin yolunu işıqlandıracaq. Adı çəkiləndə ona Salavat oxumağı yolunu tutmağı Allah bizə əmr edir. Quran bildirir ki, Allaha (c.c) inandığını deyənlər bu idealarını isbat etmək üçün Hz. Məhəmmədin (s.ə.s) yolunu tutsunlar. Mömin üçün Allah və onun Rəsulu candan da, maldan da, valideyndə də, övladan da.. hər şeydən irəlidir. O, Onu sevənləri sevir, Onu görməyə təşnə olanları sevir. O, misilsiz insanlıq örnəyidir, hər gözəlliyin zirvəsi Onda cəmlənib. O bizim başımızın tacıdır. O bizim gözümüzün nurudur. Allah Onu aləmlərə rəhmət olaraq göndərib. Allah (c.c) bizi Onun yolundan ayırmasın!...

O, insanlığın fəxri və sultanıdır. Onu sevməyənlərin ürəyi xarabazarlıq deməkdir. O gəlib-keçmiş bütün peyğəmbərlərin əşrəfi, imanıdır. Dünya o gözəllikdə Adəm övladı görməyib, görməyəcəkdə. Onun gələcəyini yəhudi və xristian alimləri yaxşı bilirdilər. Bilirdilər ki, peyğəmbərlərin sonuncusu, bəşərin xilaskarı gələcək. Ancaq nə vaxt, harada dünyaya gələcəyi haqda dəqiq məlumat yox idi. Yəhudi alimləri sonuncu peyğəmbərin onların içindn çıxacağına inanırdılar. Ancaq ağıllarına da gəlməzdi ki, bu mübarək Zat ərəblərin Qüreyş qəbiləsinin qismətinə yazılacaq.

Canım fəda olsun sənin yoluna

Quranı-Kərim Onu bizə belə təqdim edir, hər kəs oxusun, düşünsün və nəticə çıxarsın deyə…

- "Biz Səni ancaq aləmlərə rəhmət olaraq göndərdik” (Ənbiya surəsi-107)

- "And olsun sizə özünüzdən bir Peyğəmbər gəldi ki, sizin əziyyətə düşməyiniz Ona ağır gəlir. O sizdən ötrü çox təşnədir, möminlərə şəfqətli mərhəmətdir”. (Tövbə-128)

- " (Ey Rəsulum!) de: "Əgər siz Allahı sevirsinizsə, mənim yolumu tutun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Çünki, Allah bağışlayandır, mərhəmətlidir.” (Ali İmran 31)
 

Загрузка...

ŞƏRHLƏR

Aslanova Deniz

1 İyul 2014 00:02

Allahim sene wukurler olsun..

Dark PrincesSa

30 İyun 2014 17:27

Allah razı olsun love

Night Wolf

30 İyun 2014 16:34

Sitat: Ahu 05
Allah razi olsun.

Allah hər birimizdən razı olsun AMİN
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Emily_01

30 İyun 2014 16:27

Teshekkurler deyerli xeber uchun

Ahu 05

30 İyun 2014 16:23

Allah razi olsun.
loading...
Загрузка...