Fon yüklənir...
Загрузка...

Bizim hamımızın əsl bir dostu var

Загрузка...
Bizim hamımızın əsl bir dostu var

Gözəl bir söz var: "Dost istərsən, Allah yetər, həmdəm istərsən, Quran yetər, ibrət istərsən, ölüm yetər”

Ən böyük dost Allahdır (c.c) Allahın dostluğu sarsılmazdır, ən etibarlı dostluqdur. Allah onunla dost olmağın yollarını da açıq-aydın söyləyir. Allaha dost olmaq istəyən gərək Hz.İbrahim (ə.s) kimi hər şeyini Dostu yolunda fəda etməyi bacarsın. "Bİr əlimə Günəşi, bir əlimə Ayı versələr, mən yenə bu davadan əl çəkmərəm”deyən Rəsululah (s.ə.s) kimi aldığı hər nəfəsi, atdığı hər addımı Allah rizasına yönəldə bilsin.

Allah (c.c) Qurani-Kərimdə bizə bu mövzuda bir çox dəyərli tövsiyələr verir. Allahın rənginə boyanın! Allahın ipinə sarılın! Eyni atmosferi paylaşanlar, eyni iqlimə yaşayanlar bir-birinə dəstək verir, bir-birnə kömək olur. Bizdən istənilən dostluq budur. Bizdən gözlənilən səmimiyyət budur. Bütün münasibətlərimizin təməlində bu pronsip dayanmalıdır.

Dinimizin buyruğuna görə, müsəlman mənən ona yaxın olanlara oturub-durmalı, dərdini sevincini paylaşmalıdır. Qurani-Kərimdə bu haqda belə buyrulmaqdadır: "Sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur!” (Bəqərə-107)
"Kim Allahı, Onun Peyğəmbərlərini və iman gətirənlərini özünə dost tutursa bilsin ki, qələbə çalanlar məhz Allah firqasidir”. (Maidə-56)

Könüllər Sultanı Həzrəti Məhəmməd (s.ə.s) buyurur ki, yaxşı dost əttar kimidir. Dükanına gedərsən, oturub söhbət edərsən, heç bir şey almamış çıxıb getsən belə, o dükandan sənin bədəninə hopan gözəl iy günlərlə səni tərk etməz. Pis dost isə dabbaq körükcüsü kimidir, yanında oturarsan, o dərinin, dabbağın iyi canına hopar və sən hara getsən, insanlar sənin bu halından əziyyət çəkər. Təkcə ətir qoxudu, dəri iyi deyil, xasiyyətlər, davranışlar da yolxucu olur, insanlardan bir-birinə keçir. Bəzən sən fərqinə varmırsan, ancaq biri ilə uzun müddət oturub-durandan sonra qeyri-iradi olaraq onun hansısa davranışlarını, xüsusiyyətlərini təkrarlayırsan. Bəlkə elə buna görədir ki, Sevgililər Sevgilisi Peyğəmbərimiz (s.ə.s) tövsiyə edir ki, bizə Allahı, Axirəti xatırladan insanlara dost olaq, Allahı xatırladan ifadəsi zehinlər də yalnış təsəvvür doğurmasın, bu ifadə Allahdan qorxan həyatını Ona görə yaşayan şəxsləri nəzərdə tutur.
Загрузка...

ŞƏRHLƏR

Gunay

16 İyun 2014 10:45

Sitat: populduz ve barbie
Dost istesen ALLAH yeter ,hemdem isterssen QURAN yeter,ibret istesen,olum yeter....!!!!

emiwka

16 İyun 2014 10:23

Dost istesen ALLAH yeter ,hemdem isterssen QURAN yeter,ibret istesen,olum yeter....!!!!
--------------------
Getdim Sagolun

Həyat

15 İyun 2014 23:49

Ya ama bunları hamı bacara bilməz.Mənim dostum yoxdu mənə belədə xoşdu)))))
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Dark PrincesSa

15 İyun 2014 20:09

Dost yox tanşm çoxdu hamya dost olmuram

Night Wolf

15 İyun 2014 16:48

Demək olar ki əsl dost olmağı bacaran biriiyəm hara getsəm çoxlu dostlarım olub
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Jenny J

15 İyun 2014 16:37

Allah razı olsun xəbər üçün.Mənim az dostum var çünkü hər qabağıma gələnnən dost olmuram :)
--------------------
Wow man, this is weird on acid..



Ahu 05

15 İyun 2014 16:15

Dost istersen Allah yeter.
loading...
Загрузка...