Loading...
MƏHƏMMƏD Peyğəmbərin (s.ə.s) hədisləri

MƏHƏMMƏD Peyğəmbərin (s.ə.s) hədisləri

Loading...
MƏHƏMMƏD Peyğəmbərin (s.ə.s) hədisləri

1. Xəsis adam ALLAHdann uzaqdır, cənnətdən uzaqdır, cəhənnəm oduna yaxındır.

2. ALLAH darda qalanın imdadına çatmağı sevər.

3. TANRI rəhmət eləsin düz danışana.

4. Qeybət, din qardaşın barədə xoşagəlməz bir şeyi, onun olmadığı vaxt danışmaqdır.

5. Mülayim rəftar etməyən xeyirdən məhrum olar.

6. Yumşaq rəftarda xeyir, yaxşılıq və bərəkət vardır.

7. Çalış insanları şərdən xilas et, bu, sənin özünün özünə verdiyin sədəqədir.

8. Həmişə xeyir söz söyləyin, şər sözlərdən uzaq olun.
 
9. Düzgün olun, çünki düzgünlük cənnətə açılan qapılardan biridir.

10. Xəstə olarkən səni yoxlamayana baş çək, yoxla, qoy xətri xoş olsun;sənə hədiyyə verməyənə, sən hədiyyə ver.
 
 
11. İşin xeyrli olması üçün dəlil gətirən xeyir iş görmüş kimidir.

12. Ulu TANRI zərrə qədər xeyirli olan adamın sirrini açmaz.

13. Ulu TANRI ilk məhəbbəti qorumağı sevər.

14. Əlinə sahib ol; yəni əlini pis iş görməyə alışdırma.

15. Dilinə sahib ol; yəni nəyi demək, nəyi deməmək lazım olduğunu bil.

16. Səbr, hər bir işin uğur bünövrəsidir.

17. Qaçmağın ən üstünü ALLAHın pis saydığı şeylərdən qurtarmaq, onları tərk etməkdir.

18. Ən başlıca düşmən nəfsdir.

19. ÜÇ nəfərsinizsə, ikiniz xəlvət söhbət etməməlisiniz, çünki bu hərəkələrinizlə üçüncünün xətrinə dəyərsiniz.

20. Görüləcək bir işin xeyirli olacağını əsaslandıran, həmin xeyir işi görmüş kimidir.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

menim.dunyam3.ru

19 Aprel 2014 16:35

1. Xəsis adam ALLAHdann uzaqdır, cənnətdən uzaqdır, cəhənnəm oduna yaxındır.

Night Wolf

29 Mart 2014 16:07

Həqiqətəndə İslam dinindən gözəl din yoxdu
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

A_K

29 Mart 2014 15:10

Gűn erznde Hedis oxumaģįn bir başqa xeyiri vardır ve bu gűnlűk xeyirimi buldum xgőzel xeber sayesinde. Teşekkűrler
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin