Fon yüklənir...
Загрузка...

Peyğəmbərimizin Hədisləri

Загрузка...
Peyğəəmbərimizin Hədisləri

 

1.ALLAH darda imdadına çatmağı sevər.
2.Xəsis adam ALLAHdan uzaqdır, cənnətdən uzaqdır, cəhənnəm oduna yaxındır.
3.Ulu TANRI dedi ki, böyüklük mənə biçilib, yaradan mənəm, mənimlə çəkişəni, özünü böyük göstərmək istəyəni məhv edərəm.
4.Səbr hər bir işin uğur bünövrəsidir.
5.Qaçmağın ən üstünü ALLAHın pis saydığı şeylərdən yaxa qurtarmaq, onları tərk etməkdir.
6.Görülən işlərin ən üstünü bir müsəlmanın könlünü almaq, onu sevindirməkdir.
7.Ən başlıca düşmən nəfsdir.
8.Nöqsanı üzə vurmaqdan çəkinin.
9.Gözəl xasiyyət dinin yarısıdır.
10.Bir pislik etmisənsə, bir yaxşılıq da et ki, pisliyinin əvəzi çıxsın.
11.Din qardaşına məhəbbətlə baxanın günahını TANRI bağışlar.
12.Olunan dəvəti qəbul edin.
13.Layiq olduğunuz və gücünüz çatan işdən yapışın.
14.Bu günün orucunu, axşam iftar etməkdən o biri günə keçirməkdən çəkinin: bu sahədə mənə yoldaş ola bilməzsiniz, mən RƏBBİmin qonağı oluram. O, məni həm yedirdir, həm də içirdir:siz iftarınızı vaxtında açın.
15. Birlik rəhmdir, ayrılıq əzabdır.
16.Başqalarının sağ-salamat olmasını istə, sən də buna nail olarsan.
17.Bir-birinizə nifrət etməyin, bir-birinizdən üz döndərməyin.
18.ALLAH qulunun bir peşəyə yiyələnməsini, bir işlə məşğul olmasını xoşlayar.
19.Dərzilik ümmətimin kişiləri üçün gözəl bir sənətdir.
20.Qan, leş, donuz əti yeməyin ALLAH-TƏALA məstedici içkilər içməyi qadağan etmişdir.
21.Təmizlik səni imana dəvət edir.
22.Falçının cəzası qılıncla öldürülməsindədir.
23.Kahinlik edib gələcəkdən, bilinəyən bir şeydən xəbər vermək, quşların uçuşunu əsas tutaraq müəyyən fikirlər söyləmək TANRIya hörmətsizlikdir.
24.Sədaqət yoxdursa, həya etmənin nə xeyri.
25.Özünə qəsd etmə. ALLAHın tənbehindən qorx!
26.İslamda tərkidünyalıq buyrulmayıb.
27.Öz qəzəbini ALLAHın xətrinə udan şəxs ən yaxşı iş görmüş olur.
28.Ürəyi və dili müsəlman olmayan şəxs müsəlman sayıla bilməz.
29.İnsanlara vəzifə və mənsəbinə layiq hörmət edin!
30.Qəbir-axirət mənzillərinin birincisidir.
Загрузка...

ŞƏRHLƏR

❃FloRal❃

11 Fevral 2014 22:32

ALLAH RAZI OLSUN
--------------------

***
❃❃❃

***

Qismet directioner

11 Fevral 2014 21:19


ALLAH RAZI OLSUN.
--------------------
-Did you see my life?
+No.
-Why not?
+Because I am blind. lol


Kerim4

11 Fevral 2014 19:43

 1.ALLAH darda imdadına çatmağı sevər.

Jenny J

11 Fevral 2014 18:08

Çox sağ ol Murad xebere göre :) Çox maraqlıydı Allah Razı Olsun
--------------------
Wow man, this is weird on acid..



Night Wolf

11 Fevral 2014 14:27

Çalışacam o kitab qurtarana qədər bu xəbəri göndərim kitada nə az nə çox 1410 hədis var. Hamısıda bir-birinən gözəl
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

A_K

11 Fevral 2014 14:05

27.Öz qəzəbini ALLAHın xətrinə udan şəxs ən yaxşı iş görmüş olur.

Men çoxu zaman bele eliyirem. Allaha tapşırıram...
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin
loading...
Загрузка...