Loading...
Hədislər

Hədislər

Loading...
Hədislər

 

Hədis 1: Həzrət Məhəmməd (s) buyurur: “Bütün yaxşılıqlardan üstün bir yaxşılıq vardır. Lakin insan Allah yolunda öldürüldükdə, daha bundan da üstün bir yaxşılıq yoxdur.”
* * *
Hədis 2: Həzrət Məhəmməd (s) buyurur: “Heç bir damla Allah yolunda tökülən qan damlasından əziz deyil.”
* * *
Hədis 3: İmam Sadiq (ə) buyurur: “Hər kəs Allah yolunda öldürülsə, Allah-təala ona heç bir günahını göstərməz.” (Bütün günahları bağışlanar).
* * *
Hədis 4: İmam Sadiq (ə) buyurur: “Ailə xərcinin qorxusundan evlənməyən kəs Allaha qarşı sui-zənn etmişdir.”
* * *
Hədis 5: İmam Sadiq (ə) buyurur: “Hər kəs mö`mini yoxsulluğuna görə alçaq saysa, Allah-təala da qiyamət günü onu xalq qarşısında rüsvay edər.”
* * *
Hədis 6: İmam Sadiq (ə) buyurur: “Bütün peyğəmbərlər bizim (Biz Əhli-beytin) üstünlüyümüzü və haqqımızı tanıyaraq məb`us olmuşdur.”
Hədis 7: İmam Baqir (ə) buyurur: “Üç şey insanın belini qırır:
1. Öz əməlini böyük saymaq;
2. Öz günahını yaddan çıxarmaq;
3. Öz rəyindən xoşu gəlmək.”
* * *
Hədis 8: İmam Sadiq (ə) buyurur: “Allah-təalaya hüsn-zənn budur ki, Ondan başqa heç kəsə ümidin olmasın və günahlarından başqa heç nədən qorxmayasan.”
* * *
Hədis 9: İmam Həsən (ə) buyurur: “Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy.”
* * *
Hədis 10: Həzrət Məhəmməd (s) buyurur: “Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir.”
* * *
Hədis 11: Həzrət Məhəmməd (s) buyurur: “Öz ümmətim üçün hər şeydən çox danışıqda mahir olan münafiqlərdən qorxuram.”
* * *
Hədis 12: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını eşitsin.”
* * *
Hədis 13: Həzrət Məhəmməd (s) buyurur: “Bir şəxsi işlətmək üçün əcir tutduqda, haqqını ona əvvəlcədən e`lan edin.”
* * *
Hədis 14: Həzrət Məhəmməd (s) buyurur: “Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər.”
* * *
Hədis 15: Həzrət Məhəmməd (s) buyurur: “Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli mö`minsən.”
* * *
Hədis 16: Həzrət Məhəmməd (s) buyurur: “Qəzəbləndiyin zaman, sakit ol (dayan).”
* * *
Hədis 17: Həzrət Məhəmməd (s) buyurur: “Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın.”

 

Biz müsəlmanıq!!!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Ahu 05

21 May 2014 17:39

Allah razi olsun.

LlLesiARe

19 Aprel 2014 11:33

Sitat: Qismet directioner
Aynur, Allah razi olsun! bu ayki ilk xebrindi, tebrik edirem.

Sitat: Night Wolf
Hər bir hədis ayrı-ayrılıqda çox gözəl idi. Təşəkkürlər LlLesiARe

Cox sag olun ezizlerim sevgi

Harryber

11 Mart 2014 11:21

Teşekkürler maraqlı idi

Indora

6 Mart 2014 15:15

coooooooox tesekkur edirem sag ol

banu mirzeyeva

6 Mart 2014 13:24

bele movzulari cox sevirem .coooox sag olun .ALLAH RAZI OLSUN love

❃FloRal❃

5 Mart 2014 21:37

ALLAH razı olsun
--------------------

***
❃❃❃

***

Qismet directioner

5 Mart 2014 19:17

Hədis 6: İmam Sadiq (ə) buyurur: “Bütün peyğəmbərlər bizim (Biz Əhli-beytin) üstünlüyümüzü və haqqımızı tanıyaraq məb`us olmuşdur.”

Night Wolf

5 Mart 2014 17:38

Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını eşitsin.”

ALLAH hər kəsin dualarını qəbul eləsin AMİN!

Hər bir hədis ayrı-ayrılıqda çox gözəl idi. Təşəkkürlər LlLesiARe
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Qismet directioner

5 Mart 2014 17:32

Aynur, Allah razi olsun! bu ayki ilk xebrindi, tebrik edirem. sevgi

Starbucks

5 Mart 2014 17:11

Allah Razı Olsun!
--------------------
Follow İnstagram: @anti_standart