Fon yüklənir...
Загрузка...

İslam dininin cavabları

Загрузка...
İslam dininin cavabları

 

Xalların mənası varmı?
Bəzi mistik təlimlərdə bunun müəyyən məna daşıdığı, hətta bu cür xalı olan adamın Allahın seçilmiş bəndəsi olduğu bildirilsə də, bunların İslama aidiyyəti yoxdur. Ümumiyyətlə, insandakı hər hansı fiziki nişanə və əlamətin müəyyən mənalara yozulması İslam dininə ziddir. Burada yalnız bəzi məsum şəxslər istisna ola bilər.

Məsələn, tarixdən məlumdur ki, Həzrət Mühəmməd Peyğəmbərin (s) kürəyində xüsusi əlamət, yəni xal var imiş. Bunu peyğəmbərlik möhrü də adlandırırlar. Yəni o həzrət “xatəmül-ənbiya” (peyğəmbərlərin möhrü) idi, peyğəmbərlərin siyahısı Onun adı ilə tamamlanmış və möhürlənmişdi. Sanki bunun təsdiqi olaraq, kürəyində də möhür nişanəsi var imiş. O həzrətlə müasir olan bəzi şəxslər sonuncu peyğəmbərin bədənində xüsusi əlamət olacağı barədə keçmiş dini kitablarda oxumuş, bu əlaməti görəndən sonra o həzrətin peyğəmbərliyini qəbul etmişdilər.

 

İslam dininin cavabları

 

Fala baxmaq olarmı?
Pul qazanmaq niyyəti olmadan, ailə üzvlərinin xahişi ilə kartla fala baxmaq olarmı?
Fala baxmaq hər hansı şəkildə baş verərsə, haramdır və günahdır. Bunu istər fal oxları ilə etsinlər, istər kartla, istər kasa ilə, istərsə də hər hansı kitabla – fərqi yoxdur.

Karta gəldikdə, ümumiyyətlə, ondan hər hansı şəkildə istifadə etmək günahdır. Çünki kart konkret olaraq günah aləti sayılır. Onunla ya qumar oynayır, ya da fala baxırlar. Günahın kimdən ötrü edilməsinin isə fərqi yoxdur. Ailə üzvləri üçün, təmənnasız olsa belə, kartla fala baxmaq haram işdir.

 

İslam dininin cavabları

 

İtlərin toxunduğu əşyaları necə təmizləyək?
İtin ağzı dəyən hər şey murdar sayılır və pak olunmalıdır. İtin yemək yediyi, su içdiyi qabı pak etmək üçün əvvəlcə təmiz torpaqla sürtür, torpağı boşaldıb iki dəfə su ilə yuyurlar.

İtin tüpürcəyi tökülən qabı da yumazdan əvvəl torpaqla sürtmək, bundan sonra üç dəfə su ilə yumaq lazımdır. İtin bədəninin və ya ağzının rütubətli halda toxunduğu parçanı (paltar və s.) pak etmək üçün əvvəlcə suyun altında sabunla yuyub murdarlığı aradan aparırlar. Sonra onu sıxıb daha bir dəfə suya çəkmək və yenə sıxıb suyunu almaq lazımdır.
Bundan sonra o parça pak sayılar.

 

İslam dininin cavabları

 

Dovşanları yemək olarmı?
Bu məsələdə İslam məzhəblərinin görüşü fərqlidir. Əhli-sünnə məzhəbində dovşan ətini yemək icazəlidir. Bu barədə sünni mənbələrində Peyğəmbərə istinad edilən hədis və davranışlar mövcuddur. Bu hədislərin əksəriyyətində səhabələr Peyğəmbərin dovşan ətini yediyini söyləməsələr də, hər halda onu qadağan etmədiyini də bildirmişlər.

Amma şiə məzhəbinə görə, cütdırnaqlı olmayan, yəni tək dırnağı və ya pəncəsi (barmaqları) olan heyvanları yemək haramdır (yalnız at, qatır, ulaq əti məkruhdur). Dovşan da pəncəli heyvan olaraq haram hökmündədir.

Şiə mənbələrində (“Vəsailüş-şiə” və s.) dovşan ətinin haram olduğu barədə hədislər mövcuddur. Bəzi şiə hədislərində imamların dovşan ətini məkruh bilmələri, yaxud leş və donuz əti kimi qəti haram bilməmələri barədə hədislər olsa da, tədqiqatçılar bu hədislərin təqiyyə və başqa səbəblər üzündən buyurulduğunu qeyd ediblər.

Dovşan ətini haram bilən hədislərin çoxunda onun məsx olunmuş (yəni bir vaxtlar insan olub, sonra Allahın lənəti ilə heyvana dönmüş) canlılardan olduğu vurğulanır.
Загрузка...

ŞƏRHLƏR

musviq.talibov1976

24 Mart 2014 23:36

fala men inanmıram bj

həmişə gül

6 Fevral 2014 21:57

men xallar haqqinda oxumusam faladaki baxmaga normal yanasiram beli

Sevinc...

4 Fevral 2014 18:44

XALLAR HAQDA OLANLAR ÇOX MARAĞIMI ÇEKDİ

Həyat

4 Fevral 2014 18:32

Sitat: Night Wolf
bəzilər bilirdim xəbər çox maraqlı Həyata 5+

Sitat: Ms.Joyka
Çox maraqlı xəbərdir.Təşəkkürlər.Beynimdə dinlə bağlı dolaşan suallardan bir qisminin cavabını tapdım)

Bəyəndiyinizə sevindim
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

gulumse

4 Fevral 2014 17:57

maragidi biraz bj

Jenny J

4 Fevral 2014 17:52

İtin ağzı dəyən hər şey murdar sayılır və pak olunmalıdır. İtin yemək yediyi, su içdiyi qabı pak etmək üçün əvvəlcə təmiz torpaqla sürtür, torpağı boşaldıb iki dəfə su ilə yuyurlar.


Ele insanlar görmüşemki itin yediyi şeyi onlarda yiyir -_-
Fala inanmıram
--------------------
Wow man, this is weird on acid..



Starbucks

4 Fevral 2014 17:16

Çox maraqlı xəbərdir.Təşəkkürlər.Beynimdə dinlə bağlı dolaşan suallardan bir qisminin cavabını tapdım)
--------------------
Follow İnstagram: @anti_standart

A_K

4 Fevral 2014 17:02

Fala inanmasamda baxdırmışam. Birin dűz deyib o birini yalan. Yeni her fala baxan dűz danışmır
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Night Wolf

4 Fevral 2014 14:19

bəzilər bilirdim xəbər çox maraqlı Həyata 5+
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

F_N

4 Fevral 2014 13:13

Dovwan haqqinda olani bilmirdim,Alah razi olsun.maraqli xeber idi
loading...
Загрузка...