Fon yüklənir...
Загрузка...

Gecə namazı qılmağın dünyəvi faydaları...

Загрузка...

Gecə namazı qılmağın dünyəvi faydaları...



GECƏ NAMAZI QILMAĞIN DÜNYƏVİ FAYDALARI

Gecənin axır vaxtlarında yuxudan durub gecə namazı qılmaq cismi sağlamlığa səbəb olur. Həzrət Əli əleyhissalam-dan rəvayət olunub ki, “Hər kəs çox yatsa, xüsusilə də sübh vaxtı, bədənində ağırlıq və kəsalət olar.”
Gecə namazı gözün nurunu artırır, ruzini bol edir, məhəbbətə səbəb olur. Bir hədisdə buyurulur ki, bir qadın Həzrət İmam Sadiq əleyhissalam-ın yanına gəlib dedi: Ey Peyğəmbərin övladı, ərim məni çox istəmir, mən nə edim? Həzrət buyurdu: Get gecə namazı qıl. O qadın bir müddətdən sonra yenidən həzrətin hüzuruna gəlib təşəkkür edərək dedi ki, o vaxtdan bəri ərim məni istədiyi qədər heç kəsi istəmir.
Həzrət buyurdu ki, Allah rəhmət eləsin o qadına ki, gecə namazına durub ərini də namaza oyatsın, həmçinin, Allah rəhmət eləsin o kişiyə ki, özü gecə namazına qalxıb arvadını da namaz üçün oyatsın.

GECƏ NAMAZININ AXİRƏT FAYDALARI

Allah taala gecə namazı qılan şəxslərlə iftixar edir. Gecə namazı qəbirdə, Siratda, Mizanda onu qılan şəxs üçün bir nurdur. Allah gecə namazı qılanlardan razıdır, onları elə bir məqama çatdırar ki, bu əməli yerinə yetirmədən bir kəs həmin məqama çata bilməz. Zəhmət çəkmədən xəzinə tapmaq olmaz, səy edib çalışanlar muzd (haqq) ala bilər.
Загрузка...

ŞƏRHLƏR

A_K

15 Yanvar 2014 23:08

Vitir namazından sőhbet gedirde deyesen. Men qılıram bu namazı
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Mrs.Nana

15 Yanvar 2014 20:31

namaz qilmagi bilmirem amma oyrenmek isteyirem.namaz qilan insanlara xususi hormetim var.

Allah haminin namazlarini qebul etsin!

Həyat

15 Yanvar 2014 18:52

Allah ibadətimizi artırsın haqqımızda xeyirli olanları versin amin
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Arizona

15 Yanvar 2014 15:56

Salam. ALLAH QİLMAYANLARA QİSMET ELESİN AMİN. Saytda daha cox Dini xeberlere ustunluk verilse daha yaxsi olar

gulumse

15 Yanvar 2014 15:31

allah ozu komey olsun cavaniq bilmiriq dasiyamiriq mesulliyet

Nina Guney

15 Yanvar 2014 14:10

Sitat: banu mirzeyeva
olar ki yalniz namazi gece qilinsin?

eger işle bagli gun erzinde qila bilmirsinize axsam qeza olaraq hamisini qila bilersiz
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

banu mirzeyeva

15 Yanvar 2014 13:42

olar ki yalniz namazi gece qilinsin?

Nahid-19

15 Yanvar 2014 12:20

Ümumiyyətlə istər gecə istərsədə hər zaman Namaz faydalıdı özüm qılmasamda bilirəm.Gözzəl xəbərdi təşəkkürlər....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Night Wolf

15 Yanvar 2014 12:17

Namaz qılmağın necə faydalı və savab iş olduğunu bilməyən yoxdur

Xəbər çox maraqlı alınıb sağ olun
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!
loading...
Загрузка...