Loading...

Xələfləri Peyğəmbər haqqında dedikləri
Din
- 08 Mart, 2014
- 1 582 Baxış
Loading...

1.O, insanların ən biliklisi və gözəli sayılırdı. Orta boylu, enli kürəkli idi. Siyah saçları dəyirmi sifətinə çox yaraşırdı. Gözləri sürməli görünürdü. Uzun və sıx kiprikləri var idi. Yeriyəndə ayaqlarını yerə bərk basardı. Büründüyü örtükdən qolunu çıxaranda, vücudunu görənlər, onu gümüşdən yoğrulmuş sanardı. Güləndə dişləri inci kimi parlayardı.
2.İnsanların ən gözəli, ən alicənabı, ən igidi sayılırdı.
3.Səlis danışığı var idi, dinləyənlər onu tez başa düşürdülər.
4.Yalan danışanlardan xoşu gəlməzdi, onlara nifrət edərdi.
5.Fəqirlərə, əlsiz-ayaqsızlara baş çəkər hallarını soruşar mərhumların matəmlərində iştirak edərdi.
6.Yolda gedərkən uşaqlarla rastlaşanda onlara salam vermədən ötüb keçməzdi.
7.Birisi ilə vidalaşanda əlindən tutardı, həmin adam əlini buraxmayınca, o da əlini çəkməzdi.
8.Asqırarkən əlini və ya dəsmalını ağzına tutardı ki, səsi bərkdən çıxmasın.
9.Çox mərhəmətli idi. Kimsə yanına gəlib bir şey istəyəndə əsirgəməzdi:yanında varsa verərdi, yox idisə, tapıb verəcəyini vəd edərdi və vədini yerinə yetirərdi.
10.Xidmətçilərinə qarşı diqqətli idi, bir şeyə ehtiyacları olub-olmadığını onlardan soruşardı.
11.Bayram namazına piyada gedər və oradan piyada qayıdardı.
12.Hədiyyə qəbul etsə də, sədəqə olmazdı.
13.Hirslənənə vaxt ayaq üstə dayanmışsa oturar, əgər oturmuşsa, hirsi soyuyanadək yerindən tərpənməzdi.
14.Peyğəmbər yanına gələnlərdən birinin onun zəhmindən özünü itirdiyini görərək həmin adama demişdi: Özünə gəl, mən padşah deyiləm. Qüreyşli nəslindən olan və qaxac ətlə keçinən bir qadının oğluyam .
15.ALLAHı çox anardı. Hədər yerə söz söyləməzdi. Boş işlərə baş qoşmazdı. Namazını uzadardı. Yoxsullarla, qullarla gəzər, ehtiyacı olana yardım edərdi.

OXŞAR XƏBƏRLƏR
Загрузка...