Loading...

Peyğəmbərimizin dəyərli hədisləri
Din
- 10 Aprel, 2014
- 1 653 Baxış
Loading...

1. Qızı olub, onu diri-diri vasdırmayan, ona əziyyət verməyən və yaxud oğlanlarını qızından üstün tutmayan şəxsi ALLAH Behiştə aparacaq.
2. İffət qadının zinətidir.
3. Həcc-zəiflərin cihadıdır. Qadının cihadı isə yaxşı ər saxlamasıdır.
4. Qadınların məscidə getməsinə və namaz qılmasına mane olmayın.
5. Qadınlarla yaxşılıq insanı cəhənnəm odundan qoruyan pərdə kimidir.
6. Mömin qadın kişinin ən yaxşı xəzinəsidir.
7. Heç vaxt nəcib arvadınızı qul kimi tənbeh etməyin.
8. Dünya müsəlmanlar üçün həbssxana və qıtlıq kimidir. Onu tərk etdikdə, demək lazımdır ki, zindanı və kasadlığı tərk ediblər.
9. Dünyanın ən yaxşı məxluqu dindar, namuslu qadındır.
10. Dünya axirət əhlinə, axirət isə dünya əhlinə haramdır.

11. ALLAHa güvənin, lakin dəvəni bağlamağı unutma.
12. Özünü dərk ALLAHı dərk etmək kimidir.
13. Elm öyrənmək üçün dünyanın ən uzaq guşəsinə gedin.
14. Ömrünü elmə sərf edən adam heç vaxt ölmür.
15. Alimlərə hörmət edən mənə hörmət kimidir.
16. Sizdən ən yaxşı Quranı öyrənib öyrədəndir.
17. Mömin odur ki, müsəlmanların malı və qanı onun sayəsində qorunsun.
18. Müsəlman odur ki, günahları üzündən hicrət eləsin.
19. Dinin ən möhkəm telləri ALLAHa məhəbbət və həmin yolda cihaddır.
20. ALLAH arvadına itaət edəni cəhənəmmə göndərəcək.
21. Dünya mömin üçün zindan, kafir üçün isə Behiştdir.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...