Loading...

Peyğəmbərimizin dəyərli hədisləri
Din
- 15 Aprel, 2014
- 1 576 Baxış
Loading...

1. Atanın öz oğluna əvəzsiz verdiyi, bağışladığı şeylərdən ən üstünü onu yaxşı böyütmək, gözəl tərbiyə etməkdir.
2. ALLAHa doğru sözdən daha qiymətli sədəqə yoxdur.
3. Qəzəblənəndə özünü ələ ala bilən igid və mərd adamdır.
4. Təmkinli və tədbirli hərəkət xeyirlidir.
5. Xidmətçi ilə eyni süfrə başında əyləşmək təvazökarlıqdan irəli gəlir.
6. Həya insan bəzəkdir;həya edib pis işdən çəkinmək məthəmətdir, kəramətdir.
7. İnsani xüsusiyyətin ən faydalısı səbrdir.
8. Sıxıntı və darlığın aradan qaldırılmasını Uca və Ulu TANRIdan gözləmək ibadətdir.
9. Sənə zülm edəni bağışla, səni yoxlamağa gəlməyənə sən baş çək.
10. Biriniz güzəştə gedin ki, aranızdan kin, küdurət, həsəd yox olub getsin.

11. Əsl yaxşılıq aşkar şəraitdə, adamların gözü qarşısında edilənlərin təklikdə olanda da edilməsidir.
12. Yumşaq rəftarda xeyir, yaxşılıq və bərəkət vardır:mülayim rəftar etməyən xeyirdən məhrum olar.
13. Pula-paraya qul olanlara ALLAH lənət eləsin.
14. Qəzəbini boğanı ALLAH əzbdan qoruyar; dilini qoruyan abrını örtər.
15. Bir yerdə ki, sizi töhmət edəcəklər, o yerə getməkdən çəkinin.
16. Savaşın ən üstünü adamın öz nəfsinə, arzusuna, həvəsinə qarşı durmağı bacarmasıdır.
17. Qonağa hörmət edəndə qeyri-səmimiliyə yol vermək günahdır.
18. İmkanınız vardırsa, qardaş-bacınıza fayda verin.
19. Borc verdiyi adamı bərkə çəkməyənin işini ALLAH bu dünyada, axirət dünyasında da yüngülləşdirər.
20. Yaxşılıq etməyi məsləhət bilən adamın gördüyü iş də yaxşı olmalıdır.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...