Loading...
Peyğəmbərimizin dəyərli hədisləri

Peyğəmbərimizin dəyərli hədisləri

Loading...
Peyğəmbərimizin dəyərli hədisləri

1. Gülə-gülə günah işlədən adam ağlaya-ağlaya cəhənnəmə gedər.

2. ALLAH-Taala 3 adama lənət edər: ata-anasından üz çevirənə, ərlə-arvadın arasın vurub sonar arvada sahib çıxana, bir-birinə qəzəblənsinlər və paxıllıq etsinlər deyə möminlərin arasında dedi-qodu yayana.

3. Ərlə arvaddan birisi digərinin sirrini başqasına apararsa, qiyamət günü ALLAH yanında pislərin pisi olar.

4. Elə bir zaman gələcək ki, adam bilməyəcək aldığı halal maldır, yoxsa haram.

5. Bir müsəlmanın digərinə malı, irzi və qanı haramdır. Müsəlman qardaşına kimsənin sadəcə nifrət eləməsinin özü də şər iş sayılır.

6. Əzalar içərisində qiyamət günü ən əzab çəkən dil olacaq.

7. 3 adam adamın qəzəbinə gələr. Tox ola-ola yeyən, gününü yatmaqla sovuran, mənasız yerə gülən.

8. Övladlarınızla xoş rəftar edin, onlara gözəl tərbiyə verin.

9. Evlənməyə qadir ola-ola evlənməyən şəxs ümmətimdən deyil.

10. 3 qız uşağı böyüdənin, onları gözəl tərbiyə edənin, onlarla xoş münasibət göstərənin yeri cənnətdir.


Peyğəmbərimizin dəyərli hədisləri Peyğəmbərimizin dəyərli hədisləri Peyğəmbərimizin dəyərli hədisləri


11. ALLAH-Taala o adamı himayəsinə alıb cənnətə daxil edər ki, onda bu 3 keyfiyyət olsun: zəif adamla mehribançılıq, valideynlər qarşı şəfqət göstərmək, tabeliyində olanlarla yaxşı davranmaq.

12. Qüvvətli adam güləşdə qalib gələn deyil, qəzəblənən vaxtı qəzəbini boğa biləndir.

13. İmanın kamala yetməsi gözəl əxlaqla mümkündür.

14. İnsanların ən fənası birinə bir üz, başqasına başqa üz göstərən ikiüzlü adamdır.

15. Gözü kor olan deyil, bəsirəti tutulan kor sayılır.

16.Təkəbbürdən, xəyanətdən və borcdan qurtularaq ölən adam cənnətə gedər.

17. Gözəl əxlaq dinin yarısıdır.

18. Ədəbi olmayanların ağlı da olmaz.

19. Aranızda əxlaqı gözəl olanları fərqləndirin.

20. Bir iş görmək istəsən sonun düşün, sonu xeyirdirsə ondan yapış, şərdirsə fikrindən daşın.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

melisa can

4 Avqust 2014 20:01

Allah razi olsun..

Night Wolf

6 Aprel 2014 22:06

ALLAH bizə həmişə kömək olsun AMİN!
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Elen022

5 Aprel 2014 20:23

2. ALLAH-Taala 3 adama lənət edər: ata-anasından üz çevirənə, ərlə-arvadın arasın vurub sonar arvada sahib çıxana, bir-birinə qəzəblənsinlər və paxıllıq etsinlər deyə möminlərin arasında dedi-qodu yayana. -

U_Smile

5 Aprel 2014 17:55

4. Elə bir zaman gələcək ki, adam bilməyəcək aldığı halal maldır, yoxsa haram.


Indi ele hemin dovrde yawayiriq biz...

10. 3 qız uşağı böyüdənin, onları gözəl tərbiyə edənin, onlarla xoş münasibət göstərənin yeri cənnətdir.

Bunu ewitmiwdim.Deyirler ki 3 qizi olan ana ve ata cennete duwur. Biz de 3 qiziq. winked

gulumse

5 Aprel 2014 17:16

3 qiz boyden terbiye veren cennete gedecek deye yazlib men 9 qiz boyudeni taniyram ama birazda terbiye vermiyib o hara gedecek goresen