Fon yüklənir...
Загрузка...

Ramazan ayının başlanması münasibəti ilə fətva verilib

Загрузка...
 

 

Fətvada dünya müsəlmanlarının "On bir ayın sultanı” adlandırdığı mübarək Ramazan ayının başlanması münasibəti ilə müsəlmanları təbrik edən QMİ Qazılar Şurası Ramazani Şərifin fəzilət və önəmi, bu ayda əməl olunması vacib və bəyənilən olan əməllərlə bağlı tövsiyələrini xalqa çatdırıb, Allah-Təaladan ibadət və dularının qəbul olunmasını diləyib.

Fətvada xüsusi vurğulanıb ki, hər il olduğu kimi bu ildə QMİ AMEA Şamaxı Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqinə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, günün duaları və bayram tarixini əhatə edən müstəsna təqvimi və yaddaş kitabçasınını təqdim edib.

Qeyd olunub ki, builki hesablamalara görə, miladi təqvimlə 29 iyun 2014-cü il Ramazan ayın birinci günüdür. İyun ayının 28-i orucluğun niyyət gecəsidir. Bildirilib ki, şəvval ayı hilalının görünməsindən aslı olaraq Eydul-Fitr-Ramazan bayramı namazı iyul ayının 28 və ya 29-da qılınacaq.

Mənəvi birliyimizə xidmət edən qaydalara və mövcud təqvimə riayət etməyi dinadarlarımıza tövsiyə edən QMİ Qazılar Şurası, bölgələrdəki qazılar,səlahiyyətli nümayəndələr, imam və axundlar tərəfindən bu məqamların icraatının vacib olduğu bildilrilib.Xüsusi qeyd olunub ki, təqdim olunan təqvim bilavasitə Azərbaycan üfüqinə müvafiq olan. Dini və elmi baxımından vəhdət təşkil edən bir vasitədir. Bəzi xarici dövlətlər və yerli nəşriyyatlar tərəfindən izinsiz və istinadsız çap olunan təqvimlər isə dindarlara yalnış məlumat verir, məhzəblər, təriqətlər arasında ixtilafa səbəb olur.

QMİ Qazılar Şurası belə təxribat xarakterli çap məhsullarının dövriyyədən çıxarılmasını tələb edib və dindarlara məsləhət görüb ki, yalnız QMİ və AMEA Şamaxı Astorfizika Rəsədxanasının birgə hazırladığı təqvimdən istifadə etsinlər.

Qazılar Şurası din xadimlərinin nəzərinə onu da çatdırıb ki, orucluqda iftardan öncə ehsan süfrələrində iştirak etməkdən qəti şəkildə çəkinsinlər.

Xüsusi vurğulanıb ki, bu xəbərdarlığı nəzərə almayan din xadimləri barəsində ciddi tədbir görüləcək. Həmçinin əhaliyə müraciət edilib ki, QMİ-nin rəsmi din xadimlərinin iftardan öncə ehsan mərasimlərində iştirak halları ilə rastlaşacaqları təqdirdə QMİ-ə məlumat verilsin.
Загрузка...

ŞƏRHLƏR

Dark PrincesSa

25 İyun 2014 08:49

Məndə istirəm tutmaq ama alnmr inşAllah bu ildə tutacam görəydə know2

momine qadin

24 İyun 2014 22:36

ALLAH HAMININ TUTUDUGU ORUCU QEBUL ETSIN AMIN.ALLAH HAMIYA KOMEK OLSUN.QARWIDAN GELEN RAMAZAN AYINIZ MUBAREK OLSUN. smile

Ruhsar

23 İyun 2014 23:04

insallah tutacam,Allah guc quvvet versin hamimiza bu istide,esas da evden her gun cixan insanlara

emiwka

23 İyun 2014 19:06

ALLAH AHMINI ORUCUNU QEBUL ETSIN.AMIN BU IL MENDE ORUC TUTMAQ ISTEYIREM INWALLAH TUTARAM
--------------------
Getdim Sagolun

NICKY

23 İyun 2014 18:15

Sitat: LlLesiARe
Men bu ay oruc tutmaq isteyirem...

Allah haminin tutacagi oruclari qebul elesin Amin
--------------------
♡♡♡

Night Wolf

23 İyun 2014 17:41

ALLAH hər kəsin orucunu qəbul etsin tutmayanlarında dualarını AMİN!
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

LlLesiARe

23 İyun 2014 17:33

Men bu ay oruc tutmaq isteyirem...

Ahu 05

23 İyun 2014 17:08

Allah haminin orucunu qebul etsin.
loading...
Загрузка...