Loading...

Peyğəmbərimizin Elm, Dünya və Axirət haqqında olan hədisləri
Din
- 03 Aprel, 2014
- 10 657 Baxış
Loading...

1. Üləmaya hörmət qoyun, onlar peyğəmbərin varisləridir. ALLAHa və onun Rəsuluna hörmət onlara hörmət deməkdir.
2. Alimləri eşidin, çünki onlar dünyanın çırağı, axirətin nurudurlar.
3. Elmin fəziləti ibadətin fəzilətindən əfzəldir.
4. Qiyamət günü şəhidlərin qanı alimlərin mürəkkəbi ilə bərabər tərəziyə qoyular və alimlərin mürəkkəbi şəhidlərin qanından ağır gələr.
5. İnsanlar elə bir sədəqə verə bilməzlər ki, öyrənilən, yayılan elmdən üstün ola.
6. Alim öldü, aləm öldü.
7. Uşaqlıqda öyrənilən elm daş üstündə yazıya, ahıllıqda öyrənilən isə su üstündəki yazıya bənzər.
8. Elm öyrənən zaman birisini ölüm haqlayarsa, o, şəhid sayılar.
9. Mən elmin şəhəri, Əli isə onun qapısıdır.
10. Ən xeyirli sədəqə odur ki, bir müsəlman elm öyrənə və sonra onu öz müsəlman qardaşına öyrədə.
11. İki şəxs doymaq bilməz: elm təşnəsi və dünya malı hərisi.

12. Sədəqə, onu verənin qəbir odunu söndürər, mömin adam qiyamət günündə öz sədəqəsinin kölgəsinə sığınar.
13. Qiyamət günü ALLAH 2 şəxsə rəhm etməz: qohumluğu pozana və pis qonşuya
14. Bu dünyada insanlara əzab verən kimsələr qiyamət günü ən şiddətli əzaba düçar olar.
15. Bu dünyada 2 üzü olanın axirət günü alovdan 2 dili olar.
16. Bu dünya evi olmayanın evi, malı olmayanın malıdır.
17. Dünya malını ağlı olmayan toplar.
18. Heç vaxt ölməyəcəyini zənn edən adamkimi iş gör və sabah öləcəyindən qorxan adamın əməlindən özünü gözlə.
19. Qiyamət günü ALLAHın dərgahında insanların ən pisi əməllərinə görə insanlar tərəfindən tərk ediləndir.
20. Müsəlman müsəlmanın qardaşıdır, nə zülm edər ona, nə yalqız qoyar onu. Qardaşının ehtiyacını ödəyən kimsənin də ehtiyaclarını da ALLAH ödəyər. Kim bir müsəlmanın dərdini yüngülləşdirərsə, ALLAH-Taala o adamın qiyamət günündə sıxıntılarını yüngülləşdirər. Kim bir müsəlmanın eybini örtsə, qiyamət günü ALLAH-Taala da onun eybini örtər.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...