Loading...
Peyğəmbərimizin dəyərli hədisləri

Peyğəmbərimizin dəyərli hədisləri

Loading...

1. Qiyamət qopsa da bir ağac əkməyə vaxtın varsa ək.

2. İnsanın mənim bu şeyim var deyib öyünməsindən ALLAHın xoşu gəlmir.

3. Həqiqəti tələb etmək qürbətə düşmək kimi bir şeydir.

4. Ümmətimin xeyirliləri avamların içində savaşdadır.

5. Vücudu təmiz olaraq yatan kişi, ibadıtlə məşğul olan oruc tutana bənzər.

6. İşlərin xeyirlisi orta səviyyədə olanıdır.

7. Öyünməkdən çəkinin, onu xasiyyətinizdən birdəfəlik kənar edin.

8. Təmiz şeyləri istəyin, təmiz olmayanlardan çəkinin.

9. Könlündən keçən hər şeyi yeməyə çalışmaq israfçılıqdır.

10. Üzünə baxa-baxa təriflənən və təmiz olduğu söylənilən kişi yaralanmış kimidir.

11. Susmaqda böyük hikmət var, lakin susan azdır.

12. Susmaq xasiyyətlərin ağasıdır:kim lağlağalıq edərsə, onunla da lağlağalıq edərlər.

13. Sözü doğru olanlar həqiqətin yolunu işıqlandırır, bununla da bütün qaranlıq qalan fitnə-fəsad işləri aydınlaşdırırlar.

14. Bəlanın böyüyü dünya nemətlərinin azlığı ilə birlikdə əhli-əyalın çoxluğudur

15. Yalnız zənginlərin doyurulduğu, aclara isə yeməyin verilmədiyi toy-düyünün yeməyi ən pis yeməkdir,

16. Ulu TANRI məsləkdaşlarına qəzəblənənləri sevmir, onları xoşlamır.

17. Şərab içən dindarlıq və möminlik ruhu tərk edir, cismində ALLAHın rəhm etmədiyi alçaqlıq və əxlaqsızlıq ruhu qalır.

18. Alimlərin sərf etdiyi mürəkkəb şəhidlərin tökülən qanı ilə tutuşduruldu:alimlərin mürəkkəblərinin çəkisi ağır gəldir.

19. Ulu, yetkin adam xəsis olmaz.

20. Qohumların bir-birinə həyan olması, bir-biri ilə oturub-durması gözəl xasiyyətdir:yaxşı qonşu ömrü uzadar.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Ahu 05

21 May 2014 17:31

Susmaqda boyuk hikmet var,lakin susan azdir.

Dark PrincesSa

11 May 2014 20:30

Hamsın bəyəndim ən çox bunu bəyəndim ama

Alimlərin sərf etdiyi mürəkkəb şəhidlərin tökülən qanı ilə tutuşduruldu:alimlərin mürəkkəblərinin çəkisi ağır gəldi -

Night Wolf

11 May 2014 13:39

Ulu, yetkin adam xəsis olmaz.

İndiki adamların çoxu təəssüf ki xəsisdi
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

LlLesiARe

11 May 2014 13:35

20. Qohumların bir-birinə həyan olması, bir-biri ilə oturub-durması gözəl xasiyyətdir:yaxşı qonşu ömrü uzadar.

A_K

11 May 2014 13:13

Űmmetimin xeyirlileri avamların içinde savaşdadı...
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin