Loading...
Peyğəmbərimizin dəyərli hədisləri

Peyğəmbərimizin dəyərli hədisləri

Loading...
Peyğəmbərimizin dəyərli hədisləri

1.Bir kişi rəsullahdan soruşdu: "Valideynin övlad üzərindəki haqqı nədir?”
Peyğəmbər buyurdu: "Onlar cənnətin və cəhənnəmindir.”
2.Heç bir ata övladına gözəl tərbiyyədən qiymətli hədiyyə verə bilməz.
3.ALLAHın rizası(razılığı) valideynin rizasıyla, ALLAHın qəzəbi valideynin qəzəbiylədir.
4.Ömrünün uzanmasını və ruzisinin artmasının istəyən kəs valideynlərinə ehtiram etsin.
5.Ata-ananıza ehtiram edin ki, övladalarınız da sizə hörmət qoysunlar.Həyalı və namuslu olun ki, qadınlarınız da həyalı və namuslu olsunlar.
6.Bir nəfər rəsulallahın yanına gəlib dedi: "Mən cihad eləmək istəyirəm amma buna gücüm çatmayır”. Peyğəmbər soruşdu: "Valideynlərindən sağ olan varmı?” O adam: "Anam var”-dedi. Peyğəmbər həzrəətləri buyurdu. "Onun qulluğunda durmaqla ALLAHın hüzuruna yetiş. Bunu etsən həm həcc və ümrə ziyarəti, həm də cihad etmiş olarsan”.
7.Ataya itaət AlLLAHa itaət, ataya üsyan ALLAHa qarşı üsyan deməkdir.
8.Xeyir bərəkət qocalıqdadır.
9.Üç duanın qəbul olunacağına şübhə yoxdur: Məzlumun duası, qonağın duası və ata-ananın övladına etdiyi dua.
10.Ata-anasını saxlamaq üçün çalışan, ailəsini, habelə özünü dolandırmaq və təmin etmək üçün səfərə çıxan ALLAH yolundadır.

Peyğəmbərimizin dəyərli hədisləri

11.ALLAHın ən çox xoşladığı ev yetimə hörmət edilən evdir.
12.Bir kimsə bir mömini sevindirərsə, sanki məni sevindirir. Məni sevindirən kimsə ALLAHdan vəd alar. ALLAHdan vəd alana cəhənnəm odu dəyməz.
13.Bir nəfər Rəsuli-əkrəmə öz qəlbinin bərkliyindən şikayət etdikdə Həzrəti-Peyğəmbər buyurdu: "Yetimin başına sığal çək, fəqiri yedizdir.”
14.Müsəlmanlara görə ən xeyirli ev yetimə yaxşılıq edilən ən şərli ev tetimə yamanlıq edilən evdir.
15.Müsəlman qardaşının ehtiyacını ödəmək məqsədilə yol gedən bir kimsənin hər addımına ondan ayrıldığı yerə dönüncəyə qədər ALLAH-Taala 70 savab yazar və yetmiş günahından keçər.
16.Ən savab iş ehtiram və qohumlara mərhəmət göstərmək, cəza ilə bitəcək ən şər əməl isə zülm və qohumluq tellərinin qırılmasıdır.
17.Mərhəmət edənlərə ALLAH da mərhəmət edər.Yerdəkilərə mərhəmət edin ki, göydəkilər də sizə rəhm etsin.
18.Dul qadına və fəqirə yardım göstərən adam ALLAH yolunda cihad edən, gündüzləri oruc tutub gecələri ibadətdə keçirən kimsə olə bir tutular.
19.Qohumluğun nə verdiyini böyüklərinizdən öyrənin, qohumluq yaxın adamlar arasında sevgi, bol varidat və uzun ömür deməkdir.
20.Ey insanlar! ALLAHdan qorxun! And olsun Xaliqə ki, bir mömin digərinə zülm etsə, qiyamət günü ALLAH-Taala ondan mütləq intiqam alacaqdır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Jenny J

1 Aprel 2014 14:50

Bəzi hədisləri bilirdim Allah razı olsun.Biz bəzən siniflə yetimlər evinə gedib onlara baş çəkirik love
--------------------
Wow man, this is weird on acid..



A_K

31 Mart 2014 21:50

Allah razı olsun, yetime elimden geleni ediremki onu gűldűrűm, sevindirim ve bacarıramda şűkűr Allaha. O ki qaldı valideyine hőrmet elbetdeki edirik, borcumuzdu. Ama bezen gőrůrsenki valideyin valideyinlik ede bilmir uşağına, her valideyinde valideyin deyildir ve ona hőrmet etmey bele insanın içinden gelmir.
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Night Wolf

31 Mart 2014 21:28

hamısı çox gözəl və dəyərlidi
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!