Fon yüklənir...
Загрузка...

Namaz

Загрузка...
Namaz

Hər səhər qızıl şəfəqlərini ana təbiətə səpələyən Günəş... Hər gecə süd kimi ağappaq nurunu dünyaya yayan Ay... Hər ikisi yer üzünə işıq verir, nur verir. Dünyamızı işığa boyayan Günəş Ayı, Ay da Günəşi əvəz eləyə-eləyə elə bil zamanı harası qovur... Odurki bu gözəl zamanızı gözəl işlərə həsr edin:namaz qılın, oruc tutun, bilik öyrənin...

 

Namazların zaman içində səpələnməsi

Namaz üçün xüsusi zaman dilimləri ayırmağın ayrı bir hikməti də var. Namazla namaz qılanın misalı yemək-içməklə bəslənən bədənin misalına bənzəyir. Bədən su-qida payını götürü, müəyyən bir müddət ərzində onu istifadə edir və nəhayət tükənir. Bundan sonra bədənin növbəti su-qida tələbatı ortaya çıxır.

Namaz da ruhun, imanın si-qidasına bənzəyir. Uca Allah Quranda namazı çirkin və günah işlərdən çəkindirəcək, təmizləyəcək bir qüvvəyə malik mənbə və vasitə kimi vəsf edir.

Quranda sənə vəhy olunanı oxumaz (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz insanı çirkin vəə pis əməllərdən çəkindirər. Allahı zikr etmək, şübhəsiz ki, daha böyükdür... (əl-Ənkəbut 45)

Digər ayədə isə namaz insanı Allaha yaxınlaşdıracaq bir yol kimi təqdim edilir: "Yox, yox! Sən ona uyma! Sən ancaq səcdə et və Rəbbİnə yaxınlaş!” (əl-Aləq 19)

Vücud su-qida ilə bəsləndiyi kimi, insan da namazından aldığı qida ilə imanını bəsləyər. Ayədə buyurulduğu kimi, namaz insanı əxlaqsızlıq və pislikdən qoruyan vasitədir.

Həmçinin namaz səhibini çirkinlikdən çəkindirdiyi kimi, eyni zamanda insanda gözəl keyfiyyətləri də inkişaf etdirir. Buna qılınan namazı hifz etmək deyilir.

İnsan namazdan ruhi qida enerjisi aldıqdan sonra onu xərcləməyə başlayır. Nəhayət növbəti namazın vaxtında həmin qida tükənir. Onda insan, vaxtı çatmış növbəti namazını qılaraq yeni ruhi qida ilə imanını təchiz edir, onu qüvvətləndirir. Topladığı iman enerjisi ona növbəti namaza qədər öz faydası verir.
Загрузка...

ŞƏRHLƏR

Aslanova Deniz

29 İyun 2014 16:30

Inwallah bacim,hicab geyinmeyi allah mene de nesib etsin.namazimi qiliram amma hicab hele ortmurem..

A_Y_D_A_N

29 İyun 2014 16:20

namaza hicaba sevgim boyukdur ALLAH bawda olmaq wertiyle inwallah arzuma cataram namaz qilib hicab taxaram inwallah

Aslanova Deniz

29 İyun 2014 05:03

Wukur ALLAHA,ilk gunun orucunu tutdum,namazini qildim allah butun muselmanlarin oruc namazini qebul etsin,amin inwallah..............

A_K

29 İyun 2014 01:21

Şűkűr Allaha ki meni őz seçilenlerinden edib. Allah bűtűn namaz ve oruc tutanlarįn niyyetlerini qebul etsin
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Aslanova Deniz

28 İyun 2014 23:23

Namaz derdime derman,yaniq qelbime melhem,onsuz ebedi heyat menim olsa,istemem....Allahtala namazi,menim gozlerimin nuru etdi.

Dark PrincesSa

28 İyun 2014 20:56

Allah qılınan namazlarmzı qəbul etsin Amin ! yes

Jenny J

28 İyun 2014 19:36

Çox təəssüf ki namaz qılmıram
--------------------
Wow man, this is weird on acid..



Ruhsar

28 İyun 2014 16:23

muellif ozu yazib ya hardansa goturub? ilk cumleleri qesheng yazib

Həyat

28 İyun 2014 16:01

Allah razi olsun
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Ahu 05

28 İyun 2014 15:27

Allah namazinizi qebul etsin AMIN!

Night Wolf

28 İyun 2014 14:35

Sitat: LlLesiARe
Namaz qilmasam da ALLAHa inamim sonsuzdu...

Mən də sənin kimiyəm
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

LlLesiARe

28 İyun 2014 14:02

Namaz qilmasam da ALLAHa inamim sonsuzdu...
loading...
Загрузка...