Loading...
Dua haqqında hikmətli sözlər

Dua haqqında hikmətli sözlər

Loading...
 

1. Edilən günahlar nə qədər böyük olsa da, ALLAHın mərhəməti daha böyükdür.

2. Ən böyük xüsran daim dua etməkdən vaz keçib onu tərk etmə düşüncəsidir.

3. Duaya əhəmiyyət vermək Zatı-uluhiyyətə əhəmiyyət verməkddir. Çünki O Duanız olmasa, nə əhəmiyyətiniz var?-buyurur.

4. Su və çörək bədən üçün nə qədər əhəmiyyətlidirsə, dua da ruh üçün o qədərzəruridir.

5. İnsanın inandığı məsələyə ciddiyətlə yönəlməsi o xüsusda ən böyük duadır.

6. ALLAH-TƏALAYA könül vermiş möminlər duadan doymazlar.

7. ALLAH dərgahında duadan daha güclü və təsirli əməl yoxdur.

8. ALLAH-TƏALA diləkləri vermək istəməsəydi, dua etməyi əmr buyurmazdır.

9. Bir dəfə böyük günah işləyən və o günahına görə tir-tir titrəyən insan kiçik günahlar işləyən və buna məhəl qoymayandan xeyirlidir.

10. Kiçikləri böyük edən ən önəmli cəhətlərdən biri, heç şübhəsiz, böyüklərə göstərdiyi hörmət və sayğıdır.

11. İnsanı ALLAHdan uzaqlaşdıran nemət deyil, ən böyük müsibətdir.

12. ALLAHın insana bəxş etdiyi ən böyük nemət imandır. Bu böyük nemətin şükürü də ona üsyan etməməkdir.

13. İnsan mənən nə qədər kirlənir-kirlənsin, yuyunub təmizlənməyə bir bulaq axtarmalıdır. Çünki şirkdən başqa hər günahı
təmizləyən bulaq var.

14. Duanın kamilliyi dua edənin səmimiyyətindən aslıdır.

15. Ən gözəl səbir dara düşərkən qəlbi ALLAHa açmaqdır.

16. İztirab bir tərəfdən mühüm bir dua, digər tərəfdən də insanı fəallığa sövq edən güclü bir riskdir.

17. Günahlardan çəkinənlər özünüz oruclu saymalı və xırda bir günahla da olsa, orucunu pozmamalıdır.

18. Dua RƏBBlə insan arasında xüsusi və müxlisanə bir münasibətin ifadəsidir. Ona görə də dua heç vaxt unudulmamalı,
əhəmiyyətsiz hesab edilməməlidir.

19. Günahlar əhəmiyyət verilmədiyi təqdirdə böyüyərk sahibini məhv edər. Əksinə, insan kiçik günahlara da böyük nzəri ilə baxar
və onlardan uzaq durarsa, o günahla daha da kiçilib yox olar.

20. Günah işlətdikdən sonra o günaha bəhanə axtarmaq da ayrı bir günahdır. Ən mühüm iş tövbə, inabə və övbədir. Yəni daima tövbə edib günahlardan uzaq olmağa səy göstərmək və bu yolda sabitqədəm olmaqdır.
 
Dua haqqında hikmətli sözlər
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Ahu 05

25 May 2014 18:26

En gozel sebir dar duserken qelbi Allaha acmaqdir

LlLesiARe

25 May 2014 18:18

ALLLAH razi olsun

Night Wolf

25 May 2014 14:04

Duanın kamilliyi dua edənin səmimiyyətindən aslıdır.
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!