Fon yüklənir...
Загрузка...

İbrətamiz hekayə

Загрузка...

İbrətamiz hekayə

 

Qiyamət qopmuşdu... Qeyri-adi izdiham var idi. Hər yer insanlarla dolu idi. Sanki ürəyi yerindən çıxacaqdı. Soyuq tər basmışdı. Dünyada ikən, Qiyamət, sorgu-sual, tərəzi haqqında çox şey eşitmişdi. Ancaq Məhşər meydanındakı ürpərti, qorxu və gözləməyin bu qədər dəhşət verəcəyini heç vaxt düşünməmişdi. Hər kəs öz növbəsini gözləyir və növbəsi çatınca hesaba çəkilmək üçün çağırılırdı. Növbə ona gəlib çatmışdı. Onun adını çəkmişdilər.
Təşviş içində saga-sola baxır, dodaqları titrəyə-titrəyə: Mənimi çağırdınız?-deyir. İzdiham birdən aralanır və qarşısında bir yol açılır. İki nəfər qollarına girir. Bunlar Məhşər meydanının xidmətçiləri idi. İzdihamın arasından çaşqın baxışlarla keçir… Meydanın mərkəzinə gəlirlər. Xidmətçilər yanından uzaqlaşırlar. Başı önünə əyilir. Bütün həyatı gözlərinin qabağından gəlib keçir...
Öz-özünə:-Şükürlər olsun, gözlərimi açdığım evdə hər zaman dininə ən gözəl şəkildə əməl etməyə çalışan insanları gördüm. Atam ibadətlərinə həddindən artıq həssas yanaşır, dostlarıyla dini söhbətlər təşkil edir, malını İslam yolunda xərcləyirdi. Anam da onun kimi. Mən də hər zaman onlar kimi oldum. İnsanlığa xidmət etməyə çalışdım, onlara ALLAHdan danışdım, Namazımı qıldım, Orucumu tutdum…Bunları düşünərkən yanaqlarından göz yaşları süzülürdü. Öz-özünə:-Rəbbimi sevirəm deyirdi. Amma bir tərəfdən də:- Onun üçün nə etsəm yenə azdır, bu mənim Cənnəti qazanmağıma kifayət etməz. Yeganə ümidim ALLAHIN bağışlaması və rəhmətidir-deyə düşünürdü…. Hesab çox uzun çəkdi. Qorxudan muncuq kimi tər tökür, titrəyirdi. Gözləri tərəzinin millərində qalmışdı. Nəticənin nə olacağını gözləyirdi. Nəhayət oradan onu çıxardaraq əvvəl olduğu yerə gətirirlər. Hökm veriləcəkdi. Öncə adı oxundu.
Artıq ayaqlarının üstündə dayana bilmirdi. Gözlərini yumub həyəcan içində hökmü gözləyirdi. Birdən Məhşərdəki izdihamdan bir uğultu qopdu. Qulaqları səhvmi eşidirdi nədir? Onun adı Cəhənnəmliklər siyahısında oxunmuşdu. Dizləri üstə çökdü, yıxıldı. Ola bilməz!-qışqırdı...
Qalxıb sağa-sola qaçmağa başlayır. Hıçqıraraq:-Mən necə Cəhənnəmlik ola bilərəm? Həyatım boyunca ALLAH yolunda qulluq edən insanlarla bir yerdə olmuşam. Onlarla bərabər insanlara Rəbbimi tanıtmağa çalışmışam-deyirdi. Göz yaşları titrəyən vücudunu islatmışdı. Məhşər xidmətçiləri qollarından tutub izdihamı yararaq onu alovları göylərə yüksələn Cəhənnəmə tərəf aparmağa başladılar…
Xidmətçilərin qolları arasında çırpınırdı… Bir qurtuluş yox idimi? Bir yardım edən olmayacaqdımı? Dodaqlarından qırıq-qırıq yalvarışla qarışıq kəlmələr süzülməyə başladı… ”Oruclarım… Oxuduğum Quranlar… Namazım… Heç biri xilas etməyəcəkmi?”….
Rəsulullah (s.a.v):”Birinizin qapısının ağzından bir çay axsa və o çayda gündə 5 dəfə yuyunsanız üzərinizdə heç kir qalarmı? Namaz da belədir. ALLAH onun sayəsində bütün günahları silər. ”buyurmamışdımı?
Son dəfə “Namazlarım damı mənim dadıma çatmayacaq?”-deyə düşündü və “Namazlarım!”deyə hıçqırdı… Xidmətçilər isə onu dibi görünməyən Cəhənnəm çuxurunun başına gətirdilər. Alovların istisi üzünü qarsmağa başlamışdı. Sonuncu dəfə dönüb geriyə baxdı. Artıq gözləri də qurumuşdu. Ümidini tamam itirmişdi. Qollarını sıxan əllərin boşaldığını hiss elədi. Qolları yanına düşdü. Xidmətçilərdən biri onu arxadan möhkəm bir şəkildə itələdi. Ayaqları yerdən üzüldü. Bədəni bir anda uçurumun dibinə yumarlandı. Alovların içərisinə doğru sürətlə düşürdü. Bir neçə metr düşmüşdü ki, bir əlin onun qolundan tutduğunu hiss etdi. Başını qaldırıb baxdı, onu xilas edən uzun və ağ saqqallı nurani bir qoca idi. Qoca onu yuxarıya doğru qaldırdı. O, üst-başının tozunu təmizlədikdən sonra soruşdu:-Siz kimsiniz?-Mən sənin Namazlarınam. -Bəs niyə bu qədər gec gəldin məni xilas etməyə? Lap son anda çatdın. Az qalmışdı alovların içinə düşəm. Qoca acı-acı gülümsünərək başını yellədi:-Sən məni həmişə axıra saxlayırdın xatırladınmı?...
Gözlərini açdığı zaman yatağında idi. Qan-tər basmışdı. Dərindən bir ah çəkdi və ”Əlhəmdülillah, çox şükür ki, yuxu imiş”-dedi. Sonra çöldən gələn səsə qulaq asdı. Gecə Azanı oxunurdu. Ox kimi yerindən sıçradı. Dəstəmaz alacaqdı...
Загрузка...

ŞƏRHLƏR

Mrs.Nana

26 Yanvar 2014 14:18

Nece de maraqlidir.men hemiwe bele hekayeleri boyuk maraqla oxuyuram.xebere gore cox sag olun feel

Nina Nikki

19 Yanvar 2014 09:51

Cox gozel ve menali hekayedir smile

A_K

19 Yanvar 2014 00:17

Of çox qorxdum hekayeni oxuduğum zaman ve gőzlerim doldu.. her bir műselman gűnde en azı bir defe őlůmű haqqında důşűnmelidir. Bu gűnnen hamımız űçűn var ama yuxuda deyil, haqq dűnyasında...
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Ms.Aytac

18 Yanvar 2014 18:49

Dogrudanda menali hekaye idi tesekkur edirem

Arizona

18 Yanvar 2014 18:11

Heqiqet uzerinde yazilmis hekayedi. Bizede qismet amin YA REBBEL ALEMİN lovely sad

Night Wolf

18 Yanvar 2014 16:40

Həqiqətən gözəl hekayə idi
Onu demək istəyirəm ki nə qədər ki yaşayırıq çalışmalıyıq həmişə dua edək, namaz qılaq, oruc tutaq, pis əməllərdən uzaq olaq Çünki etdiklərimizə görə gec-tez cavab verəcəyik
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!
loading...
Загрузка...