Fon yüklənir...
Загрузка...

Din xəbərləri

Загрузка...
Məhəmməd Peyğəmbərin (s.ə.s) hədisləri

Məhəmməd Peyğəmbərin(s.ə.s) hədisləri

 

1.Xeyir verənlər yaxşı adamlardır ki, onların şər əməllərdən uzaq olmasına əminsiniz.
2.Səfərə çıxın, gəzin, sağlam olun, ruzi qazanın.
3.Küçədə yemək pis şeydi.
4.Birlik rəhmətdir, ayrılıq əzabdır.
5.Göndərilən məktuba cavab yazmaq, salam almaq kimi bir borcdur.
6.Fitnə-fısad törədənə lənət olsun.
7.Bir xəstənin hal-əhvalını soruşmağa gedən, oradan qayıdanda cənnət bağlarında gəzmişhesab olunur.
8.İnsanın qardaşına bir günlük yardımı, onun bir bucağa çəkilib bir ay ibadətlə məşğul olmasından xeyirlidir.
9.Bir mömin mömin qardaşına pis nəzərlə baxmaqda, onu incitməkdə haqlı deyildir.
10.Halal ruzi qazanarkən yorulub yatanın günahları bağışlanmış olur.
11.ALLAH, adama ruzisini kəsməklə qəzəb etməz, ona görə siz də ruzi ilə oynamayın.
12.ALLAH gen-bol ruzi versə də, ailəsinə sıxıntı çəkdirən bizdən deyildir.
13.ALLAH qulunun bir peşəyə yiyələnməsini, bir işlə məşğul olmasını xoşlayar.
14.Yaxşılarınız, qadınlara yaxşı baxanlarınızdır.
15.Kişi yalnız arvadına, arvad da kişisinə yaxşı baxarsa-ALLAH ikisinə də rəhm gözü ilə baxır.
16.Pis yerdə, pis şəraitdə böyüyən gözəl qadından uzaq olun.
17.Nə xoşbəxtdir alimlər, nə xoşbəxtdir ibadət edənələr: yazığım gəlir küçədə veyil-veyil gəzənlərə.
18.ALLAH bir qulunu nəzərdən salmaq istəsə, biliyi ona haram edər.
19.Küt adama bilik öyrətmək, biliyi itirmək deməkdir.
20.Hər şeyin bir dirəyi vardır, dinin dirəyi də dini hüquqlara aid bilikdir.

 

ALLAH-ın 99 ismi

 

ALLAH-ın 99 ismi

 

Bismilləhir-Rahmənir-Rahim
Ə S M A Ü L - H Ü S N A ALLAHIN 99 ADI VƏ MƏNALARI "Ən gözəl adlar Allahındır, Onu bu adlarla çağırıb dua edin....."
"Əraf" surəsi, 180-cı ayə. İmam Sadiq (ə) buyurmuşdur: "Allah-Təalanın 100-dən bir əskik (yəni 99) adı vardır, hər kim onun bu adlarına iman gətirərək saysa behiştə düşər"

Həmin adlar bunlardır:

