Fon yüklənir...
Загрузка...

Ramazan

Загрузка...
Ramazan

İyun ayının son günlərində Ramazan ayrı girir. Ramazan oruc aydır, bu ayda müəslmanlar gün boyu oruc tuturlar. Bütün ibadətlər Allah (c.c) əmi olduğu üçün yerinə yetirilir. Bir məslə də var ki, bu uzun yay günlərində oruc tutmaq kimlər üçüncəsə çox çətin görünə bilər. Ancaaq əmin olun ki, siz qəlbən bu ibadətə hazırlansanız, orucun heç də çətin olmadığını görəcəksiniz. Üstəlik Allah əmrini yerinə yetirdiyiniz üçün məlumatları userlərlə bölüşməyi qərara aldım.
Hər şeydən əvvəl onu demək lazımdır ki, bu ibadətə psixoloji baxımdan hazırlaşmaq lazımdrı. Və əmin olmalısınız ki, ALLAHın əmr etdiyi bu ibadətə bizim üçün çox böyük faydalar var. Bu ay boyu oruc tutan insan həm fiziki baxımdan, həm mənəvi baxımdan təmizlənir. Əgər sağlamlığınızda hər hansı ciddi problem yoxdursa, əmin olun ki, bu ibadətlə siz öz sağlamlığınızı daha da möhkəmləndirəcəksiniz, Sevimli Peyğəmbərimiz (s.ə.s) buyurur ki, oruc tutun, sağlam olun.

Oruc tutana hörmət göstərmək elə oruca hörmət göstərməkdir. Ona görə də, üzürlü səbəbdən oruc tuta bilməyənlər oruca hörmət xatirinə ehtiyatlı olsalar, əmin olsunlar ki, bunun da mükafatını alacaqlar. Allah (c.c) buyurur kişi oruc ibadəti mənim üçündür və onun mükafatını da Özüm verəcəyəm. Peyğəmbərimiz (s.ə.s) də bu ibadətin faydaları haqqında çox bəhs etmiş və çox günahın bu ibadətlə təmizləndiyini müjdələmişdir.
Orucun digər xüsusiyyəti isə oruclu insanın davranışları və hərəkətlə bağlıdır. Bu məqamda oruclu insan başqa insanlara qarşı daha nəzakətli davranmalıdır. Hətta ona qarşı nəzakətsizlik olsa belə, o, yenə də nəzakətindən keçməməli və: Mən orucluyam deyərək oradan uzaqlaşmalıdır.
Oruc tutan insanın ağzında aclıqdan irəli gələn müəyyən qoxu meydana gəlir. Bu qoxu Allah (c.c) qatında insanlar üçün ən gözəl qoxu kimi məlum olan müşkdən də gözəldir. Ancaq bu da bir həqiqətdir ki, fırça və ya misvaqla ağzın təmizlənməsi həmin savabı azaltmır.

Загрузка...

ŞƏRHLƏR

Ahu 05

15 İyun 2014 12:40

Allah haminin orucunu qebul etsin

Ruhsar

14 İyun 2014 23:29

Allah guc versin tutaq inshallah

Night Wolf

14 İyun 2014 23:26

ALLAH bütün tutulan orucları, qılınan namazları və edilən duaları qəbul eləsin AMİN
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

LlLesiARe

14 İyun 2014 22:53

Bu ay oruc tutacagam. ALLAN[center][/centerH butun oruc tutanlari qebul elesin..
loading...
Загрузка...