Loading...
Məhəmməd Peyğəmbərin (s.ə.s) dəyərli hədisləri

Məhəmməd Peyğəmbərin (s.ə.s) dəyərli hədisləri

Loading...
Məhəmməd Peyğəmbərin (s.ə.s) dəyərli hədisləri

1. Cəhənnəm ləzzətlərdə, Behişt isə əzab və əziyyətdə gizlənib.

2. Yaxşı əməllərdə təkidli olun!

3. ALLAHa və axirətə etiqadı olan şəxs qonşusunu incitməməlidir.

4. Müsəlman ya yaxşı danışmalı, ya da susmalıdır.

5. Vahid ALLAHa və axirətə etiqadı olan adam qonağını əzizləməlidir.

6. ALLAHa razılıq xətrinə xalqa qarşı təvazökar olan adama ALLAH yaxşı əcr verər.

7. ALLAH öz bəndələrini sevir. İnsanlara yaxşılıq edən ALLAH yanında ən əziz bəndədir.

8. Yoxsullarla oturub-durmaq sadəlikdir, sədəqənin ən üstünü yoxsullara edilən yardımdır.

9. Xeyir umulan, gözlənilən və şər işlə arası olmayan şəxs yaxşı adamdır.

10. Xidmətçinin yükünü nə qədər yüngülləşdirsəniz, bir qədər savab qazanarsınız.

Məhəmməd Peyğəmbərin (s.ə.s) dəyərli hədisləri

11. Ödənilməsinə imkan olduqda onu ödəməmək, borc verənə zülm etmək kimi bir şeydir.

12. Ruzinin onda doqquzunu ticarətdir, biri isə heyvan saxlamaqda.

13. Borc almaqdan çəkinin: O, gecələr adama dərd verir, gündüzlər isə alçaldır.

14. Qadını alicənablar yüksək, rəzillər isə ucuz tutar.
 
15. Eyibli malı satan kişi malının eybini bildirməzsə, ALLAHın qəzəbinə gələr.

16. Oğurluq mal olduğunu bilə-bilə onu alan, oğru ilə ortaq hesab olunur.

17. Verən əl verməyəndən xeyirlidir.

18. Özünü camaata göstərmək üçün öyünə-öyünə yola düşən şeytan yolundadır.

19.
Ata—anasını saxlamaq üçün çalışan, ailəsini, habelə özünü dolandırmaq və təmin etmək üçün səfərə çıxan ALLAH yolundadır.

20.
Qadınların ən yaxşısı-baxdıqca səni sevindirən, əmrə itaət edən, şərəfini namusunu qoruyandır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Ahu 05

21 May 2014 17:35

Qadini alicenablar yuksek,reziller ise ucuz tutar

LlLesiARe

19 Aprel 2014 13:48

TEWEKKUR XEBERE GORE

gulumse

13 Aprel 2014 15:55

[quote=Night Wolf][center][i][b]Hədisləri həm oxumalı həm də onlara bacardığımız qədər əməl etməliyik eyni fikirdeyem

Night Wolf

13 Aprel 2014 14:27

Hədisləri həm oxumalı həm də onlara bacardığımız qədər əməl etməliyik
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!