Fon yüklənir...
Загрузка...

Məhəmməd Peyğəmbərin (s.ə.s) hədisləri

Загрузка...
Məhəmməd Peyğəmbərin (s.ə.s) hədisləri


1.Vaxtını biliklərə yiyələnməyə sərf eləyən adam, müsəlmanlığın dirəyidir.
2.Nə xoşbəxtdir alimlər, nə xoşbəxtdir ibadət edənlər; yazığım gəlir küçələrdə veyil- veyil gəzənlərə.
3.Tanrı bisavadın 1 günahın bağışladığı halda alimin 40 günahın bağışlayır.
4.Canlı məxluqları suda boğmaq, oda atmaq günahdır.
5.Köpək quduz olsa belə, onu işgəncə ilə öldürmək günahdır.
6.Dinə yeni əlavələr etməkdən çəkinin.
7.Su içərkən qabın nəfəs salmayın.
8.Asqırarkən əlinizi ağzınıza və burnunuza tutun, çalışın ki səsininiz ucadan çıxmasın.
9.Cümə günü gəldimi, mütləq çimin, cümə günləri çimmək vacib şərlərdən biridir.
10.Təmizlik səni imana dəvət edir.
11.Kölələrin sayı ilə ucalan bunu özünə şərəf sayan adamı ALLAH alçaldar.
12.Pis yerdə, pis şəraitdə böyüyən gözəl qadınlardan uzaq olun.
13.Həyatda 3 şeydən:
-həsəd və paxılıqdan;
-lovğalıq və təkəbbürdən;
-tamah və acgözlükdən çəkinin
14.ALLAH 3 qism adamı lənətləyir:
-evində tək yatanı;
-çöl-biyabanda tənha səfərə çıxanı;
-çörəyi təkcə yeyəni;
15.Səbirsizlikdən və tənbəllikdən uzaq olun.
16.Yalan danışma gözəlliyin və xoş siman zay olar.
17.Adamlarla zarafat eləmə, qürurun əldən gedər.
18.Ömürləri uzun, əməlləri saleh olan adamlar xoşbəxtdirlər.
19.Düşünülməmiş və səbirsiz görülən işin bəhrəsi olmaz.
20.Pis əxlaq istisna olmaqla, hər cür günahdan tövbə etmək olar.
21.Haqqını ödəməyən kimsənin ehtiramını saxlama!
22. Ünsiyyətdə olduğun şəxsdən dini və dünyəvi xeyir görmürsənsə, onunla oturub-durma.
23. Ən böyük günah adamlara zülm və əziyyət vermək haqqında düşünməkdir.
24. Adamları qorxudan şəxs cəhənnəm əhlidir.
25.Susmaqda böyük hikmət var, lakin susan azdır.
26.Təmiz şeyləri istəyin, təmiz olmayanlardan çəkinin.
27.Öyünməkdən çəkinin, onu xasiyyətinizdən birdəfənlik kənar edin.
28. Könlündən keçən hər şeyi yeməyə çalışmaq israfçılıqdır.
29.İnsanın: mənim bu şeyim var-deyib öyünməsindən ALLAHın xoşu gəlmir.
30. İşlərin xeyirlisi orta səviyyədə olanıdır.

Загрузка...

ŞƏRHLƏR

A_K

8 Fevral 2014 17:44

Sitat: Arizona
Salam. A_K, cox sagolun ALLAH RAZI OLSUN

Deymez...Cűmlemizden.
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Arizona

8 Fevral 2014 17:42

Salam. A_K, cox sagolun ALLAH RAZI OLSUN.
Night Wolf, cox yaxşi iş gormusuz ALLAH RAZI OLSUN elmlendirdiyinize gore

prosta eagle

6 Fevral 2014 13:34

ALLAH hər kəsin köməyi olsun AMİN

F_N

5 Fevral 2014 18:38

9.Cümə günü gəldimi, mütləq çimin, cümə günləri çimmək vacib şərlərdən biridir.

vacib oldugunu bilmirdim,Allah razi olsun

Həyat

5 Fevral 2014 18:01

Kölələrin sayı ilə ucalan bunu özünə şərəf sayan adamı ALLAH alçaldar.
ALLAH RAZI OLSUN
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Night Wolf

5 Fevral 2014 15:26

ALLAH KÖMƏYİMİZ OLSUN AMİN


Arizona mən bunları Peyğəmbərimizin hədisləri kitabından götürmüşəm
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

A_K

5 Fevral 2014 15:04

Sitat: Arizona
Su içərkən qabın nəfəs salmayın. Mən bu Cümləni başa düşmədim. Başa düşən oldusa izah etsin. 1

Yeniki burnunuzu stekanın içine soxmayın ve stekannan kenar terefe tutun.
Sitat: Arizona
Burda -çörəyi təkcə yeyəni Cümləsin başa düşmədim. Bəlkə kimsəsizdir onda nece?

Meselen çőlde o qeder ac adam varki, onlardan birini qonaq ede bilersiniz.
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Arizona

5 Fevral 2014 14:37

Salam. 7.Su içərkən qabın nəfəs salmayın. Mən bu Cümləni başa düşmədim. Başa düşən oldusa izah etsin. 14.ALLAH 3 qism adamı lənətləyir:
-evində tək yatanı;
-çöl-biyabanda tənha səfərə çıxanı;
-çörəyi təkcə yeyəni;
Burda -çörəyi təkcə yeyəni Cümləsin başa düşmədim. Bəlkə kimsəsizdir onda nece? Və bir də, 20.Pis əxlaq istisna olmaqla, hər cür günahdan tövbə etmək olar Bu cümlə mənə qarannig geldi. Mənim bildiyime gore pis exlaqin tovbesi var. Başqa gunahlardan da, Qul haqqı yeməyin tövbəsi var? Siz bunları hansı kitabdan yazmısız? Zəhmət olmasa cavablandırın

❃FloRal❃

5 Fevral 2014 14:08

ALLAH razı olsun
--------------------

***
❃❃❃

***

A_K

5 Fevral 2014 14:04

Allah ondan razı olsun heç bilmedim hansına sitst getirim. Hamsı o qeder gőzel hedislerdiki..
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin
loading...
Загрузка...