Fon yüklənir...
Загрузка...

Hədislər

Загрузка...
Hədislər

 

İslam müqəddəslərinin hər bir kəlamı dərin mənaya malikdir. Bu kəlamlar müsəlmanın həyatına işıq tutur, hər vəziyyət qarşısında nə etməli olduğunu ona başa salır, çətinliklər zamanı ona ümid verir, dünyada və axirətdə xoşbəxt olmağın yollarını öyrədir.

Hədislərin hamısı dəyərlidir, amma onların arasında elələri də var ki, onu oxuyan adama xüsusi mənəvi güc bəxş edir, həyata baxışını dəyişdirir. Belə hədislərin böyük bir qismi əxlaq mövzusunu əhatə edir. Əxlaqi məzmunlu hədislərin bəzilərində bir neçə cəhət qruplaşdırılaraq, ümumi şəkildə təqdim edilir. Məsələn, bir neçə savab və ya günah əməlin nəticələri ardıcıl xatırlanır, ya da cəmiyyətdə rifah yaranmasına gətirib-çıxaran və ya bəlalara səbəb olan əməllər haqqında məlumat verilir. Aşağıda bu qəbildən olan və altı əməlin birlikdə xatırlandığı hədislərdən bir neçəsini diqqətinizə təqdim edirik.

 

Hədislər

 

Dünya və axirətdə xeyir qazanmağın yolu

İmam Əli (ə) buyurur ki, bir nəfər Həzrət Mühəmməd Peyğəmbərin (s) hüzuruna gəlib dedi: “Mənə elə bir şey öyrət ki, onu etməklə Allahın sevimlisi olum, insanlar da məni çox sevsinlər. Allah mal-dövlətimi artırsın, canımı sağlam etsin, ömrümü uzatsın, qiyamət günündə də Səninlə birlikdə məhşərə gətirilim”.

Peyğəmbər buyurdu: “Altı xasiyyət altı xasiyyətə möhtacdır. Əgər Allahın sevimlisi olmaq istəyirsənsə, Ondan qorx və Onun hökmlərinə münasibətdə təqvalı ol. Əgər camaatın səni sevməsini istəyirsənsə, onlara yaxşılıq et, onların əlində olanlardan gözünü çək. Əgər istəsən ki, Allah mal-dövlətini çoxaltsın, onu haramdan təmizlə (zəkatını ver). Əgər istəsən ki, Allah bədənini sağlam etsin, bunun üçün verdiyin sədəqələri artır. Əgər istəsən ki, Allah ömrünü uzatsın, qohum-əqrəba ilə mehriban ol. Əgər qiyamətdə mənimlə birlikdə məhşərə gəlmək istəyirsənə, vahid və qəhhar Allahın qarşısında ibadət edərkən səcdələri uzat”.

(Səfinətül-Bihar, I, 599).

 

Hədislər

 

Altı neməti altı yerdə axtarın

Allah-təala Həzrət Musa Peyğəmbərə (ə) vəhy etdi: “Ey Musa! Altı neməti altı yerdə gizlətdim. İnsanlar onları tamam başqa yerlərdə axtarırlar, amma heç vaxt orada tapa bilməzlər.

Rahatlığı cənnətdə yerləşdirdim, insanlar isə onu dünyada axtarırlar.

Elm və biliyi aclıqda və çalışqanlıqda qərar verdim, amma insanlar onu toxluqda axtarırlar.

Hörmət-izzəti gecələr oyaq qalıb ibadət etməkdə gizlətdim, onlar isə sultanların qapısında axtarırlar.

Ucalığı və məqamı təvazökarlıqda yerləşdirdim, insanlar onu təkəbbürdə axtarırlar.

Duaların qəbul olma şərtini halal loğmada qərar verdim, insanlar isə onu boş-boş danışıqlarda axtarırlar.

Ehtiyacsızlığı qənaətdə gizlətdim, amma insanlar onu mal-dövlətin çoxluğunda axtarırlar və heç vaxt orada tapa bilməzlər”.

(Müstədrəkül-Vəsail, XII, 173).

 

Hədislər

 

Ölüyə nə fayda verər?

İmam Cəfər Sadiq (ə) buyurub:
“Mömin vəfat edəndən sonra altı xüsusiyyət ona fayda verər: onun üçün istiğfar edən (günahlarının bağışlanması üçün Allaha dua edən) əməlisaleh övlad, oxuduğu Quran, qazdığı su quyusu, əkdiyi ağac, sədəqə olaraq verdiyi (yəni müsəlmanlara vəqf etdiyi) bulaq və ondan yadigar qalan, camaat tərəfindən davm etdirilən gözəl adət-ənənə”.

(Biharül-ənvar, cild 71, səh. 257).
Загрузка...

ŞƏRHLƏR

menim.dunyam3.ru

19 Aprel 2014 16:34

allah razi olsun................ AMIN

Günay A-va

8 Fevral 2014 22:30

Allah razı olsun

❃FloRal❃

3 Fevral 2014 00:37

ALLAH razı olsun
--------------------

***
❃❃❃

***

Kerim4

2 Fevral 2014 22:18

Sağ ol. Allahın razı olsun sennen

Night Wolf

2 Fevral 2014 21:22

mənimdə Hədislərlə bağlı xəbərim var ALLAH razı olsun N...R
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Qismet directioner

2 Fevral 2014 19:08

Allah razi olsun.cox sag ol Heyat...................................
--------------------
-Did you see my life?
+No.
-Why not?
+Because I am blind. lol


həmişə gül

2 Fevral 2014 19:04

alah razi olsun sizden razi olsun minnetdaram ay

A_K

2 Fevral 2014 16:24

Sitat: Ms.Joyka
Allah Razı Olsun!
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Starbucks

2 Fevral 2014 16:15

Allah Razı Olsun!
--------------------
Follow İnstagram: @anti_standart

Jenny J

2 Fevral 2014 16:11

Allah razı olsun xebere göre
--------------------
Wow man, this is weird on acid..



loading...
Загрузка...