1. ALLAH - bütün gözəl sifətləri özündə ehtiva edən
2. ƏL-VAHID - yeganə
3. ƏL-ƏHƏD - bənzərsiz
4. ƏS-SAMƏD - ehtiyacsız
5. ƏL-AXİR - hər şeydən sonra mövcud olacaq
6. ƏS-SƏMİ - hər şeyi eşidən
7. ƏL-BƏSİR - hər şeyi görən (haqq-nahaqq)
8. ƏL-QƏDİR - hər şeyə qüdrəti çatan
9. ƏL-ƏVVƏL - hər şeydən əvvəl mövcud olmuş
10. ƏL-QAHİR - zalımları qəhr edən
11. ƏL-ƏLİYY - yüksək, uca
12. ƏL-Ə'LA - ən yüksək, ən uca
13. ƏL-BAQİ - əbədi, daimi, qaları
14. ƏL-BƏDİ - həmişə ixtira edən
15. ƏL-BARİ - yaradıcı
16. ƏL-ƏKRƏM - ən kəramətli
17. ƏZ-ZAHİR - aşkarda olan (yaxud aşkardakıları bilən)
18. ƏL-BATİN - gizlində olan (yaxud gizlindəkiləri bilən)
19. ƏL-HƏYY - diri
20. ƏL-HƏKİM - çox hikmətli
21. ƏL-ƏLİM - hər şeyi bilən, çox elmli
22. ƏL-HƏLİM - çox mülayim
23. ƏL-HƏFİZ - ən yaxşı qoruyucu, mühafizəçi
24. ƏL-HƏQQ - həqiqət
25. ƏL-HƏSİB - hər şeyi hesaba alan
26. ƏL-HƏMİD - həmd edilən (yaxud həmdə layiq)
27. ƏL-HƏFİYY - öz yaratdıqlarını çox sevən
28. ƏN-NUR - nur
29. ƏR-RƏBB - bəsləyən, pərvəriş edən
30. ƏR-RAHMƏN - çox mərhəmətli
31. ƏR-RƏHİM - həmişə mərhəmətli
32. ƏR-RƏUF - mehriban, şəfqətli
33. ƏR-RAİ - hər şeyi görən
34. ƏR-RƏQİB - nəzarətçi, keşikçi
35. ƏZ-ZARİ - yaradan (yaxud bəndələrinin aqibətini müəyyən edən)
36. ƏS-SƏLAM -hər təhlükədən salamatlığa çıxaran, əmin-amanlıq və salamatlıq verən
37. ƏR-RƏZZAQ (ƏR-RƏZİQ) - ruzi verən
38. ƏL-MÖ'MİN - iman bəxş edən (yaxud iman bəslənilən)
39. ƏL-MÜHƏYMİN - himayə edən
40. ƏL-ƏZİZ - çox izzətli
41. ƏL-CƏBBAR - zalımlara əziyyət verən
42. ƏL-MÜTƏKƏBBİR - məqamı uca tutulan, böyüdülən
43. ƏS-SƏYYİD - ağa, başçı
45. ƏŞ-ŞƏHİD - hər şeyə şahid olan və nəzarətçi olan
46. ƏS-SADİQ - sədaqətli, doğrucul
47. ƏT-TAHİR - pak, saf
48. ƏL-ĞƏNİYY - ehtiyacsız, varlı
49. ƏL-ĞİYAS - köməkçi
50. ƏL-FATİR - yaradan, vucuda gətirən
51. ƏL-FƏRD - tək, yeganə
52. ƏL-FƏTTAH - çətinlikləri həll edən
53. ƏL-FALİQ - dan yerini yaran, parçalayan
54. ƏL-QƏDİM - əzəli, olmadığı zaman təsəvvürə gəlməyən
55. ƏL-MƏLİK - mülk sahibi
56. ƏL-QÜDDUS - müqəddəs
57. ƏL-QƏVİYY - çox qüvvətli
58. ƏL-QƏRİB - çox yaxın
59. ƏL-QƏYYUM - dayanıqlı, sarsılmaz, sabit
60. ƏL-QABİZ - sıxan, canları alan, və ya qəbz edən
61. ƏL-BASİT - açıb sərən və ya səxavətli
62. QAZİYUL-HACAT - hökm verən, ehtiyacları həll edən
63. ƏŞ-ŞAFİ - şəfa verən, sağaldan
64. ƏL-MƏCİD - şan-şöhrətli, əzəmətli, ulu
65. ƏL-VƏLİYY (ƏL-MÖVLA) - dost (ağa, sərvər)
66. Əl-LƏTİF - lütf edən
67. ƏL-MƏNNAN - bəndələrinə çox ehsan edən
68. ƏL-MÜHİT - hər şeyi əhatə edən
69. ƏL-MÜBİN - hər şeyi bəyan edib aşkarlayan
70. ƏL-MÜQİT (ƏL-MÜĞİS) - ruzi verən (dada yetişən, yardımçı)
71. ƏL-MUSƏVVİR - hər şeyi formaya salan
72. ƏL-KƏRİM - çox kəramətli
73. ƏL-KƏBİR - çox böyük
74. ƏL-KAFİ - kifayət edən, hər şeyə bəs edən
75. KAŞİFÜZ-ZÜRR - zərərin üstünü açıb ifşa edən
76. ƏL-VİTR - tək-tənha
77. ƏL-ƏZİM - əzəmətli
78. ƏL-VƏHHAB - nemət bağışlayan
79. ƏN-NASİR - köməkçi, yardımçı
80. ƏL-VASE - çox əhatəli, geniş
81. ƏL-VƏDUD - bəndələrini çox sevən
82. ƏL-HADİ - hidayət edən, doğru yol göstərən
83. ƏL-VƏFİYY - vəfalı, sadiq
84. ƏL-VEKİL - himayəçi
85. ƏL-VARİS - qiyamətdə hər şey məhv olduqdan sonra tək qalacaq vücud
86. ƏL-BİRR - yaxşı sifətlərin sahibi
87. ƏL-BAİS - qiyamətdə ölüləri dirildəcək zat
88. ƏT-TƏVVAB - tövbələri qəbul edən
89. ƏL-CƏLİL - cəlallı
90. ƏL-CAVAD - səxavətli
91. ƏL-XƏBİR - hər şeydən xəbərdar olan
92. ƏL-XALİQ - xəlq edən, yaradan
93. XEYRUN-NASİRİN - ən yaxşı yardımçı
94. ƏD-DƏYYAN - hesabat gününün sahibi, hakim
95. ƏŞ-ŞƏKÜR - şükr edilən (yaxud şükrə layiq)
96. ƏS-SANE - yaradıcı
97. ƏL-ƏDL - ədalətli (yaxud ədalətin özü)
98. ƏL-ƏFÜVV - əfv edən, bağışlayan
99. ƏL-ĞƏFUR - günahları bağışlayan
Загрузка...

ŞƏRHLƏR

Dark PrincesSa

31 Yanvar 2014 16:48

Bele xeberler paylawanda adamn ureyi acilir Allah razi olsun sizden yes

ruhlane

31 Yanvar 2014 11:45

Allah,razi,olsun,sizlerden,sayenizde,bilmediklerimizde,oyrenirik

Arizona

23 Yanvar 2014 22:04

Salam. Xebere soz ola bilmez ALLAH HAMİMİZİN İMANİN KAMİL ELESİN AMİN YA REBBEL ALEMİN

Jenny J

23 Yanvar 2014 15:51

ALLAH razı olsun bezi Adlarını bilmirdim tesekkur edirem
--------------------
Wow man, this is weird on acid..



Night Wolf

22 Yanvar 2014 21:40

Artiq mənim səhv elemiremse 4-cü Hədislərlə bağlı olan xəbərimdi gələcəkdə İNSALLAH artıraram
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

❃FloRal❃

22 Yanvar 2014 20:43

ALLAHın adlarını bilirdim. Hetta, özümde göndermişdim hisse-hisse. ALLAH razı olsun
--------------------

***
❃❃❃

***
loading...
Загрузка...